Məhkəmə qərarları › İş №e-2(051)-43/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-43/2024

01.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-43/2024 01.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Cavabdeh: Cavabdeh3 iştirakı ilə İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq Mingəçevir şəhəri, Sabir küçəsi 11/51 saylı evin, 2 saylı mənzilin onun və mərhum X1 arasında paylara uyğun ½ hissə şəklində naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri Sabir küçəsi 11/51 saylıevin, 2 saylı mənzili hər birmizin payı ½ hissədə olmaqla mənim və qardaşım İddiaçı adlarına 26 yanvar 2023-cü ildən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzilin ümumi sahəsi 68.3 kv. metr sahədən ibarətdir. Qardaşım İddiaçı 31 noyabr 2016cı ildə vəfat etmişdir. Cavabdehlər Cavabdeh1 Eldar Allahverdiyevin arvadı, Tofik və Nigar Allahverdiyev isə övladları olmaqla birinci növbə vərəsələridir. Cavbdehlər mirasın qəbulu ilə bağlı hər hansı hərəkət etmirlər. Bu səbəbdən Mingəçevir şəhəri, Sabir küçəsi 11/51 saylı evin, 2 saylı mənzilin onun və mərhum X1 arasında paylara uyğun ½ hissə şəklində naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X11 məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhəri Sabir küçəsi 11/51 saylı evin, 2 saylı mənzilin paylara uyğun ½ hissə şəklində naturada bölünməsi haqqında qətnamə çıxarılmasına etirazı yoxdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə baxışı iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 68,3 kvadrat metr olan Mingəçevir şəhəri, X12 küçəsi, ev 11/51, mənzil 2 ünvanında yerləşən mənzil üzərində X2 ½ hissə və İddiaçı 1/2 hissə payı daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023–cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş **********34-05101-093001 reyestr nömrəli Texniki pasportdan görünür ki, Mingəçevir şəhəri, X12 küçəsi, bina 11/51, mənzil 2, 1-ci giriş qapısı, 1-ci qapı olan əmlakın hüquq subyekti X3r. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023–cü il tarixli, 10/6023 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 68,3 kv.m olan evin ½ hissədə payların naturada ayrılmasının “ İnşaat norma qaydaları” 2,08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq mənzilin tərəflər arasında ¾ və ¼ paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə (ayrılması) bölünməsi, İnşaat, Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, Mingəçevir şəhəri, X12 küçəsi, ev 11/51, mənzil 2 ünvanında yerləşən mənzil üzərində X2 ½ hissə və İddiaçı 1/2 hissə payı daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023–cü il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin yaşayış sahəsi üzrə paylar müəyyən olunsa da, mənzilin köməkçi sahələri ümumi istifadədə qalmışdır. Belə olan halda tərəflər ümumi mülkiyyətdə olan mənzildən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçıların ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçı öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmışdır. İş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 68,3 kv.m olan evin ½ hissədə payların naturada ayrılmasının “ İnşaat norma qaydaları” 2,08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq mənzilin tərəflər arasında ½ və ½ paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə (ayrılması) bölünməsi, İnşaat, Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–in 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan mənzildən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Lakin iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunduğu kimi payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından, iddiaçıya düşən pay naturada ayrılmamalıdır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mənzilin bölgüsü zamanı tərəflərin hər birinin sərəncamına yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Mingəçevir şəhəri, X12 küçəsi, ev 11/51, mənzil 2 ünvanında isə yalnız bir giriş-çıxış yolunun olması, tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, hamam, dəhliz və s.) yeganə olması mənzilin naturada bölünməsini istisna edir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı X4 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrazılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar