Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-952/2025 04.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh: "xxxx" Market MMC–nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (Üçüncü şəxs X10) “mülkiyyətində olan torpaq sahəsində yerləşən tikilidən məcburi çıxarılması” tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-na qarşı məhkəmədə iddia qaldıraraq, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3ləşən 0.05 ha torpaq sahəsi və onun üzərində olan tikilidən qanunsuz olaraq istifadə edən cavabdeh "xxxx" Market MMC-nin məcburi qaydada çıxarılması, dövlət rüsumunun əvəzi kimi ödənilən 100 (bir yüz) manatın, vəkilə hüquqi xidmət üçün ödənilən 350 (üç yüz əlli) manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı, yəni İddiaçı xx.xx.1972-ci ildə anadan olmuşdur. Uzun müddətdir ki, Mingəçevir şəhərində yaşayır. İşi ilə əlaqədar olaraq Rusiyaya gedib gəlir. ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş bağ evi onun xüsusi mülkiyyətindədir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrə ilə qeydə alınmış Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş 49.0 kv.m-dən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur. Mülkiyyətində olan torpaq sahəsində digər tikililər də vardır ki, həmin tikililər Çıxarışda öz əksini tapmamışdır. O, tikililər yaşayış sahəsi deyil, yardımçı qeyri-yaşayış sahələridir. Torpaq sahəsi 4 tərəfdən divar daşı ilə hasarlanmış, giriş qapısı qoyulmuşdur. Qeyd etdiyi kimi ilin çox hissəsini Rusiya Federasiyasında yaşayır. Bağ evinə nəzarət etmək və başqa yaşayış yerləri olmadığı üçün ailəsi ilə birlikdə bacısının istifadəsinə vermişdi. Onun məlumatı olmadan bacısının əri X10 "xxxx" Market MMC-yə həyətində olan tikilini istifadəsinə vermişdir. Sonradan iddiaçıya məlum olub ki, o, qanunsuz olaraq icarə müqaviləsi bağlamış, həyətində olan tikilini "xxxx" Market MMC-nin icarəsinə vermişdir. İddiaçı həyətində yerləşən tikilidə olan "xxxx" Market MMC-nin səlahiyyətliləri ilə görüşüb, torpağının boşaldılmasını xahiş etdi. Həmin vaxt onlar iddiaçıya bildirdilər ki, onlar buraya icarə müqaviləsi bağlayıb pul ödəyirlər. İddiaçı isə onlara bildirdi ki, torpağın mülkiyyətçisi odur. Cavabdeh tərəf onunla müqavilə bağlamalıdır, səlahiyyəti olmayan hər hansı şəxslə deyil. Onun mülkiyyətində olan torpaq sahəsində yerləşən "xxxx" market MMC-nin Bakı şəhəri, 8 noyabr prospekti 15, X15-də yerləşən Baş Ofislərinə mübahisəni məhkəmədən kənar həll etmək məqsədilə prenteziya məktubu göndərmişdir. İddiaçıya hər hansı cavab gəlməmişdir. Göstərdiyi xüsusatlar iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən aydın olacaqdır. Odur ki, məhkəmədən, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı Mingəçevir şəhərində yaşayır. İşi ilə əlaqədar olaraq Rusiya Federasiyasına gedib gəlir. ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş bağ evi iddiaçının xüsusi mülkiyyətindədir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrə ilə qeydə alınmış Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş 49.0 kv.m-dən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur. Mülkiyyətində olan torpaq sahəsində digər tikililər də vardır ki, həmin tikililər Çıxarışda öz əksini tapmamışdır. O, tikililər yaşayış sahəsi deyil, yardımçı qeyri-yaşayış sahələridir. Obyekt 2019-cu ildə iddiaçının göndərdiyi pullar hesabına tikilmişdir. Torpaq sahəsi 4 tərəfdən divar daşı ilə hasarlanmış, giriş qapısı qoyulmuşdur. İddiaçı ilin çox hissəsini Rusiya Federasiyasında yaşayır. Bağ evinə nəzarət etmək və başqa yaşayış yerləri olmadığı üçün ailəsi ilə birlikdə bacısının istifadəsinə vermişdir. İddiaçının məlumatı olmadan bacısının əri X10 "xxxx" market MMC-yə həyətində olan tikilini istifadəyə vermişdir. Sonradan iddiaçıya məlum olub ki, o, qanunsuz olaraq icarə müqaviləsi bağlamış, həyətində olan tikilini "xxxx" market MMC-nin icarəsinə vermişdir. İddiaçı həyətində yerləşən tikilidə olan "xxxx" market MMC-nin səlahiyyətli şəxsləri ilə görüşüb, torpağının boşaldılmasını xahiş etmişdir. Həmin vaxt onlar iddiaçıya bildirmişdirlər ki, biz buraya icarəyə müqaviləsi bağlayıb pul ödəyirik. İddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən "xxxx" market MMC-nin Bakı şəhəri, 8 noyabr prospekti 15, X15-də yerləşən baş ofislərinə mübahisəni məhkəmədən kənar həll etmək məqsədilə prenteziya məktubu göndərilmiş, lakin ona hər hansı cavab gəlməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı bildir ki, onlar həmin sahədə yerləşən obyektlə bağlı Nəsibov Əlvanla 2020-ci ilin 1 dekabr tarixində icarə müqaviləsi bağlamışlar. Obyekt 100 kvadrat metrdir. İcarə müqaviləsi arayış əsasında bağlanılmışdır. Nəsibov Əlvan orada məskunlaşıb, həmin obyekt onun istifadəsi və sərəncamında olub. X3 özü tikmişdir. İddiaçının tələbi tamamilə yanlışdır. Belə ki, tələb icarə müqaviləsinin ləğvi olmalı idi. Bundan əlavə icarə müqaviləsi Bakı şəhər 19 saylı Notariat Ofisində bağlanmışdır. İcarə müqaviləsi Nəsibov Əlvanla bağlandığından icarə haqqı da ona ödənilmişdir. Hesab edir ki, iddiaçının tələbi ona qarşı yox Nəsibov Əlvana qarşı olmalı idi. Belə ki, 5 İl ərzində iddiaçının bu məsələdən xəbərinin olmaması inandırıcı deyil. Çıxarışda yalnız 49 kvadrat metr qeydiyyata alınmışdır. Əgər obyekt də ona məxsusdursa, çıxarışa əlavə edilə bilərdi. İlkin müqavilə 2018-ci il tarixdə bağlanmışdır. Üçüncü şəxs X10 əvvəl iştirak etdiyi məhkəmə iclası zamanı bildirmişdir ki, iddiaçı onun qaynıdır. İddiaçı uzun zamandır ki, Rusiya Federasiyasında yaşayır. Torpaq sahəsi cəmi 5 sot olmaqla 2 sot torpaq sahəsi ona məxsusdur. O keçmişdə 2 sot torpaq sahəsini alarkən məcburi köçkün olduğuna görə öz adına rəsmiləşdirə bilməmiş, qaynının yəni iddiaçının adına rəsmiləşdirmişdir. Həmin sahə üzərində iddiaçının özünün evi var. Həmin evin yanında özünə ev tikmiş, orada yaşayır. İcarəyə verilən obyekt 5 sotun üzərindədir, onun şəxsi mülküdür. Belə ki, onun öz vəsaiti hesabına tikmişdir. Cavabdeh MMC qeyriyaşayış sahəsindən istifadə müqabilində ona aylıq 1000 manat icarə haqqı ödəyirlər. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Qarayev X5 şəhəri, 8-ci Bağ küçəsi 2 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3ləşən 0.05 hektar torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsilə İddiaçı tam mülkiyyətindədir. İşdə olan 25 iyun 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, X1 şəhəri, Günəşli bağ evi ünvanında yerləşən ümumi sahəsi 105 kvadrat metr olan qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə 10 il müddətində hər ay üçün 300 manata icarəyə vermişdir. İcarə müqaviləsinə 2 il keçdikdən sonra Mərkəzi Bankın rəsmi inflyasiya dərəcəsi nəzərə alınmaqla, icarə haqqı məbləğinə yenidən baxıla bilməsi nəzərdə tutulmuşdur. İşdə olan 01 dekabr 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X10 Azərbaycan Respublikası “Qaçqınların və X9 üzrə Dövlət Komitəsi” Mingəçevir şəhər bölməsi xx.xx.2020-ci il tarixdə verilmiş 2659 nömrəli arayışa əsasən, Mingəçevir şəhəri, Günəşli bağ evi ünvanında yerləşən ümumi sahəsi 100 kvadrat metr olan qeyri-yaşayış sahəsini icarəyə verməyi, Cavabdeh MMC isə obyekti qəbul etməyi və icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 13 fevral 2023-cü il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.1, 3.1, 3.2 və 3.6-cı bəndləri dəyişdirilərək müqavilənin imzalandığı tarixdən qüvvəyə minməsi və 15 il ərzində qüvvədə olması, icarəçi icarəyə verənə hər ay 1175 manat icarə haqqı ödəməsi, icarə haqqının xx.xx.2023-cü il tarixdən etibarən hesablanması və müqavilə bağlandığı andan 3 il keçdikdən sonra i sonra Mərkəzi Bankın rəsmi inflyasiya dərəcəsi nəzərə alınmaqla, icarə haqqı məbləğinə yenidən baxıla bilməsi barədə razılığa gəlinmişdir. İşdə olan Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 2659 №li arayışdan görünür ki, X10 erməni təcavüzü nəticəsində yaşayış yerini tərk etmiş, Ağdam rayonundan məcburi köçkün düşmüşdür. Mingəçevir şəhərində müqvəqqəti məskunlaşmışdır və hal-hazırda qeydiyyatdadır. Mingəçevir şəhəri, Günəşli Bağ evində yerləşən 100 kvadrat metr yaşayış sahəsi ona məxsusdur. İşdə olan 12 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X2 şəhəri, 8-ci Bağ küçəsi 2 ünvanda yerləşən 0.05 hektar torpaq sahəsini qardaşı İddiaçı hədiyyə şəklində bağışlamışdır. İşdə olan İddiaçı Cavabdeh MMC-yə ünvanlandığı pretenziya məktubunda görünür ki, ünvan 3ləşən 0.05 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş bağ evi onun mülkiyyətindədir. Lakin onun razılığı və icazəsi olmadan X4” market MMC ilə icarə müqaviləsi bağlanmış və onun mülkiyyətində olan ünvan 3ləşən torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh MMC-yə icarəyə verilmişdir. O dəfələrlə Cavabdeh MMC-nin əməkdaşlarından ona məxsus torpaq sahəsi və fərdi yaşayış evindən çıxmalarını bildirsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, Cavabdeh MMC-nin Mingəçevir filialı onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur və onun mülkiyyətində olan daşınmaz əmlaka qeyri-qanuni icarə müqaviləsi bağlanmışdır. Qeyd etdiklərini nəzərə alaraq, Cavabdeh MMC-nin ona məxsus olan ünvan 3ləşən 0.05 hektar torpaq sahəsi və qeyri-yaşayış sahəsini 10 gün müddətinə boşaltmasına göstəriş verilməsini xahiş və tələb edir. Əks halda məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət edəcəkdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi və bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Lakin onun mülkiyyətində olan torpaq sahəsində tikilən qeyri-yaşayış sahəsi Çıxarışda öz əksini tapmamışdır. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi mübahisəli obyektin 2019-cu ildə iddiaçının göndərdiyi pullar hesabına tikildiyini bildirmişdir. Belə ki, iddiaçı ilin çox hissəsini Rusiya Federasiyasında yaşayır. Bağ evinə nəzarət etmək və başqa yaşayış yerləri olmadığı üçün ailəsi ilə birlikdə bacısının istifadəsinə vermişdir. İddiaçının məlumatı olmadan bacısının əri X10 "xxxx" market MMCyə həyətində olan tikilini istifadəyə vermişdir. Sonradan iddiaçıya məlum olub ki, o, qanunsuz olaraq icarə müqaviləsi bağlamış, həyətində olan tikilini "xxxx" market MMC-nin icarəsinə vermişdir. İddiaçı həyətində yerləşən tikilidə olan "xxxx" market MMC-nin səlahiyyətli şəxsləri ilə görüşüb, torpağının boşaldılmasını xahiş etdikdə bundan imtina edilmişdir. Həmin vaxt onlar iddiaçıya bildirmişdirlər ki, icarə müqaviləsi X10 ilə bağlanmış və hər ay razılaşdırılmış icarə haqqı ödənilir. Cavabdeh isə məhkəmə iclası zamanı iddianı qəbul etmədiyini bildirərək iddia tələbinin ona qarşı yox Nəsibov Əlvana qarşı qaldırılmalı olduğunu qeyd etdi. Belə ki, 5 il ərzində iddiaçının bu məsələdən xəbərinin olmamasının inandırıcı olmadığını, habelə qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olduğu halda ona dair çıxarış əldə etmədiyini bildirdi. Üçüncü şəxs isə məhkəmə iclası zamanı torpaq sahəsinin 2 sotunun ona məxsus olduğunu sadəcə torpaq sahəsini alarkən məcburi köçkün olduğuna görə öz adına rəsmiləşdirə bilmədiyini, qaynının yəni iddiaçının adına rəsmiləşdirildiyini bildirməklə bərabər həmin torpaq sahəsi üzərində iddiaçıya məxsus fərdi yaşayış evinin yanında özünə ev tikdiyini, orada yaşadığını, habelə icarəyə verilən obyektin də onun məxsus olduğunu və belə ki, onu öz vəsaiti hesabına tikdirdiyini bidirmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli torpaq sahəsinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə işin müəyyən edilmiş həmin hallarına qiymət verərək hesab edir ki, İddiaçı mübahisəli torpaq sahəsi üzərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ünvan 3ləşən 0.05 ha torpaq sahəsində İddiaçı mülkiyyətində olduğunu təsdiq edir və bununla bağlı mübahisəyə mülkiyyət hüququna dair normalar əsasında qiymət verilməlidir. Çünki torpaq sahəsi və üzərində olan bağ evi İddiaçı tam mülkiyyətindədir. İddiaçının nümayəndəsi həmin torpaq sahəsinin üzərində yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının hesabına tikildiyi bildirilsə də, üçüncü şəxs bu halı qəbul etməyərək mübahisəli qeyri-yaşayış sahəsinin məhz öz vəsaiti hesabına tikdirdiyini bildirmiş, lakin bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasınının Mülki Məcəlləsinin: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Baxılan iş üzrə iddiaçının torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ mübahisəli qeyri-yaşayış sahəsinin (tikilinin) altında yerləşən torpaq sahəsinə də aiddir. Yəni, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin bitişik olduğu torpaq sahəsinin mülkiyyətçisidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Mülki qanunvericilikdə torpaq sahəsini və onun üzərindəki tikilini müstəqil daşınmaz əşya (onların hər birini mülkiyyət hüququnun müstəqil obyekti) kimi tanıyan normalar olsa da, son illərdə qanunvericinin bu cür hüquq münasibətlərinin tənzimlənməsində ortaya qoyduğu iradə vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti yönündədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da 16 iyun 2023-cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir. Belə olan halda, məhkəmə hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli qeyri-yaşayış sahəsinin onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, həmin mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Lakin cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur. Belə ki, torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, onun üzərindəki qeyri-yaşayış sahəsi barəsində cavabdehlə torpaq sahəsi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamış üçüncü şəxs arasında notarial qaydada “arayış” əsasında icarə müqaviləsi bağlanmışdır. İş materialları araşdırılarkən notarial qaydada bağlanmış icarə müqaviləsinin predmetini, yəni mübahisəli qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası “Qaçqınların və X9 üzrə Dövlət Komitəsi” Mingəçevir şəhər bölməsinin xx.xx.2020-ci il tarixdə verdiyi 2659 nömrəli arayışına əsasən Mingəçevir şəhəri, Günəşli Bağ evində yerləşən 100 kvadrat metr qeyri-yaşayış sahəsi təşkil etdiyi müəyyən olunmuşdur. Bu səbəbdən üçüncü şəxsin icarəçi kimi qeyri-yaşayış sahəsini cavabdehə icarəyə verməsi də tam qanunsuz və əsassızdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikasınının Mülki Məcəlləsinin:
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Beləliklə, məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdehlə üçüncü şəxs arasında bağlanmış icarə müqaviləsi mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından özlüyündə etibarsızdır. Yekunda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Vəkilə göstərdiyi yardıma görə xərc üçün 350 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3ləşən 0.05 ha torpaq sahəsi və onun üzərindəki tikilidən istifadə edən Cavabdeh MMC həmin qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilsin. Vəkilə göstərdiyi yardıma görə xərc üçün 350 (üç yüz əlli) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmənin hakimi: Elza Cəbrayılzadə