Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-1521/2025 05.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və məcburi işburaxma üçün kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinin nümayəndələri X1 və Nümayəndə sədrlik edən hakim – Neftçala Rayon Məhkəməsinin sədri Qədimov Ceyhun Tofiq oğluna etirazına baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, onunla Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 25 avqust 2025-ci il tarixli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi və məcburi işburaxma üçün həmin tarixdən cari tarixədək olan dövr üzrə hesablanmış əmək haqqı həcmində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 06 oktyabr 2025-ci ildə məhkəmənin icraatına daxil olaraq baxılması üçün Neftçala Rayon Məhkəməsinin sədri Qədimov Ceyhun Tofiq oğlunun icraatına verilmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası 23 oktyabr 2025-ci il tarixinə təyin olunmuş, cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi səbəbindən hazırlıq iclası 18 noyabr 2025-ci il tarixinə keçirilmiş, 18 noyabr 2025-ci il tarixdə iddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə keçirilmiş həmin iclasda iş məhkəmədə baxılması üçün hazır hesab edilərək ilk məhkəmə baxışı iclası 01 dekabr 2025-ci il tarixinə təyin olunmuşdur. 01 dekabr 2025-ci il tarixli məhkəmə iclasında İddiaçı və cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə işə mahiyyəti üzrə baxılmasına başlanmış, məhkəmə baxışının davamı 05 dekabr 2025-ci il tarixinə təyin olunmuşdur. 05 dekabr 2025-ci il tarixli məhkəmə iclasında cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinin nümayəndəsi Nümayəndə hakim Qədimov Ceyhun Tofiq oğluna etiraz vermişdir. İddiaçı cavabdehin etirazının əsassız olması səbəbindən rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 22.5-ci maddəsinə əsasən “Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mülki iş etirazla birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 22.6, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinin nümayəndəsi Nümayəndə sədrlik edən hakim – Neftçala Rayon Məhkəməsinin sədri Qədimov Ceyhun Tofiq oğluna etirazı baxılması üçün hazırkı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1521/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-1521/2025
05.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver