Məhkəmə qərarları › İş №e-2(053)-436/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-436/2024

15.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-436/2024 15.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «zəbt edilmiş torpaq sahəsinin sahiblik, istifadə və sərəncamına verilməsi və cavabdehlərin adının GN-0144 saylı, 80700016 kodlu Dövlət Aktından çıxarılması tələbinə dair» iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli 59 nömrəli qərarı ilə ona (iddiaçıya) verilmiş Neftçala rayonu ərazisində, yəni cizgidə göstərilən sərhəd daxilində yerləşən və Cavabdeh2 tərəfindən zəbt edilən 5,52 ha torpaq sahəsinin sahiblik, istifadə və sərəncamına verilməsi, həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adının GN-0144 saylı, 80700016 kod adlı Dövlət Aktından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə «dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd» əlavə edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.6-cı maddəsinə görə fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə görə məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməyib. Bununla bağlı qeyd olunur ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə əsasən iddia tələbinə müvafiq olaraq iddiaçı tərəfindən 100 manat miqdarında dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 80 manat miqdarında dövlət rüsumu ödənilmişdir. Ərizəyə əlavə edilmiş daha 20 manat məbləğində ödəməni təsdiq edən 03 may 2021-ci il tarixli mədaxil qəbzinin isə qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən «müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü və 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «zəbt edilmiş torpaq sahəsinin sahiblik, istifadə və sərəncamına verilməsi və cavabdehlərin adının GN-0144 saylı, 80700016 kodlu Dövlət Aktından çıxarılması tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar