Məhkəmə qərarları › İş №e-2(053)-1039/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-1039/2023

02.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-1039/2023 02.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu ərizəçi İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X3, X5, X6, X1 və Hüseynova bəyim Fərman qızına qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair iddiaə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 ilə ümumi birgə mülkiyyətində olan və Neftçala rayonu, Qaraqaşlı kəndində yerləşən qeydiyyat nömrəsi ********** olan 16 sentyabr 2020-ci ildə **********07- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0,2128 ha həyətyanı torpaq sahəsində özünə məxsus paya münasibətdə, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə, həmçinin qeydiyyat nömrəsi ********** olan 24 may 2023-cü ildə **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyətdə olan 2,0206 ha torpaq sahəsində özünün payına olan münasibətdə və qeydiyyat nömrəsi ********** olan 24 may 2023-cü ildə **********35 reyestr nömrəsi ilə qeydiyyata alınmış ümumi birgə mülkiyyətdə olan 3,2561 ha torpaq sahəsində özünün payına olan münasibətdə torpaq sahəsinə mirasın qəbulu üçün ötürülmüş müddət üzrlü hesab edilməklə tam olaraq qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xüsusi ərizəçi İddiaçı nümayəndəsi, Vəkil sonradan ərizə ilə məhkəməyə müraciət edərək, təqdim edilmiş ərizənin iddia icraatı qaydasında verildiyini, lakin həmin ərizənin xüsusi icraat qaydasında verilməli olduğunu bildirib, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-ci maddəsinə əsasən «iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır». Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 267-268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X3, X5, X6, X1 və Hüseynova bəyim Fərman qızına qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İzah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar