Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-376/2025 16.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X8, X17 və X9 etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri M.Maqomayev prospekti 77 №li evin, 20 №li mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti 29 may 2009-cu il tarixli, 006877 №li order əsasında Mingəçevir şəhəri 4 otaqdan ibarət 59,85 kv.m yaşayış sahəsi olan M.Maqomayev küçəsində 77 №li evin 20 №li mənzili iddiaçının anası X9 adına qeyd edilməklə 5 nəfər ailə üzvləri: X23 (iddiaçının anası), Cavabdeh(iddiaçının qardaşı), İddiaçımirxan oğlu(iddiaçı), X18(iddiaçının bacısı), X10(iddiaçının bacısı) şəxslərin istifadəsinə verilmişdir. AR DİN Mingəçevir ASAN xidmətin verdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı arayışdan görünür ki, Mingəçevir şəhəri M.Maqomayev prospekti 77 №li evin, 20 №li mənzilində X11, X19, X6, X28, Səfər ov İlkin Ramej oğlu, X20, X23, Cavabdeh, X17, X24 qeydiyyatdadırlar. Mingəçevir şəhəri 12 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş 11 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh 1993-cü il tarixdən Mingəçevir şəhəri M.Maqomayev prospekti 77 №lievin, 20 №li mənzilində yaşamır. Akta imza etdilər- 12 saylı MİS-nin nəzarətçisi X12, Mingəçevir şəhəri M.Maqomayev prospekti 77 №lievin, 12 №li mənzilində yaşayan X13, M.Maqomayev prospekti 77 №lievin, 27 №limənzilində yaşayan X2 İddiaçının qardaşı Cavabdeh mübahisəlimənzildə 1993-cü ildən yaşamır. Hər hansı bir əlaqə saxlamır. Mənzil dövlət fondunda olan mənzildir. İddiaçımənzili özəlləşdirmək istəyir. Mənzilin iddiaçının adına özəlləşdirilməsi üçün orderdə adı olan və qeydiyyatda olan şəxslərin razılığı lazımdır. Hazırda onu tapıb razılığını ala bilmir. İddiaçının məhkəməyə müraciət etməkdən başqa yolu yoxdur. Mingəçevir şəhəri M.Maqomayev prospekti 77 №lievin, 20 №li mənzilində qeydiyyatda olan və həmin mənzilin Orderində adları olan bütün şəxslər (Cavabdeh istisna olmaqla) mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Tərəflər arasında hüquq münasibətlər xx.xx.2009-cu ilədək yaranmışdır. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X17 və X9 etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, kürəkəninin ev məsələsi ilə bağlı gəlmişdir. Cavabdeh həmin evdə 30 ildən artıqdır ki, yaşamır. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Ramejin qaynıdır. Rayəti tanıyır. 1997-ci ildən bəri Rayəti görməyib. Rayət Rusiyada yaşayır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsi və vəkilinin izahatları, şahid ifadələri, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan 12 saylı MİS tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, həqiqətən, Cavabdeh 1993-cü il tarixdən 12 saylı MİS-in ərazisində yerləşən Maqomayev küçəsi ev 77, mənzil 20 ünvanında yaşamır. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən X21 verilmiş 006877 №li, 29 may 2009-cu il tarixli orderdən görünür ki, o, 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə 4 otaqdan ibarət olan, 59,85 kv.m yaşayış sahəsi olan M.Maqomayev küçəsində 77 №li evin 5-ci mərtəbəsində 20 №li mənzilində yaşamağa hüququ var. Ailənin tərkibi: 1) X23 2) Cavabdeh 3) İddiaçı 4) X18 5) X8. İşdə olan Azərbaycan Respublikası DİN tərəfindən İddiaçı verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Mingəçevir şəhəri, Müslim Maqomayev prospekti, ev 77, mənzil 20-də X7, X19, X6, X28, X25, X14, X23, Cavabdeh, X17, X8 qeydiyyatdadırlar. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən X21 verilmiş 006877 №li, 29 may 2009-cu il tarixli orderlə onun 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə 4 otaqdan ibarət olan, 59,85 kv.m yaşayış sahəsi olan M.Maqomayev küçəsində 77 №li evin 5-ci mərtəbəsində 20 №li mənzilində yaşamağa hüququ var. Ailənin tərkibi: 1) X23 2) Cavabdeh 3) İddiaçı 4) X18 5) X1 müyyən edilmişdir. İddiaçı hazırda ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşayır. Cavabdeh isə şahid ifadələrindən və 12 saylı MİS tərəfindən verilmiş aktdan görünür ki, 1993-cü ildən bəri həmin mənzildə yaşamır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçının anasının qeyd edilən mənzilə yaşayış orderi əsasında sahiblik və ondan istifadə etmiş, bu əsasla onun mənzil üzərində gözlənilən mülkiyyət hüququ olmuşdur. Məhkəmə hesab edir ki, mənzil 006877 №li, 29 may 2009-cu il tarixli order əsasında əldə edildiyindən, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iş üzrə hansı qanunvericiliyin tətbiq olunmasını məhkəmə müəyyənləşdirərkən müəyyən etmişdir ki, 12 saylı MİS tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Akta əsasən Cavabdeh 1993-cü il tarixdən 12 saylı MİS-in ərazisində yerləşən Maqomayev küçəsi ev 77, mənzil 20 ünvanında yaşamır. Bu səbəbdən məhkəmə hesab edir ki, mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddianın əsası 2000–ci il sentyabrın 1–dən əvvəl yarandığından hazırki mübahisə üzrə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda siə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 6-cı hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi baağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanununun 5–ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvülərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvülərinin ümumi (paylı,birgə) mülkiyyətinə verilə bilər. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı”iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X39 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X39 Məhkəməsinin mövqeyinə uyğun gələn mövqedən yanaşmış və V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010–cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki iş üzrə Cavabdeh artıq uzun müddətdir ki, ünvan 2 ünvanını tərk edərək, hələ də geri qayıtması onun həmin mənzili daimi tərk etməsini göstərir. Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmələri üçün Cavabdeh yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, o, ünvan 2-a olan istifadə hüququnu itirmiş hesab edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı qanuni istifadəsindədir və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı qanuni istifadəçi- mülkiyyətçi kimi Cavabdeh münasibətdə mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin olunsun. Cavabdeh Mingəçevir şəhəri M.Maqomayev prospekti 77 №li evin, 20 №li mənzilindən istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-376/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-376/2025
16.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver