Məhkəmə qərarları › İş №e-2(051)-672/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-672/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-672/2023 27.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin iddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ******* nömrəli xx.xx.2021-ci il tarixli kompleks bank xidməti müqaviləsinə əsasən cavabdehə debet (Master Card) kartı verilmişdir. Cavabdeh müqavilə əsasında yaradılmış ******************** saylı kart hesabına xx.xx.2022-ci il tarixində Qazaxıstan Respublikasından ANY2CARD KZ İNTERAB təyinatı ilə 54.128,55 Qazaxıstan təngəsi KZT məbləğində - 201.88 manat ekvivalentində pul vəsaiti daxil olmuşdur. Müştəri Cavabdeh tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq bankın klirinq şöbəsinə həmin pul vəsaiti üzrə maliyyə sənədi daxil olmadığından qeyd olunan pul vəsaiti (201.88 manat) 33 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə avtomatik olaraq göndərən tərəfə geri qaytarılmışdır. Lakin həmin vəsait cavabdeh tərəfindən istifadə olunduğundan pul vəsaitinin yalnız 12.01 manat hissəsi geri qaytarılmış, qalan hissəsinin isə qaytarılması mümkün olmamışdır. Qeyd olunan vəsaitin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 189.87 manat əsas borc, 46.44 manat faiz borcu olmaqla, cəmi 236.31 manat borcu yaranmışdır. ******* nömrəli xx.xx.2021-ci il tarixli kompleks bank xidməti müqaviləsinə əsasən yaranmış “texniki overdraft” a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarmalıdır. Yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır. Yaranmış borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh bildiriş göndərilərək tələbə dair etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdeh tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ******* nömrəli xx.xx.2021-ci il tarixli kompleks bank xidməti müqaviləsinə əsasən iddiaçı cavabdehə debet (Master Card) kartı verməyi, cavabdeh isə müqavilənin şərtlərini yerinə yetirməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş Cavabdeh İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında 26 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin banka 189.87 manat əsas borc, 46.44 manat faiz borcu olmaqla, cəmi 236.31 manat borcu vardır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müqavilə qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən 189.87 manat əsas borc, 46.44 manat faiz borcu olmaqla, cəmi 236.31 manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh 189.87 (bir yüz səksən doqquz manat səksən yeddi qəpik) manat əsas borc, 46.44 (qırx altı manat qırx dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 236.13 (iki yüz otuz altı manat on üç qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar