Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-1101/2024 18.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 500 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 530 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia yolverilməz olduğuna görə onun qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-3.2.2, 284-3.2.4 və 284-3.2.5-ci maddələrinə əsasən ərizədə «iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), «tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar», «əlavə edilən sənədlərin siyahısı» göstərilməlidir. İlk növbədə qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinə tələbin əsaslığını təsdiq edən sənədlər kimi əlavə edilmiş qəbzlərdə ümumilikdə 500 manat təşkil edən məbləğlərin müvafiq hesablara (vəsaiti alanın hesabı: 461386******0574, 409858******4093) köçürüldüyü görünsə də, qəbzlərdəki hesabların məhz cavadehə aid olduğu təqdim edilmiş sənədlərlə təsdiq olunmur. Həmçinin iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməyib. Göstərilənlərlə yanaşı qeyd olunur ki, iddiaçı iddia ərizəsində özünün ünvanı kimi «Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları» ünvanını qeyd edib. «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan isə görünür ki, iddiaçı «Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev 38» ünvanı üzrə qeydiyyatdadır. Bu hal, yəni ərizədə göstərilən «Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları» ünvanının iddiaçıya aid faktiki ünvan olduğunu güman etməyə əsas verir. Lakin iddia ərizəsində iddiaçının yaşayış yeri və ya olduğu yerin (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanın) göstərilməsi qanunvericiliyin tələbi olduğundan, bu tələbə riayət edilməlidir. Göründüyü kimi iddiaçı mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə riayət etməyib. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən «verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa» məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, həmin ərizəyə baxılmanın sadələşdirilmiş qaydası yolverilməzdir və ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, MPM-nin 284-4-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1101/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-1101/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver