Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-998/2023 11.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan mənzilin paylı dəyərinin cavabdehdən alınıb verilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan mənzilin paylı dəyərinin cavabdehdən alınıb verilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tələbini belə əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Cavabdehlər onun oğullarıdır və qeyd edilən mənzil vərəsəlik qaydasında onlar aramızda bölünmüşdür. Bundan sonra mənzil paylı mülkiyyət üzrə 1/4 hissədə iddiaçının, qalan hissələrdə digər cavabdehlərin adına dövlət reyestrindən çıxarış verilməklə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2011-ci il tarixli **********32-05101-093008 nömrəli çıxarışdan görünür ki, paylar tərəflər aramızda 1/4 hissələrdə bölünmüşdür. Cavabdehlər iddiaçının həmin mənzildən sərbəst istifadə etməyinə, həmin mənzildə yaşamağına icazə vermirlər. Bu səbəbdən də, payın naturada bölünməsi ilə bağlı müraciət etmişlər və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-38/2023 saylı qətnaməsi ilə ddiaçı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. Bu səbəbdən də növbəti mərhələ olan kompensasiya məsələsini qaldırmışlar. Ona görə də Mingəçevir şəhəri, Naxçıvan küçəsi 52/1 saylı evin, 9 saylı mənzilindən iddiaçının payına düşən 1/4 hissəsinin dəyəri paylı mülkiyyətin digər mülkiyyətçiləri, yəni cavabdehlər tərəfindən ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 52/1 №-li evin 9 №-li mənzilinə İddiaçı 1/4 hissə, Cavabdeh2 1/4 hissə, Cavabdeh3 1/4 hissə, Cavabdeh1 1/4 hissədə pay olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, ünvan 1 ünvanı paylı mülkiyyət üzrə 1/4 hissədə olmaqla tərəflər arasında bölünmüşdür. Tərəflər bununla əlaqədar mülkiyyət sənədləri vardır. Tərəflərin birgə yaşaması mümkün olmaması səbəbindən iddiaçı payın naturada bölünməsi ilə bağlı müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-38/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. Bu səbəbdən də iddiaçı mülkiyyətdə olan mənzilin paylı dəyərinin cavabdehdən alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə maraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–in 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mənzil mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyayaqarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarından da göründüyü kimi Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Buna görə də məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 220-ci maddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarı həmin maddənin şərhində göstərilən tələblərinə uyğunluq mövcud deyil. Belə ki, iddianın təmin olunması üçün əsas olan hallar mövcud deyil. Həmin hallar 1. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. 2. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Lakin göstərilən iddia üzrə hər iki hall mövcud deyil. İlk öncə cavabdehin kompensasiya verilməyə maddi imkanı yoxdur. İkinci halı təhlil edərkən isə müəyyən olunur ki, cavabdehin payı cuzi deyil ümumilikdə mənzilin 4/10 payına sahibdir. Göstərilən iddianın təmin olunması cavabdehin huquqlarının pozulmasına gətirib çıxarar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan mənzilin paylı dəyərinin cavabdehdən alınıb verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-998/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-998/2023
11.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver