Məhkəmə qərarları › İş №e-2(051)-416/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-416/2023

30.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-416/2023 30.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı: İddiaçı (vəkili) Nümayəndə Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Üçüncü şəxs Mingəçevir regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi) miras əmlakdan payların müəyyən edilməsi, tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Üçüncü şəxs Mingəçevir regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi) miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 iyul 2010-cu ildə vəfat etmiş X6 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evindən və ünvan 96 ha torpaq sahəsində onun 1/3 hissədə miras əmlak payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh Elçin və Solmaz Xəlilovlar onun doğma bacı və qardaşıdır. Belə ki, onun atası X25 Xəlilova ilə olan evliliyindən 3 uşağı, Almaz Elçin və Solmaz anadan olmuşdur. X26 01 dekabr 1994-cü ildə, ataları X10 08 iyul 2010-cu ildə vəfat etmişdir. X18 ünvan 2 ünvanda yerləşən yaşayış evi və ünvan 36 ha torpaq sahəsindən ibarət əmlakları miras qalmışdı. Onların hər üçü 08 iyul 2010-cu ildə vəfat etmiş X18 miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etmişlər. Onun ərizəsi 17 avqust 2010-cu ildə qeydə alınmış və həmin tarixdə V- 105/2-2010 saylı vərəsəlik işi açılmışdır. Ancaq hazırki müddətə qədər vərəsəlik hüququna dair şəhadətnamə almamışlar. Odur ki, məhkəmədən 08 iyul 2010-cu ildə vəfat etmiş X6 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evindən və ünvan 96 ha torpaq sahəsində onun 1/3 hissədə miras əmlak payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər Xəlilova Məlahət və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qyerilərinə qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ilə müraciət etmişlər. İddiaçı nümayəndəsi və vəkili və (vəkili) Nümayəndə da iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, torpaq sahəsinə faktiki sahibliyi həyata keçirir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərdi ki, ataları rəhmətə gedəndən sonra onlar notariat orqanına getmişlər. Lakin şəhadətnaməni almamışlar. 13 il keçdikdən sonra payların bölünməsini qəbul etmir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hər tərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, miras payının müəyyən edilməsi tələbinə dair işin icraatı ilə mənzilə istifadə hüququnun tanınması tələbinə dair işin icraatının ayrılması məqsədə müvafiqdir. Belə ki, müstəqil tələb irəli sürən üçüncü şəxlər X11, X14 və X23 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsələr də qeyd olunan tələblərə eyni icraatda baxılması mümkün olmadığından mülki işə ayrıca baxılmasını məqsədə müvafiq hesab edilməli və sözügedən iddia tələbi üzrə icraat ayrılmalı, payların müəyyən olunması tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək icraat dayandırılmalıdır. Ona görə də məhkəmə bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. Mingəçevir şəhər məhkəməsinin 2(051)–416/2023 saylıiş üzrə qəbul etdiyi 30 may 2023-cü il tarixli qərardadı ilə bir icraatda olan müstəqil işlər üzrə icraatın ayrılması qərara alınmışdır. AR Mülki Prosessual Məcəllənin 169.2-ci maddəsinə əsasən bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. Belə ki, işdə olan, X22 Xidmət Mərkəzində notariat ofisi tərəfindən İddiaçı Xəlil qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli 2587 saylı məktubundan görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İşdə olan Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli xx/xx- 6529/14 saylı məktubdan görünür ki, X7 miras əmlakına dair Mingəçevir şəhəri 2 saylı dövlət notariat ofisində xx.xx.2010-cu il tarixdə 105 nömrəsi ilə vərəsəlik işinin açıldığı lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi müəyyən edilmişdir. İşdə olan X22 Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2311 saylı məktubdan görünür ki, qeyd olunan sorğuya baxılaraq bildirilmişdir ki, xx.xx.2010-cu il tarixdə ölmüş X6 miras qalmış miras əmlaka dair Mingəçevir şəhər 2 saylı notrait ofisində xx.xx.2010-cu il tarixdə V-105/2010 saylı vərəsəlik işi açılmış və heç bir əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 08 iyul 2010-cu il də vəfat etmiş, bu barədə akt qeydləri kitabında 339 nömrə ilə qeyd aparılmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1994-cü ildə vəfat etmiş, bu barədə akt qeydləri kitabında 696 nömrə ilə qeyd aparılmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1960–cı il tarixdə, X17 xx.xx.1960-cı il tarixdə, Cavabdeh1 xx.xx.1965-ci ildə X12 ilə X13 birgə nikahlarından doğulmuşdur. İşdə olan Cavabdeh1, Cavabdeh2 və İddiaçı tərəfindən notarial qaydada yazılmış ərizələrdən görünür ki, onlar X7 ölümündən sonra qalan miras əmlakı qəbul etdiklərinə dair Mingəçevir regional notariat ofisinə ərizə ilə müraciət etmişlər. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X16 Daşınmaz Əmlakın Dövlət Reyetrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsi istifadədə olan 0,2247 ha torpaq sahəsində yerləşən 6A nömrəli, 4 mərtəbəli binanın 2-ci girişində 2 ci mərtəbəsində yerləşən 54,59 kv.m., ümumi, 42,59 yaşayış sahəsindən ibarət 3 otaqlı 17 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 127 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə ünvanlanmış məktubdan görünür ki, xx.xx.1935-ci tarixli X8 Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsi 6A nömrəli binanın 17 saylı mənzil üzərində tam mülkiyyət hüququ xx.xx.1963-cü il tarixli 59 nömrəli orderə, Mingəçevir 5 saylı MİS tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 445 nömrəli 2 № li forma üzrə arayışa, Respublikası Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 105/22 nömrəli arxiv arayışına, Cavabdeh2, Cavabdeh1 və X9 ərizələrinə əsasən xx.xx.2007-ci il tarixində ********* nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X8 ünvan 5 ünvanda yerləşən 0,06 ha bağ torpaq sahəsi üzərində tam mülkiyyət hüququ Mingəçevir şəhər X29 Təsərüfatı tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 77A nömrəli bağçılıq pasportuna, Mingəçevir şəhər Səhiyyə işçilərinin X19 rərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, 56 nömrəli protokoldan çıxarışa, Respublika Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 210/22 nömrəli arxiv arayışına və DTXK Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 3414 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən xx.xx.2016-cı il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır. Mingəçevir şəhər məhkəməsinin 2(051)–416/2023 saylıiş üzrə qəbul etdiyi 30 may 2023-cü il tarixli qərardadı ilə iddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər Xəlilova Məlahət və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qyerilərinə qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə icraat ayrılması və dayandırılması qərara alınmışdır. Beləliklə, məhkəmə, tərəflərin izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, X12 ilə X20 rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından Cavabdeh2 xx.xx.1960–cı il tarixdə, X17 xx.xx.1960-cı il tarixdə və Cavabdeh1 xx.xx.1965-ci ildə doğulmuşdur. X20 isə xx.xx.1994-cü il tarixində vəfat etmişdir. X12 xx.xx.2010–ci il tarixdə ölmüşdür. Ondan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 54,59 kv.m., 42,59 kv.m yaşayış sahəsi olan mənzil və ünvan 96 ha torpaq sahəsi miras qalmışdır. X3 həmin miras mənzil üzərində tam mülkiyyət hüququ xx.xx.1963-cü il tarixli 59 nömrəli orderə, Mingəçevir 5 saylı MİS tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 445 nömrəli 2 № li forma üzrə arayışa, Respublikası Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 105/22 nömrəli arxiv arayışına, Cavabdeh2, Cavabdeh1 və X9 ərizələrinə əsasən xx.xx.2007-ci il tarixində ********* nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmçinin, ünvan 8 ünvanda yerləşən 0,06 ha bağ torpaq sahəsi üzərində tam mülkiyyət hüququ Mingəçevir şəhər X29 Təsərüfatı tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 77A nömrəli bağçılıq pasportuna, Mingəçevir şəhər Səhiyyə işçilərinin X19 rərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, 56 nömrəli protokoldan çıxarışa, Respublika Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 210/22 nömrəli arxiv arayışına və DTXK Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 3414 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən xx.xx.2016-cı il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır. X5 həmin miras əmlakla bağlı vəsiyyətnamə verməmişdir. Miras açıldıqdan sonra qanunla müəyyən olunmuş müddət ərzində həm İddiaçı xx.xx.2010-cu il tarixdə, həm də cavabdehlər Cavabdeh1 xx.xx.2010-cu il tarixdə və Cavabdeh2 xx.xx.2010-cu il tarixdə mirası yəni mənzili rəsmi qaydada qəbul etmək haqqında notariat ofisinə ərizə ilə müraciət etmişlər. Lakin vərəsəlik işi açılsa da, vərəsəlik hüququ haqqında şəhadətnamə alınmadığından iddiaçı yenidən yalnız ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizə ilə müraciət etsə də, notariat orqanı təərfindən ona vərəsələr arasında ixtilaflar olduğundan şahdaətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdeh1 həmin miras əmlakı yəni, ünvan 7 ünvanında yerləşən mənzili sonradan faktiki qəbul etmiş, digərləri isə həmin miras əmlakı faktiki qaydada qəbul etməmişdir. Eyni zamanda iddiaçı ünvan 96 ha torpaq sahəsinə sahiblik edərək faktiki qəbul etmişdir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası sahiblik və idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X5 xx.xx.2010–cu il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə istinad olunan hüquq normalarının tələbləri baxımından mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini, həmçinin həmin əmlaklar üzərində miras qoyanın mülkiyyət və sair əşya hüquqlarına malik olub–olmamasının müəyyən edilməsini zəruri sayaraq, belə hesab edir ki, mübahisəli mənzil və torpaq sahəsi xx.xx.1963-cü il tarixli 59 nömrəli orderə, Mingəçevir 5 saylı MİS tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 445 nömrəli 2 № li forma üzrə arayışa, Respublikası Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 105/22 nömrəli arxiv arayışına, Cavabdeh2, X8, Məmməd oğlunun Cavabdeh1 və X9 ərizələrinə əsasən xx.xx.2007-ci il tarixində ********* nömrəli çıxarış və Mingəçevir şəhər X29 Təsərüfatı tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 77A nömrəli bağçılıq pasportuna, Mingəçevir şəhər Səhiyyə işçilərinin X19 rərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, 56 nömrəli protokoldan çıxarışa, Respublika Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 210/22 nömrəli arxiv arayışına və DTXK Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 3414 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən xx.xx.2016-cı il tarixində ********** nömrə əsasında əldə edildiyindən, həmin torpaq sahəsi miras qoyanın mülkiyyətidir. Ona görə də həmin mübahisəli mənzil və torpaq sahəsi tam olaraq miras qoyan X8 miras toplusuna daxil edilməlidir. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, X3 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə qızları Cavabdeh2, İddiaçı və oğlu Cavabdeh1 daxil olmuşdur. (arvadı X21 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığına görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, mərhum X1 ünvan 1 ünvanda yerləşən yaşayış evi və ünvan 96 ha torpaq sahəsi miras qalmışdır. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, X2 qalmış mirası, onun birinci növbəli vərəsəsi olan uşaqları yəni iş üzrə İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunla müyyən edilmiş müddət ərzində notariat ofisinə rəsmi ərizə verməklə qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq qəbul edilmişdir. Göründüyü kimi tərəflər miras toplusuna daxil olan mənzilin qəbuluna dair iradəsini ifadə edərək notariusa müraciət etmişlər. Lakin, mirasa daxil olan torpaq sahəsinin qəbuluna dair rəsmi müraciət etməmələrinə baxmayaraq qanunvericiliyin tələbinə əsasən onlar mirası tamamilə qəbul etmiş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. AR Mülki Məcəlləsinin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iddiaçılar və cavabdehlər mirasdan pay almaq hüququ olan birinci növbəli vərəsələr kimi tanınmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X2 miras qalmış mübahisəli mənzilə mirası qanunla müyyən edilmiş müddət ərzində notariat ofisinə rəsmi ərizə verməklə qəbul etmiş onun birinci növbəli vərəsəsi kimi iddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsə tanınmalı və birinci növbəli vərəsə kimi onların hər birinin payı 1/3 hissədə müəyyən edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Eyni zamanda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1281–ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz manat) manat pul alınıb iddiaçıya verilsin. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı, Cavabdeh2 və Cavabdeh1 X3 qanun üzrə birinci növbəli vərəsələri kimi tanınsınlar. X2 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evinə İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə və Cavabdeh1 1/3 hissədə payları müəyyən edilsin. X2 miras qalmış ünvan 96 ha torpaq sahəsinə İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə və Cavabdeh1 1/3 hissədə payları müəyyən edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz manat) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar