Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-125/2024 13.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.929,10 manat məbləğində əsas borc və 150,30 manat faiz borcu olmaqla, cəmi 2.079,40 manat borcun və 40,80 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 19 dekabr 2022-ci il tarixində Birbank mobil tətbiqi vastəsilə 3.030 manat məbləğində krediti onlayn qaydada rəsmiləşdirilməsi üçün İddiaçı ASC-yə (bundan sonra “İddiaçı və ya “Bank) müraciət etmişdir. Bu zaman cavabdeh mobil tətbiqdə üztanıma sistemilə eyniləşdirilmişdir (fotoşəkil əlavəolunur). Cavabdehin müraciəti araşdırıldıqdan sonra ona 3.030 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Kredit üçün ayrılmış vəsaitdən 90,90 manat nağdlaşdırma komissiyası və bank zəmanəti komissiyası çıxıldıqdan sonra qalan 2.929,10 manat vəsait cavabdehin 416974******4634 nömrəli kartına köçürülmüşdür. Lakin texniki səhvlik nəticəsində həmin vəsait təkrarən cavabdehin hesabına köçürülmüşdür. Cavabdeh həm kredit üçün köçürülmüş vəsaiti, həm də səhvliklə köçürülmüş vəsaiti istifadə etmişdir. Artıq köçürülmüş vəsaitin qaytarılması ilə bağlı cavabdehə məlumat verilişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi cavabdeh 10 yanvar 2023-cü il tarixdə 500 manat ödəniş etmiş, 17 aprel 2023-cü ildə isə banka ərizə ilə müraciət edərək 2.929,10 manatın kart hesabına artıq mədaxil olunduğunu və ona məxsus olmayan daha 500 manat vəsaitin banka geri qaytarılmasına etiraz etmədiyini, qalan borcu da ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh sonradan qalan 1.929,10 manat məbləğin qaytarılmasından imtina etmişdir. Beləliklə Cavabdeh hesabına artıq köçürülmüş 2.929,10 manat məbləğində vəsaitin 1.000 manat məbləği geri qaytarılmış, 1.929,10 manat məbləğində vəsait isə onun tərəfindən istifadə olunmaqla əsassız varanmışdır. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bank tərəfindən vəsait 19 dekabr 2022-ci il tarixdə verildiyindən cavabdeh əldən çıxmış fayda kimi faizləri də iddiaçıya ödəməlidir. Bankın qeyd olunan vəsaitdən məhrum olmasından 11 ay müddət keçməsini nəzərə alaraq bu müddətə hesablanacaq faiz məbləği 150,30 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, hazırda təqaüdçüdür və bank ondan əlavə pul tələb edir. İlkin olaraq kart blokda olduğu üçün, sonradan isə maddi imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Borcunu ödəməkdən imtina etmir. Qeyd etdiklərinin nəzərə alınıb iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli, GTKR8715253A299 saylı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 25% dərəcəsi ilə 3.030 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş üzrə çıxarışdan görünür ki, texniki səhv nəticəsində karta iki dəfə kredit məbləği köçürülmüşdür. Cavabdeh İddiaçı ASC tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə borclunun üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı ASC Cavabdeh verdiyi kredit üzrə borcu və ona hesablanmış faiz borcunu tələb etmək hüququna malikdir. İddiaçı ASC məhkəməyə müraciət edərkən 40,80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddia ərizəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.929,10 (min doqquz yüz iyirmi doqquz manat on qəpik) manat məbləğində əsas borc, 150,30 (yüz əlli manat otuz qəpik) manat faiz borcu, cəmi 2.079,40 (iki min yetmiş doqquz manat qırx qəpik) manat borcun, habelə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 40,80 (qırx manat səksən qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-125/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-125/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver