Məhkəmə qərarları › İş №e-2(051)-436/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-436/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-436/2025 28.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 92.08 manat, faiz borcu üzrə 4.46 manat (faiz dərəcəsi 5 % olmaqla), cəmi 96.54 manat borcun, o cümlədən 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(051)-436/2025 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Yasamal filialı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, BPM**********17 saylı tam kart müqaviləsi bağlanmışdır. Texniki overdraft - müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda tam kart vasitəsilə kart/cari hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Adı çəkilən müqavilənin 9.6-cı maddəsində qeyd edilir: Müştəri təsdiq edir ki, Standart şərtlərdə nəzərdə tutulmuş şərtlərlə texniki overdraft baş verdiyi təqdirdə mövcud kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğinin artırılmasına, kredit xətti mövcud deyilsə, başlanılma (texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razılıq verir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərin 1.11-ci maddəsi Texniki overdraft - Müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsi. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti Texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır. Standart Şərtlərin Kredit/Kredit xəttinə aid müddəaları Texniki overdraft üzrə kreditləşməyə də şamil edilir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış sənədindən göründüyü kimi xx.xx.2024-cü il tarixində müştərinin hesabında 2.61 manat vəsait olduğu halda 65.53 manat vəsaitdən istifadə edərək, 62.92 manat əsassız olaraq varlanmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində 1.67 manat, 28.81 manat vəsaitdən istifadə edərək, 93.40 manat əsassız olaraq varlanmışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixində 0.23 qəpik, xx.xx.2024-cü il tarixində 0.17 qəpik, xx.xx.2024-cü il tarixində 0.92 qəpik olmaqla, cəmi 1.32 manat məbləğində müştəri tərəfindən ödənişlər edilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka əsas borc üzrə 92.08 manat, faiz borcu üzrə 4.46 manat (faiz dərəcəsi 5 % olmaqla), cəmi 96.54 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddia müddətinin buraxılması ilə bağlı qeyd etmişdir ki, iddia müddəti buraxılmamışdır. Belə ki, təqdim edilmiş hesabdan çıxarış sənədi və maliyyə arayışından göründüyü kimi texniki overdraft xx.xx.2024-cü il tarixində yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində qeyd edilir: Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göründüyü kimi əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılmasına dair iddia tələbləri üzrə iddia müddəti 2 il təşkil edir. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında olan məhkəmə münasibəti kredit müqaviləsi ilə bağlı deyildir. xx.xx.2024-cü il tarixində texniki overdraft yaranmış, bank tərəfindən xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi qanunvericilikdə müəyyən edilmiş 2 illik iddia müddəti keçməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizələrində göstərilmişdir ki, 2024-cü ilin 09 yanvar tarixində supermarketdə alış-veriş etdikdən sonra ABB-nin əməkdaşı tərəfindən ona artıq pul köçürüldüyü barədə zəng gəldi. Bundan sonra onun kartında da vəsaiti var idi, o vəsaiti nağdlaşdırıb ailəsi üçün xərclədi. Bank hər hansısa əməliyyatda xəta edibsə, bu onun yox, birbaşa bu əməliyyatı həyata keçirən bank işçisinin təqsiridir. Bank özü bu pulu öz əməkdaşından tutmalı idi. Bu məsələnin bir tərəfidir. Onun hazırda ABB-dən istehlak krediti var və hər ay gecikmə olmadan ödəyir. ABB-dən onun adına heç bir kredit kartı olmamışdır. Halbuki kredit kartı üzrə əlavə olaraq ona faiz borcu da hesablanmışdır. Bank onun hüquqlarını kobud surətdə pozur. Ona guya dekabr ayında bildiriş göndərildiyi və onun bu bildirişə imza çəkdiyi qeyd olunub. Bildirir ki, bu tamamilə əsassızdır və belə bir şey olmamışdır. Ona göndərilən bildiriş rəsmi formada çatmamışdır. Qoşma şəklində poçt qəbzinə imza atılması barədə sənəd göstərilib, o onun imzası deyildir, saxtadır. Əgər zərurət görünürsə, ekspertiza təyin edilməsin, lakin işlədiyi üçün kağıza gedib qol çəkməyə zamanı yoxdur. Ona rəsmi bildiriş təqdim edilmədiyindən, hesab edir ki, məhkəmədən əvvəl pretenziya qaydasına əməl edilməmişdir. İddiaçının iddia etdiyi əsassız varlanma hadisəsinin baş verdiyi tarix 09 yanvar 2024-cü il tarixə təsadüf edir. Beləliklə, 13 yanvarda iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 745.4-cü maddəsinə əsasən Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. Buradan görünür ki, iddiaçı iddia müddətini bir ili ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Bank tərəfindən tətbiq olunan əlavə 4.46 manat faiz borcu tamamilə əsassızdır. Çünki onun kartı kredit kartı deyil, debet, yəni boş kart idi. Hazırda 500 manat əməkhaqqı alır. Hər ay 223 manat ABB kredit, 200 manata yaxın kirayə, yol xərci və digər xərcləri var. Eyni zamanda ahıl ana və atasına da yardım edir. Maddi vəziyyəti hazırda hər hansı əlavə ödənişin ondan tutulmasına imkan vermir. İddiaçının iddiası təmin olunduğu təqdirdə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşəcəkdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi, cavabdeh isə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********17 saylı tam kart müqaviləsinin 9.6-cı maddəsində qeyd edilir: Müştəri təsdiq edir ki, Standart şərtlərdə nəzərdə tutulmuş şərtlərlə texniki overdraft baş verdiyi təqdirdə mövcud kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğinin artırılmasına, kredit xətti mövcud deyilsə, başlanılma (texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razılıq verir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, cavabdehin banka olan borcu 92.08 manat əsas borc, 4.46 manat faiz borcu olmaqla, cəmi 96.54 manat təşkil edir. İşdə olan hesab haqqında məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixində cavabdehin hesabında 2.61 manat vəsait olduğu halda 65.53 manat vəsaitdən istifadə etmiş, daha sonra xx.xx.2024-cü il tarixində 1.67 manat, 28.81 manat vəsaitdən istifadə etmişdir. xx.xx.2024-cü il tarixində 0.23 qəpik, xx.xx.2024-cü il tarixində 0.17 qəpik, xx.xx.2024-cü il tarixində 0.92 qəpik olmaqla, cəmi 1.32 manat məbləğində cavabdeh tərəfindən ödənişlər edilmişdir. Overdraft 92.08 manat göstərilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, xx.xx.2024-cü il tarixində cavabdehin hesabında 2.61 manat vəsait olduğu halda 65.53 manat vəsaitdən istifadə etmiş, daha sonra xx.xx.2024-cü il tarixində 1.67 manat, 28.81 manat vəsaitdən istifadə etmişdir. xx.xx.2024-cü il tarixində 0.23 qəpik, xx.xx.2024cü il tarixində 0.17 qəpik, xx.xx.2024-cü il tarixində 0.92 qəpik olmaqla, cəmi 1.32 manat məbləğində cavabdeh tərəfindən ödənişlər edilmişdir. Cavabdeh banka əsas borc üzrə 92.08 manat, faiz borcu üzrə 4.46 manat (faiz dərəcəsi 5 % olmaqla), cəmi 96.54 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********17 saylı tam kart müqaviləsinin 9.6-cı maddəsində qeyd edilir: Müştəri təsdiq edir ki, Standart şərtlərdə nəzərdə tutulmuş şərtlərlə texniki overdraft baş verdiyi təqdirdə mövcud kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğinin artırılmasına, kredit xətti mövcud deyilsə, başlanılma (texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razılıq verir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir. xx.xx.2024-cü il tarixində cavabdehin hesabında 2.61 manat vəsait olduğu halda 65.53 manat vəsaitdən istifadə etmiş, daha sonra xx.xx.2024-cü il tarixində 1.67 manat, 28.81 manat vəsaitdən istifadə etmişdir. xx.xx.2024-cü il tarixində 0.23 qəpik, xx.xx.2024-cü il tarixində 0.17 qəpik, xx.xx.2024-cü il tarixində 0.92 qəpik olmaqla, cəmi 1.32 manat məbləğində cavabdeh tərəfindən ödənişlər edilmişdir. Texniki overdraft - müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda tam kart vasitəsilə kart/cari hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia müddətinin keçməsi ilə bağlı qeyd edir ki, hazırkı iddia tələbinə əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi şamil edilməməlidir. Belə ki, texniki overdraft xx.xx.2024-cü il tarixdə yaranmış, iddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095–ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə, həmçinin iddiaçının məhkəmədən əvvəl pretenziya qaydasına əməl etməməsi ilə bağlı cavabdehin etiraz ərizəsində istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, cavabdeh öz etirazında ona rəsmi qaydada bildiriş göndərilməsini, iddia ərizəsinə əlavə edilmiş qəbzdə olan imzaının da onun tərəfindən icra edilməməsini göstərmişdir. Bununla belə cavabdeh öz etirazında bu halın xəttşünaslıq ekspertizası ilə aradan qaldırılmasını qeyd etmiş, lakin onun imza nümunələri vermək üçün vaxtının olmamasına görə ekspertiza təyin edilməsini xahiş etməmişdir. Bununla belə məhkəmə cavabdeh tərəfə məhkəmə iclasında iştirak etməsinin zəruriliyini bildirsə də, cavabdeh işə onun iştirakı olmadan iddia müddətini tətbiq etməklə baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə bildirişin alınmasına dair iddia ərizəsinə əlavə edilmiş qəbzi, iddiaçının məhkəmədən əvvəl pretenziya qaydasına əməl etməsini təsdiq edən sübut kimi qiymətləndirmişdir. Ona görə də cavabdehin etiraz ərizəsində istinad etdiyi dəlillər əsaslı deyildir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən cəmi 96.54 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 92.08 (doxsan iki manat, səkkiz qəpik) manat əsas, 4.46 (dörd manat, qırx altı qəpik) manat faiz borcu olmaqla, cəmi 96.54 (doxsan altı manat, əlli dörd qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar