Məhkəmə qərarları › İş №e-2(053)-448/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-448/2024

25.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-448/2024 25.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, ona Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2001-ci il tarixli 59 nömrəli qərarı ilə verilmiş Neftçala rayonu ərazisində, yəni cizgidə göstərilən sərhəd daxilində yerləşən və Cavabdeh2 tərəfindən zəbt edilən 5,52 ha torpaq sahəsinin boşaldılaraq sahiblik, istifadə və sərəncamına verilməsi, həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adının JN-0144 saylı, 80700016 kodlu Dövlət Aktından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı Neftçala rayon Aqrar İslahatlar Komissiyasının 28 sentyabr 2001-ci il tarixli 59 nömrəli qərarı ilə iddiaçıya verilmiş, Neftçala rayonu ərazisində, cizgidə göstərilən sərhəd daxilində yerləşən torpaq sahəsinə dair saxta yollarla əldə edilən sənədlərin etibarsız sayılması və s. tələblərə dair iddia qaldırdıqlarını, 24 may 2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə, həmçinin onun Şirvan Ərazi İdarəsinə rəsmi müraciətlər edilsə də, həmin müraciətlərə rəsmi cavabların alınmadığını, hazırki mübahisənin mülki, yoxsa inzibati məhkəmə müstəvisində araşdırılmalı olduğunu müəyyən etmək üçün həmin müraciətlərə olan cavabların əldə edilməsinin zəruri olduğunu, ona görə də indiki mərhələdə iddia ərizəsinin, həmçinin ona edilən əlavələrin geri götürülməsinə zərurət yarandığını bildirib, e-2(053)- 448/2024 saylı iş üzrə iddia ərizəsinin geri götürülmüş hesab edilməsini və ərizəyə əlavə edilmiş sənədlərin, həmçinin dövlət rüsumunun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 – 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur». Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 254,255,261.0.1 – 261.0.3 və 261.0.6 – 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər». Qeyd olunur ki, İddiaçı nümayəndəsi, Vəkil tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar olaraq 13 mart 2024-cü ildə hökumət ödəniş portalında «AsanPay» vasitəsilə 80 (səksən) manat, 19 mart 2024-cü il tarixdə isə «EPUL.az» ödəniş terminalı vasitəsilə isə 20 (iyirmi) manat miqdarında dövlət rüsumu ödənilmişdir. («AsanPay»; qəbzin nömrəsi: ********** və «EPUL.az»; çek nömrəsi: ********). «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.2-ci maddələrinə əsasən «Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə», «Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır». Azərbaycan Respublikası MPM-nin 114.1.3-ci maddəsinə əsasən «bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa» ödənilmiş dövlət rüsumu qaytarılır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, İddiaçı, həmçinin iş üzrə ümumilikdə ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu iddiaçının nümayəndəsi, Vəkil geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 114, 263- 264, 267-268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası geri qaytarılsın. İddiaçı nümayəndəsi, Vəkil tərəfindən 13 mart 2024-cü ildə hökumət ödəniş portalında «AsanPay» vasitəsilə ödənilmiş 80 (səksən) manat, 19 mart 2024-cü il tarixdə isə «EPUL.az» ödəniş terminalı vasitəsilə 20 (iyirmi) manat miqdarında dövlət rüsumu («AsanPay»; qəbzin nömrəsi: ********** və «EPUL.az»; çek nömrəsi: ********) iddiaçının nümayəndəsi, Vəkil (Rekvizitlər: «Kapital Bank» OJSC, Təbriz filialı; Filialın kodu 201070, VÖEN:**********; SWİFT: AİİBAZ2X; Hesablaşma hesabı: AZ57AİİB********************. Təyinatda mütləq göstərilməli: Vəkil. AZ19AİİB********************, ********************) qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar