Məhkəmə qərarları › İş №e-2(053)-643/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-643/2024

23.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-643/2024 23.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «İcarədə olan torpaq sahəsinə qarşı maneçilik hərəkətlərinə son qoyulması, həmin torpaq sahəsindən çıxarılma, mülkiyyətində və icarəsində olan torpaq sahəsinə girişin cavabdehlərə qadağan edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Əlimirza oğlu və Cavabdeh2 onun icarəsində olan dövlət reyestrindən çıxarışa əsasən çıxarış reyestr nömrəsi **********036, qeydiyyat nömrəsi ********** olan 0,10 ha kənd təsərrüfatı təyinatlı torpağa hər cür maneçilik və müdaxilə hərəkətlərinə son qoyulması və həmin torpaq sahəsindən çıxarılmaları, cavabdehlərin icarəsində olan 10 ha torpaq sahǝsinə girişlərinin qadağan edilməsi və cavabdehlǝr Cavabdeh1 və Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, 2007-ci ildə Neftçala rayonu, Mikayıllı kəndində 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Neftçala rayon İcra Hakimiyyətindən icarəyə götürmüş və 2022-ci ilə qədər təyinatı üzrə istifadə etmişdir. 2022-ci ildən onda olan torpaq sahəsindən istifadə edə bilmir. Ona görə ki, onun yaşlılığından istifadə edib torpağına yaxın qonşu kənddən olan İqab və onun həyat yoldaşı Zəminə onu qanuni torpağından istifadə etməyə imkan vermirlər. Dəfələrlə onu və həyat yoldaşı Validəni onlara məxsus olan 10 ha torpaq sahəsində söyüb, təhqir edib, öldürməklə hədələyiblər. Sonuncu dəfə İqab əlində dəryazla onu və həyat yoldaşını öldürmək istəmişdir. Birtəhər maşına minib yoldaşı ilə oradan uzaqlaşmışlar. O, eləcədə həyat yoldaşı yaşlarının elə vaxtıdır ki, onlara qarşı olan bu hǝrǝkǝt onlara çox pis təsir edir. Onlar o insanları tanımırlar. Onlara dövlət tərəfindən icarəyə verilmiş torpaq sahəsində günlərini keçirirlər. Sonuncu dəfə İqab və onun həyat yoldaşı onlara hücum çəkib, üstlərinə qışqıraraq demişlər ki, bir də bura gəlsəniz sizin buradan meyidiniz çıxacaq. Ona görə də yaşlı vaxtlarında məhkəmədən kömək istəyirlər. Azərbaycan Respublikası DİN “102” Xidmətinə də bu barədə şikayətləri olmuşdur. Amma mübahisə mülki xarakterli olduğundan bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər evindən, həyətyanı torpaq sahəsindən onun sərbəst istifadə etməyinə maneçilik törədirlər, torpağını zəbt edirlər, ağır sözlərlə təhqir edirlər. İndi də onun mülkiyyətində olan torpaqdan Cavabdeh1 Əlimizə oğlu və onun həyat yoldaşı Cavabdeh2 həyətindən öz mülkiyyəti kimi davranırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bu səbədən iddiasının təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş (nümayəndəsini göndərməmiş), məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək sözügedən torpaq sahəsinin İddiaçı məxsus olduğunu, lakin ona həmin torpağın örüş təyinatlı torpaq sahəsi kimi istifadə edilmək məqsədilə verildiyini, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, işə iştirakları olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçını, onun nümayəndəsini dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüququqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Neftçala şəhəri, 18 №-li qış otlaq sahəsində yerləşən 10 ha torpaq sahəsi kənd təsərüffatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla Neftçala rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 34 nömrəli Sərəncamı və xx.xx.2023-cü il tarixli 13 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi əsasında 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 85 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 09 avqust 2023-cü il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinn tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Neftçala şəhəri, 18 №-li qış otlaq sahəsində yerləşən 10 ha torpaq sahəsi kənd təsərüffatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti kimi Neftçala rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 34 nömrəli Sərəncamı və xx.xx.2023-cü il tarixli, 13 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi əsasında İddiaçı icarəyə verilmişdir. Plan və ölçü Neftçala rayon İcra Hakimiyyətinin icarə müqaviləsi və Torpaq sahəsinin yer quruluşu planı əsasında tərtib olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, “Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, “Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir”. Eyni Məcəllənin 111-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, “Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər”. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, “Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdehlərin Neftçala şəhəri, 18 №-li qış otlaq sahəsində yerləşən İddiaçı adına icarə müqaviləsi əsasında hüquqi yüklü edilən 10 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsindən istifadə etmələri və ona maneələr yaratması iddiaçının həmin sahəyə münasibətdə hüquq sahibi kimi mülkiyyət hüququnu həyata keçirməsini əngəlləyir. Eyni zamanda cavabdehlər həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasını etiraf edirlər. Ona görə də iddia təmin edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Neftçala şəhəri, 18 №-li qış otlaq sahəsində yerləşən xx.xx.2023-cü il tarixli, 13 nömrəli İcarə müqaviləsi ilə Hüququqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı istifadəsinə verilmiş 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər cür maneçilik və müdaxilə hərəkətlərinə son qoyulsun. Cavabdehlər Cavabdeh1 və İmanova X1 şəhəri, 18 №-li qış otlaq sahəsində yerləşən İddiaçı istifadəsinə verilmiş 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Neftçala şəhəri, 18 №-li qış otlaq sahəsində yerləşən İddiaçı istifadəsinə verilmiş 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə girişləri qadağan edilsin. Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar