Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1607/2025 26.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızı, X1 iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi”-nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 174-2/24 nömrəli subicarə müqaviləsi üzrə hesablanmış ƏDV daxil 1300,20 manat ödənilməmiş hissə, 193,70 manat cərimə və 35 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq «ABC Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 23 dekabr 2024-cü il tarixli, 174-2/24 nömrəli subicarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən İddiaçı MMC ünvan 1 ünvanında yerləşən 510 saylı ofisini Cavabdeh icarəyə vermişdir. Bunun müqabilində Cavabdeh müqavilənin 1-ci bəndinə əsasən İddiaçı MMC-yə bir aylıq icarə haqqı olaraq ƏDV daxil olmaqla 1.215,40 AZN, eləcə də 2.060,00 AZN depozit məbləği ödəməyi öhdəliyinə götürmüşdür. Bu müqavilənin müddəti xx.xx.2025-ci il tarixinə qədərdir. xx.xx.2024-cü il tarixli, 174-2/24 nömrəli subicarə müqaviləsi üzrə İddiaçı MMC Cavabdeh ümumilikdə ƏDV daxil 6429,86 manat məbləğində icarə haqqı üzrə xidmət göstərmişdi, o cümlədən; -2024-cü ilin dekabr ayı üzrə ƏDV daxil 352,86 manat, -2025-ci ilin yanvar ayı üzrə ƏDV daxil 1215,40 manat, -2025-ci ilin fevral ayı üzrə ƏDV daxil 1215,40 manat, -2025-ci ilin mart ayı üzrə ƏDV daxil 1215,40 manat, -2025-ci ilin aprel ayı üzrə ƏDV daxil 1215,40 manat, -2025-ci ilin may ayı üzrə ƏDV daxil 1215,40 manat. Qeyd edilmişdir ki, cavabdehin vergi ödəyicisi olmadığını nəzərə alaraq, ödənişlərin aparılması üçün iddiaçı tərəfindən hesab fakturalar tərtib edilmişdi. Müqavilənin müddətinin xx.xx.2025-ci il tarixinə qədər olmasına baxmayaraq Cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməməsi səbəbindən icarə haqqı üzrə hesablamalar xx.xx.2025-ci il tarixində dayandırılmışdır. xx.xx.2024-cü il tarixli, 174-2/24 nömrəli subicarə müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-nə ümumilikdə ƏDV daxil 5.129,66 manat ödəniş edilmişdir, o cümlədən: xx.xx.2025-ci il tarixində 1382,86 manat, xx.xx.2025-ci il tarixində 1.216 manat, xx.xx.2025-ci il tarixində 1.215,40 manat, xx.xx.2025-ci il tarixində 1.315,40 manat. Nəticə etibarı ilə xx.xx.2024-cü il tarixli, 174-2/24 nömrəli subicarə müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən tam yerinə yetirilməmişdir. Ümumilikdə isə 2025-ci ilin may ayından 1.300,20 manat ödənişin icra edilməsi bu günə qədər təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli 174-2/24 nömrəli subicarə müqaviləsinin 4.3-cü maddəsinə əsasən başlanma tarixindən gec olmayaraq ödənilməli olan depozit. İlk ay üçün icarə haqqı və aylıq müntəzəm qaydada göstərilən xidmətlər üçün haqlar Subicarəçi tərəfindən barəsində ödənişin aid olduğu aydan əvvəlki ayın 10-cu günündə və ya bu gündən əvvəl ödənilməlidir. Depozit üçün icarə haqqı üçün və ya aylıq müntəzəm qaydada göstərilən əlavə xidmət haqları üçün fakturanın olmaması Subicarəçini depozit, icarə haqqı, və aylıq müntəzəm qaydada göstərilən əlavə xidmət haqlarını ödəmək öhdəliyindən azad etmir. Ödənişlər müqavilə ilə müəyyən edilmiş vaxtda ödənilmədiyi üçün müqavilənin 4.6-cı bəndini rəhbər tutaraq vaxtında edilməyən ödənişin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər hər gecikmiş günü üçün (cəmi 149 gün) 0,1% dərəcəsi ilə 193,70 manat dəbbə pulu hesablanmışdır, o cümlədən 1.300 AZN ( 2025-ci ilin may ayından etibarən ödəniş vaxtı keçmiş məbləğ) x 0,1% = 1,30 x 149 (gecikmiş günlərin sayı) = 193,70 AZN. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixində yazılı bildiriş, xx.xx.2025-ci il tarixində rəsmi pretenziya göndərilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəlikər icra edilməmişdir. İddiaçı MMC xx.xx.2026-cı il tarixli məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələblərinimüdafiə etdiklərini, məhkəmə iclasında iştirak edə bilmədiklərini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı aylıq icarə haqqı 1.215,40 manat olan 510 nömrəli 10.3 kv.m. ofisi icarəyə vermiş və cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixədək aylıq 1.215,40 manat ödəməyi öhdəsinə götürmüşdür, eyni zamanda 2060 manat depozit ödənilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli 246 nömrəli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə İddiaçı MMC-yə olan borcunu xx.xx.2025-ci tarixədək ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinin tələbinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur 700.2-ci maddəsinin tələbinə görə, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinin tələbinə görə, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 23 dekabr 2024-cü il tarixli, 174-2/24 nömrəli subicarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən İddiaçı MMC ünvan 1 ünvanında yerləşən 510 saylı ofisini Cavabdeh icarəyə vermişdir. Bunun müqabilində Cavabdeh müqavilənin 1-ci bəndinə əsasən İddiaçı MMC-yə bir aylıq icarə haqqı olaraq ƏDV daxil olmaqla 1.215,40 AZN, eləcə də 2.060,00 AZN depozit məbləği ödəməyi öhdəliyinə götürmüşdür. Bu müqavilənin müddəti xx.xx.2025-ci il tarixinə qədər olmuşdur. xx.xx.2024-cü il tarixli, 174-2/24 nömrəli subicarə müqaviləsi üzrə İddiaçı MMC Cavabdeh ümumilikdə ƏDV daxil 6429,86 manat məbləğində icarə haqqı üzrə xidmət göstərmişdir, o cümlədən; -2024-cü ilin dekabr ayı üzrə ƏDV daxil 352,86 manat, -2025-ci ilin yanvar ayı üzrə ƏDV daxil 1215,40 manat, -2025-ci ilin fevral ayı üzrə ƏDV daxil 1215,40 manat, -2025-ci ilin mart ayı üzrə ƏDV daxil 1215,40 manat, -2025-ci ilin aprel ayı üzrə ƏDV daxil 1215,40 manat, -2025-ci ilin may ayı üzrə ƏDV daxil 1215,40 manat təşkil edir.. Qeyd edilmişdir ki, cavabdehin vergi ödəyicisi olmadığını nəzərə alaraq, ödənişlərin aparılması üçün iddiaçı tərəfindən hesab fakturalar tərtib edilmişdir. Müqavilənin müddətinin xx.xx.2025-ci il tarixinə qədər olmasına baxmayaraq Cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməməsi səbəbindən icarə haqqı üzrə hesablamalar xx.xx.2025ci il tarixində dayandırılmışdır. xx.xx.2024-cü il tarixli, 174-2/24 nömrəli subicarə müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-nə ümumilikdə ƏDV daxil 5.129,66 manat ödəniş edilmişdir, o cümlədən: xx.xx.2025-ci il tarixində 1382,86 manat, xx.xx.2025-ci il tarixində 1.216 manat, xx.xx.2025-ci il tarixində 1.215,40 manat, xx.xx.2025-ci il tarixində 1.315,40 manat ödəniş etmişdir. Nəticə etibarı ilə xx.xx.2024-cü il tarixli, 174-2/24 nömrəli subicarə müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən tam yerinə yetirilməmişdir. Ümumilikdə isə 2025-ci ilin may ayından 1.300,20 manat ödənişin icra edilməsi bu günə qədər təmin edilməmişdir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448-ci maddəsinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı icarəyə verdiyi ofislə bağlı icarəhaqqını tələb etməkdə haqlıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 193,70 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1300,20 (min üç yüz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 193,70 (yüz doxsan üç manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 1493,9 (min dörd yüz doxsan üç manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manat pul cavabdehdən tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1300,20 (min üç yüz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 193,70 (yüz doxsan üç manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 1493,9 (min dörd yüz doxsan üç manat doxsan qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №e-2(053)-1607/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1607/2025
26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver