Məhkəmə qərarları › İş №e-2(052)-74/2025

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(052)-74/2025

11.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № e-2(052)-74/2025 11.04.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Qızıl Aypara Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Komitəsinə qarşı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunması, işə bərpa edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilərək icra olunan günədək məcburi iş buraxma günləri üçün əmək haqqının alınıb verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qızıl Aypara Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Komitəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin 28 dekabr 2025-ci il tarixli, 54 saylı qanunsuz əmrin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa edilməsi barədə qətnamə qəbul edib, qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilərək icra olunan günədək cavabdeh Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsindən məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanmaqla alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinə verilməli olduğu halda səhvən “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən QƏRARA ALDİ: İddiaçı cavabdeh Qızıl Aypara Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Komitəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının alınıb verilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar