Məhkəmə qərarları › İş №e-2(053)-254/2024

Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(053)-254/2024

10.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-254/2024 10.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «Torpaq sahəsindən qanunsuz istifadənin cavabdehə qadağan edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin mülkiyyətində olan Neftçala rayonu, Xəzər kəndində yerləşən Cavabdeh tərəfindən istifadə olunan 10 ha sahəsindən istifadənin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC-nın nümayəndəsi X3 işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin 04 noyabr 2007-ci il tarixli, 1(053)- 52/2007 saylı hökmün icrası ilə əlaqədar kredit borcunun təminatı kimi ipoteka qoyulmuş X5 və qeyrilərinə məxsus Neftçala rayonu, Xəzər kəndində yerləşən 28,92 ha torpaq sahəsi İddiaçı Səhmdar Kredit Təşkilatının mülkiyyətinə keçmişdir. Bununla bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidimətinin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli qeydiyyat nömrəsi 0006226, ******* va ******* olan Çıxarışlara əsasən Neftçala rayonu, Xəzər kəndində yerləşən 28,92 ha torpaq sahəsi mulkiyyət hüququ əsasında İddiaçı Səhmdar Kredit Təşkilatının adına rəsmiləşdirilmişdir. İddiaçı Səhmdar Kredit Təşkilatının qeyd olunan torpaq sahələrinə mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdən etibarən Daşmaz Əmlakın Dövlət Reyestrində qeydə alındığından, əvvəlki mülkiyyətçilərin Neftçala rayonu, Xəzər kəndində yerləşən torpaq sahələrinə mülkiyyət hüququ itirilmişdir. İddiaçı QSC-nin Salyan filialının əməkdaşları tərəfindən İddiaçı QSC-nin mülkiyyətində olan yuxarda qeyd olunan torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən istifadə olunub-olunmamasına dair monitorinq aparılarkən müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi əvvəlki mülkiyyətçilərdən biri, mərhum X4 oğlu Cavabdeh tərəfindən QSC-nin razılığı olmadan qanunsuz istifadə edilir. Bununla bağlı X2 şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, nəticə əldə olunmamışdır. Belə ki, İddiaçı QSC-yə məxsus əmlakların vəziyyətinin 21 noyabr 2023-cü il tarixli monitorinq aktına əsasən İddiaçı QSC-nin mülkiyyətində olan Neftçala rayonu, Xəzər kəndində yerləşən 28,92 ha torpaq sahəsinin monitorinqi aparılarkən həmin torpaq sahəsinin 10 ha-da Cavabdeh tərəfindən arpa əkildiyi müəyyən olunmuşdur. Ona görə də QSC məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bu səbədən iddiasının təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş (nümayəndəsini göndərməmiş) və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MN seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı Salyan filialının mülkiyyətində olan Neftçala rayonu Xəzər qəsəbəsində yerləşən 2,822208 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində 06 iyul 2009-cu il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MN seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı Salyan filialının mülkiyyətində olan Neftçala rayonu Xəzər qəsəbəsində yerləşən 7,613047 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində 06 iyul 2009-cu il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MN seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı Salyan filialının mülkiyyətində olan Neftçala rayonu Xəzər qəsəbəsində yerləşən 18,478483 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində 06 iyul 2009-cu il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 21 noyabr 2023-cü il tarixli İddiaçı QSC-yə məxsus əmlakların vəziyyətinin monitorinq aktından görünür ki, Neftçala rayonu, Xəzər kəndində yerləşən 28,92 ha torpaq sahəsi əmlakın əvvəlki mülkiyyətçisi Əliyev İxtiyar (vəfat edib) olmaqla, hazırda Cavabdeh tərəfindən istifadə edilir. Sonuncu torpaq sahəsinin 10 hektarında arpa bitkisi əkmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, “Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, “Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir”. Eyni Məcəllənin 111-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, “Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər”. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, “Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin Neftçala rayonu, Xəzər kəndində yerləşən İddiaçı Səhmdar Kredit Təşkilatı Salyan filialının mülkiyyətində olan 10 ha torpaq sahəsindən istifadə etməsi iddiaçının həmin sahəyə münasibətdə mülkiyyət hüququnu həyata keçirməsini əngəlləyir. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Neftçala rayonu, Xəzər kəndində yerləşən mülkiyyət hüququ ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə aid olan 10 hektarlıq torpaq sahəsindən istifadə Cavabdeh qadağan edilsin. Cavabdehə izah edilsin ki, Qiyabi Qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Neftçala Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar