Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-1113/2023 23.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı «xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC «Xalq» Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 dekabr 2017-ci il tarixli, **********44517/SİM-1№-li sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Neftçala şəhəri, Heydər Əliyev prospektində mülkiyyətində olan 0.017 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1B nömrəli, 1 mərtəbəli, 149 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına (1-ci "İpoteka predmeti"), 20 dekabr 2017-ci il tarixli, **********44517/SİM-2№-li sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh3 məxsus olan Neftçala şəhəri, Heydər Əliyev prospektində istifadəsində olan 0.05 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində, 57.5 kv.m ümumi, 28.4 kv.m yaşayış sahəsindən ibarət 2 otaq 42 nömrəli mənzilə (2-ci "İpoteka predmeti"), 20 dekabr 2017-ci il tarixli, **********44517/SİM-3№-li sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Neftçala şəhəri, Məhəmməd Şəhriyar küçəsində istifadədə olan 0.0024 ha torpaq sahəsində yerləşən, 33 nömrəli, 1 mərtəbəli, 19.8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına (3-cü "İpoteka predmeti"), 20 dekabr 2017-ci il tarixli, **********44517/SİM-4№-li sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Neftçala şəhəri, Heydər Əliyev prospektində mülkiyyətində olan 0.0847 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 328 nömrəli, 2 mərtəbəli, 357.4 kv.m ümumi, 88.9 kv.m yaşayış, 268.5 kv.m yardımçı sahədən ibarət 3 otaq fərdi yaşayış evinə (4-cü "İpoteka predmeti"), 20 dekabr 2017-ci il tarixli, **********44517/SİM-5№-li sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh4 məxsus olan Neftçala şəhəri, Heydər Əliyev prospektində istifadəsində olan 0.12 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 53.4 kv.m ümumi, 28.5 kv.m yaşayış, 24.9 kv.m yardımçı sahədən ibarət, 2 otaq 11 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsait hesabına borcalan "xxxx" MMC-nin 20 dekabr 2017-ci il tarixli, **********44517№-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 37.020 (otuz yeddi min iyirmi) ABŞ dolları məbləğində əsas borcu, 17 oktyabr 2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 11.281,94 (on bir min iki yüz səksən bir ABŞ dolları 94 sent ABŞ dolları məbləğində penya, 20 dekabr 2022-ci il tarixdən 17 oktyabr 2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 1.613,85 (bir min altı yüz on üç ABŞ dolları 85 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 49.915,79 (qırx doqquz min doqquz yüz on beş ABŞ dolları 79 sent) ABŞ dolları, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 423 (dörd yüz iyirmi üç) manat məbləğində çəkilmiş xərc ASC «Xalq Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 344,57 (üç yüz qırx dörd manat 57 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmaqla İpoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiymət) məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi və 2-ci ipoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan Cavabdeh3, onun ailə üzvləri və digər şəxslər, 4-cü ipoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan Cavabdeh1, Cavabdeh5, onun ailə üzvləri və digər şəxslər, 5-ci ipoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan Cavabdeh4, Cavabdeh2, onların ailə üzvləri və digər şəxslər müvafiq olaraq yaşayış sahələrini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən «İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır». Eyni Məcəllənin 150.1.3-cü maddəsinin tələbinə görə iddia ərizəsinə «iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla)» əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 69.2 və 69.3-cü maddələrinə əsasən «Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir», «Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur». Həmin Məcəllənin 73.1 və 73.4-cü maddələrinə əsasən «Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir», «Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir». Eyni Məcəllənin 74.2-ci maddəsinə əsasən “İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir”. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Belə ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsindən ərizənin iddiaçı ASC «Xalq» Bankının Hüquq İdarəsinin iddia işinin aparılması şöbəsinin hüquq məsləhətçisi, eyni zamanda etibarnamə üzrə nümayəndəsi Çingiz Dibirov tərəfindən imza edildiyi görünsə də, həmin şəxsin, iddiaçının iddia ərizəsini imza etməyə səlahiyyətini təsdiq edən (iş yerindən arayışda) müddətli əmək müqaviləsinin müddətinin bitmə tarixi 13 oktyabr 2023cü il qeyd olunmaqla sənədin yenisi ərizəyə əlavə edilməmişdir. X1 müvafiq səlahiyyətə malik olmasına, iddia ərizəsini imzalamaq səlahiyyətinin qanuniliyinə dair suallar yaradır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Çingiz Dibirov mövcud vəziyyətdə iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olmayıb. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1.-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə», Eyni Məcəllənin 152.1.2-ci maddəsinə əsasən isə «iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır». Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır». Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı «xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-1113/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-1113/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver