Məhkəmə qərarları › İş №e-2(053)-752/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-752/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-752/2025 20.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9450 manat məbləğində pulun, hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat pulun və ödənilmiş 114,50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona 9450 manat məbləğində pul borcludur. O, xx.xx.2024-cü ildə şəxsən təqdim etdiyi yazılı iltizama əsasən ondan götürdüyü 10000 (On min) manat pulu razılığa əsasən xx.xx.2026-cı il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. 10000 (On min) manatdan 550 manat ödəmişdir. Qalan 9450 (Doqquz min dörd yüz əlli) manat borc qalmışdır. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pul ödəməmişdir. Tərəfindən xx.xx.2025-ci ildə bildirişi Cavabdeh göndərməklə ona ümumi olan 9450 manat pul borcunu 3 gün müddətində geri qaytarmağı tələb etmişdir. Əks halda qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədiylə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyini bildirmişdir. Lakin cavabdeh yenədə pulu ödəməmişdir. Həmin pretenziya məktubunu şəxsən cavabdeh özü almışdır. O hüquqi yardım üçün vəkillə müqavilə bağlamış, 300 manat pul ödəmişəm və maddi ziyana düşmüşdür. Bu pul da cavabdehdən tutulmalıdır. Hesab edir ki, 114,50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalı və ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X8iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki,iddiaçıdan 5000 manat borca pul almış, həmin borcdanda 2320 manatını qaytarmışdır. 2680 manat borcu qalmışdır. İddiaçıdan 10000 manat borc götürməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib,təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əlyazmadan müəyyən edilir ki, Cavabdeh İddiaçı 10000 AZN borca pul götürmüşdür. xx.xx.2026-cı il tarixədək ödəyəcəyini qeyd etmişdir. Əlyazma Cavabdeh tərəfindən yazılaraq imzalanmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1371-5/824 saylı ekspert rəyinə əsasən mülki işin 52-ci vərəqəində olan xx.xx.2024-cü il tarixli borc qəbzindəki əlyazmalar, həmin borc qəbzində “10000” rəqəmindəki axırıncı “0” rəqəmi və “... ödəyəcəm” əlyazması qarşısındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur. mülki işin 52-ci vərəqəində olan xx.xx.2024-cü il tarixli sənəddə əl ilə icra edilmiş “10000” yazısındakı sinuncu”0” rəqəmi və digər yazılar rəngləyivi maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərə əsasən, Cavabdeh tərəfindən müvafiq olaraq 1000 manat, 660 manat,500 manat və 160 manat İddiaçı 4169..........5147 nömrəli kart hesabına köçürülmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında dindirilmiş şahid X4 ifadə verərək bildirmişdir ki,iddiaçını 20 ildir ki, tanıyır. Cavabdeh isə onun vasitəsilə iddiaçını tanımış, sonra ondan pul istəmiş, iddiaçı isə 10000 manat pulu faizlə cavabdehə vermişdir. Cavabdeh hər ay 600 manat iddiaçıya ödəyəcəyini bildirmişdir. İddiaçı isə ona pul veriləcəyi təqdirdə hörmət edəcəyini bildirmiş, lakin borc verilmədiyi üçün ona da pul verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş whatsapp yazışmalarında konkret olaraq borcla bağlı məbləğ göstərilmədiyindən həmin yazışmaları mötəbər sübut hesab etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 10000 AZN borca pul götürmüşdür. xx.xx.2026-cı il tarixədək ödəyəcəyini qeyd etmişdir. Həmin əlyazmada olan əlyazısı və imzanın da cavabdeh tərəfindən icra edildiyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1371-5/824 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçı cavabdehə 10000 manat borca pul verdiyini, cavabdeh tərəfindən qaytarılmadığını iddia edir. Cavabdeh isə qəbzlər təqdim edərək borcdan ödədiyini, 5000 manat borc götürdüyün qeyd edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 10000 manat borcdan cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərə əsasən 2320 manat ödənilmişdir. Lakin cavabdeh tərəfindən 7680 manat pul iddiaçıya ödənilməmişdir. Cavabdeh İddiaçı 7680 manat məbləğində pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf borcdan heç bir məbləğin qaytarılmadığını iddia etsə də cavabdeh tərəfindən təqdim edilmiş 2320 manatın ödənildiyi təsdiq edən qəbzlərin inkar olunması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin “2320 manat məbləğində borcun qaytarılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 7680 (yeddi min altı yüz səksən) manant borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 93 (doxsan üç) manat pul cavabdehdən tutularaq İddiaçınnın xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 21,50 (iyirmi bir manat əlli qəpik) manat (114,50-93=21,50) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 7680 (yeddi min altı yüz səksən) manant borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93 (doxsan üç) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 21,50 (iyirmi bir manat əlli qəpik) manat (114,50-93=21,50) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar