Məhkəmə qərarları › İş №e-2(051)-903/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-903/2023

25.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-903/2023 25.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və köçürülmə ilə bağlı maneələrin aradan qaldırılması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri M.Maqomayev prospekti 81 №li evin 44 №li mənzilinə köçürülməsi və köçürülmə ilə bağlı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildiridi ki, Mingəçevir şəhəri M.Maqomayev prospekti 81 №-li evin 44 №-li mənzili 1/3 hissədə iddiaçıya məxsusdur. Mənzil iddaçı ilə cavabdehin birgə nikah dövründə əldə olunmuş və payları müəyyən olunmuşdur. Hazırda mənzilə iddiaçının mülkiyyət hüquqları olsa da həmin mənzildən istifadə edə bilmir. İddiaçının mənzilə köçməyində və həmin mənzilə münasibətdə cavabdeh tərəfindən maneələr var və qətnamə olmadan mənzilə köçürülməyi mümkün deyil. İddiaçı cavabdehlə əvvəllər ailəli olsa da aralarında olan münasibətlər pozulmuş və onlar ayrılmışlar. Həmin mənzil tərəflər arasında paylara ayrılmış və hər ikisi paylı mülkiyyətçidirlər. İddiaçının hazırda yaşamaq üçün başqa yaşayış yeri yoxdur və mülkiyyətində olan mənzilində yaşamaq istəyir. Lakin cavabdeh tərəfindən iddiaçıya maneələr yaradılır və mənzilə köçə bilmir. Ona görə iddiaçının paylı mülkiyyətində olduğu Mingəçevir şəhəri M.Maqomayev prospekti 81 №-li evin 44 №-li mənzilinə köçürülməsi və köçürülmə ilə bağlı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan RespublikasıMPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini,vəkili dinləyib, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Mingəçevir şəhər M.Maqomayev prospekti, 81 №-li evin 44 №-li mənzilinə İddiaçı 1/3 hissə, X2 2/3 hissədə pay olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Mingəçevir şəhər M.Maqomayev prospekti, 81 №-li evin 44 №-li mənzili paylı mülkiyyətdə olmaqla 1/3 hissə iddiaçının 2/3 hissə cavabdehin mülkiyyətindədir. Lakin cavabdeh iddiaçıya paylı mülkiyyətdə olan həmin mənzilə köçüb yaşamağa imkan vermir. Ona görə də iddiaçı paylı mülkiyyətdə olan mübahisəli mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasıında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqlarının və Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir hüquqi və fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəlləsinin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan normalara əsasən və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıdır, ona görə də iddia təmin olunmalı, paylı mülkiyyətdə olan Mingəçevir şəhəri M.Maqomayev prospekti 81 №-li evin 44 №-li mənzilinə köçürülməli, köçürülmə ilə bağlı maneələr aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə, Qət etdi : İddia təmin olunsun. Tağıyev X1 şəhəri M.Maqomayev prospekti 81 №-li evin 44 №-li mənzilinə köçürülsün, köçürülmə ilə bağlı maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar