Məhkəmə qərarları › İş №e-2(053)-646/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-646/2025

11.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-646/2025 11.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı "xxxx" Heyvandarlıq müəssisəsinin cavabdeh "xxxx" MMC-yə qarşı «Torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və boşaldılaraq təhvil verilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Heyvandarlıq müəssisəsi iddia ərizə ilə məhkəməyə müraciət edərək, X1 Neftçala Rayon İcra Hakimiyyəti Başçısının 07 mart 1996-cı il tarixli, 801 №-li sərəncamına əsasən verilmiş kənd təsərrüfatı təyinatlı (əkin) 925 ha torpaq sahəsinin 232 ha hissəsindən cavabdeh "xxxx" MMC-nin qanunsuz istifadəsinin dayandırılması və həmin torpaq sahəsinin boşaldılaraq "xxxx" Heyvandarlıq Müəssisəsinə təhvil verilməsi, həmçinin bu barədə məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet vergi idarəsinin çıxarışından görünür ki, ********** qeydiyyat nömrəli (VÖEN) "xxxx" Heyvandarlıq müəssisəsi kommersiya qurumu olmaqla xx.xx.1996-cı ildə dövlət qeydiyyatına alınmışdır. Həmçinin "xxxx" MMC də kommersiya qurumu olmaqla dövlət qeydiyyatına (VÖEN) ********** alınmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən “mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir”. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini hüquqi şəxsin adından vermiş, tərəflər hər ikisi hüquqi şəxsdir. İddia tələbi də hüquqi şəxsin adından verildiyi halda, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsi baxmalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən “sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır”. Həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələbinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Təqdim edilmiş ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı "xxxx" Heyvandarlıq müəssisəsi tərəfindən torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və boşaldılaraq təhvil verilməsinə dair iddia ərizəsi aidiyyat qaydaları pozulmaqla Neftçala Rayon Məhkəməsinə verilmişdir. Bu səbəbdən müvafiq tələbə hazırkı vəziyyətdə mülki məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə», hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni Məcəllənin 153.3-cü maddəsinə əsasən «hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir». Məhkəmə bir daha vurğulayır ki, müvafiq mübahisəyə kommersiya məhkəməsində kommersiya məhkəmə icraatı qaydasında baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4, 153.5, 153.6, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" Heyvandarlıq müəssisəsinin «Torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və boşaldılaraq təhvil verilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar