Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № e-2(052)-19/2025 20.02.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı cəmiyyətə vurulmuş 2795.11 (iki min yeddi yüz doxsan beş manat, 11 qəpik) manat məbləğində maddi ziyanın və 55 (əlli beş) manat məbləğində mediasiya rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “08” avqust 2016-cı il tarixdən Cavabdeh Qəbul və Qeydiyyat şöbəsinin qeydiyyatçısı vəzifəsində işləmiş və müştərilərin mehmanxanaya qəbulu və qeydiyyatı (əmək funksiyasını, görülən işin xarakterini göstərmək) işini görmüşdür. Xidməti vəzifələrini yerinə yetirən vaxt cavabdeh qonaqlar tərəfindən hotelə ödənilən nağd vəsaitlərin əvəzində qazanc əldə etmək üçün şəxsi debet/keşbek kartları vasitəsi ilə ödənişlər icra etmişdir. Bilindiyi kimi qonaqlar tərəfindən kredit kartları vasitəsilə nağdsız qaydada edilən ödənişlər zamanı, həmin ödənişin müəyyən faizi bank tərəfindən kəşbek şəklində kart sahibinə geri qaytarılır. Bizim bankla olan razılaşmamıza əsasən qonaq kartından ödənilən hər vəsaitə görə 0,2% kəşbek verilir. Həmin vəsait şirkətin hesabına ödənilir. Cavabdeh isə bundan istifadə edərək qonaq tərəfindən nağd şəkildə ödənilən vəsaitləri öz kartı ilə ödəniş etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, əgər qonaq nağd şəkildə ödənişi tamamlasa idi şirkətdə 0,2% məbləğində maliyyə itkisi yaranmamış olardı. Nəticədə cavabdeh tərəfindən əməliyyatlar aparılan zaman bank komissiyası xərci ilə iddiaçıya 2975.11 manat məbləğində maddi zərər vurulmuşdur. Qeyd edilən hal ilə bağlı xx.xx.2023-cü il tarixində işçi tərəfindən nizam-intizam qaydalarının pozulmasına dair akt tərtib edilmiş, habelə cavabdeh öz əməlini xx.xx.2023-cü il tarixli izahatı və xx.xx.2023cü il tarixli öhdəliklərin icrasına dair təminat ərizəsində təsdiqləmişdir. Belə ki, cavabdeh təminat ərizəsi ilə iddiaçıya dəyən 2975.11 manat həcmində maddi zərərin xx.xx.2023-cü il tarixinədək iddiaçıya ödənilməsini öhdəsinə götürmüş, lakin indiyədək heç bir ödəniş həyata keçirməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndinə əsasən, işçi işəgötürənlə yazılı şəkildə X2 haqqında müqavilə bağladıqda, qanunazidd hərəkətləri nəticəsində vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Cavabdeh işə qəbul zamanı 20 sentyabr 2019-cu il tarixli 050 saylı "X2 haqqında Müqavilə"ni imzalamışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh iddiaçı təşkilata məxsus hoteldə qeydiyyatçı vəzifəsində işləmişdir. O, gələn qonaqlar tərəfindən şirkətə ödənilməli olan pul vəsaitlərini müştəridən nağd qaydada almış, daha sonra sonra öz plastik kartına yükləmiş və həmin kart vasitəsilə şirkətin hesabına ödəmişdir. Bununla da hər ödənilən məbləğ üçün hansı ki, bank tərəfindən qonağa geri ödəniləcək 0.2% keşbek məbləğini mənimsəmişdir. Cavabdehin etmiş olduğu əməlinin aşkara çıxmasından sonra onun izahatı alınmış və o, izahatında da bu əməliyyatları etdiyini boynuna almış və həmin məbləği cəmiyyətə geri ödəyəcəyini demişdir. Lakin cavabdeh tərəfindən cəmiyyətə heç bir ödəniş edilməmişdir. Odur ki, o məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsasslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin xx.xx.2016-cı il tarixli xxxxxxx00200 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh 08 avqust 2016-cı il tarixdən 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə "xxxx" MMC-də qeydiyyatçı vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Əmək müqaviləsindən (kontraktdan) görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmış əmək müqaviləsi xx.xx.2019-cu il tarixdən etibarən yenilənmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X2 haqqında müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında X2 barədə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, qonaqlar tərəfindən cash edilmiş ödənişləri kartla vurduğunu, bunu edərkən hər hansı gəlir və ya xeyir əldə etmədiyini, bunu etməsində məqsədi qonaq məmnuniyyətinə köməklik göstərməsi olduğunu bildirmiş və bir daha belə bir halın baş verməyəcəyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli “Öhdəliklərin icrasına dair təminat ərizəsi”-dən görünür ki, Cavabdeh vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif qanunsuz yollarla "xxxx" MMC-yə ümumilikdə 2975,11 AZN məbləğində ziyan vurduğunu, əməlindən səmimi peşman olduğunu etiraf etmiş və mənimsədiyi ümumilikdə 2975,11 AZN məbləğini tam olaraq xx.xx.2023-cü il tarixinə kimi Şirkətin büdcəsinə qaytarmağı barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsində qeyd edilir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Eyni Məcəllənin 192-ci maddəsinə əsasən Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 199-cu maddəsində qeyd edilmişdir ki, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Eyni Məcəllənin 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara məcmu halında qiymət verərək iddianın əsaslı olması qənaətinə gəlir. Belə ki, iddiaçı təşkilat tərəfindən qeyd olunan pul vəsaitlərini geri qaytarmaqda məqsəd yalnız ödənişlər müştərilər tərəfindən kart vasitəsi ilə icra olunacağı təqdirdə, həmin şəxslərə qaytarmaq olmuşdur ki, bunu etmək cəmiyyətin iqtisadi maraqlarına xidmət etmişdir. Hazırki işdən isə görünür ki, cavabdeh qazanc əldə etmək məqsədi ilə müştərilər tərəfindən nağd şəkildə ödənilmiş məbləğləri kart vasitəsi ilə iddiaçı təşkilatın hesabına ödəmiş, bununla da əsassız olaraq pul vəsaitləri əldə etmişdir. Həmçinin cavabdehin yol verdiyi bu hərəkətlər cəmiyyətin iqtisadi maraqlarına xidmət etməməklə yanaşı, onun əlavə xərclərə cəlb olunması ilə nəticələnmişdir. Beləliklə cavabdeh tərəfindən əsassız olaraq əldə edilmiş həmin məbləğlər iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iddiaçı cəmiyyət tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2795.11 manat pul vəsaiti və 55 manat mediasiya rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(052)-19/2025
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(052)-19/2025
20.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver