Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-8/2025 20.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının nümayəndəsi X1, cavabdeh, habelə "xxxx" MMC-nin direktoru Cavabdeh5 iştirakı ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və maraqlı şəxs "xxxx" MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək, daha sonralar isə işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən bir neçə dəfə ərizələr təqdim etməklə iddia tələbinin həcmini dəyişərək, həmçinin Cavabdeh1 cavabdehlər sırasından çıxararaq 20 dekabr 2017-ci il tarixli **********44517/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh5 məxsus olan Neftçala şəhəri, Heydər Əliyev prospektində mülkiyyətində olan 0,017 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1B nömrəli, 1 mərtəbəli, 149 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına (1-ci “İpoteka predmeti”), 20 dekabr 2017-ci il tarixli **********44517/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh5 məxsus olan Neftçala şəhəri, Məhəmməd Şəhriyar küçəsində istifadədə olan 0,0024 ha torpaq sahəsində yerləşən, 33 nömrəli, 1 mərtəbəli, 19,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına (3-cü “İpoteka predmeti”), 20 dekabr 2017-ci il tarixli **********44517/SİM-4 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh5 məxsus olan Neftçala şəhəri, Heydər Əliyev prospektində mülkiyyətində olan 0,0847 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 328 nömrəli, 2 mərtəbəli, 357.4 kv.m ümumi, 88.9 kv.m yaşayış, 268.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə (4-cü “İpoteka predmeti”), 20 dekabr 2017-ci il tarixli **********44517/SİM-5 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh2 məxsus olan Neftçala şəhəri, Heydər Əliyev prospektində istifadəsində olan 0,12 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 53.4 kv.m ümumi, 28.5 kv.m yaşayış, 24.9 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 11 nömrəli mənzilə (5-ci “İpoteka predmeti”) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsait hesabına borcalan "xxxx" MMC-nin 20 dekabr 2017-ci il tarixli **********44517 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısındakı 14.316,13 ABŞ dolları məbləğində əsas borcu, 06 oktyabr 2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 10.384,32 ABŞ dolları məbləğində penya, 20 dekabr 2022-ci il tarixdən 06 oktyabr 2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 4.145,40 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi olmaqla, cəmi 28.845,85 ABŞ dollarının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 423 manat məbləğində çəkilmiş xərcin ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 344,57 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətinin (likvid qiymət) məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi, 4-cü ipoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan Cavabdeh5, Cavabdeh4 onun ailə üzvləri və digər şəxslərin, 5-ci ipoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan Cavabdeh2, Cavabdeh3, onların ailə üzvləri və digər şəxslərin müvafiq olaraq yaşayış sahələrini 1 ay ərzində tərk etmədikləri halda, həmin yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə "xxxx" MMC (borcalan) arasında bağlanmış 20 dekabr 2017-ci il tarixli **********44517 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 8 faiz ödənilməsi şərtilə 77.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı, borcalan "xxxx" MMC və Cavabdeh5 arasında sonuncuya məxsus olan Neftçala şəhəri, Heydər Əliyev prospektində mülkiyyətində olan 0.017 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1B nömrəli, 1 mərtəbəli, 149 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının (bundan sonra 1-ci “İpoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə 20 dekabr 2017-ci il tarixli **********44517/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsi (bundan sonra 1-ci "xxxx" adlandırılacaq) bağlanmışdır. Bundan başqa ASC “Xalq” Bankı, borcalan "xxxx" MMC və Cavabdeh1 arasında sonuncuya məxsus olan Neftçala şəhəri, Heydər Əliyev prospektində istifadəsində olan 0.05 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində, 57.5 kv.m ümumi, 28.4 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 42 nömrəli mənzilin (bundan sonra 2-ci “İpoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə 20 dekabr 2017-ci il tarixli **********44517/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsi (bundan sonra 2-ci "xxxx" adlandırılacaq) bağlanmışdır. Həmçinin iddiaçı ASC “Xalq” Bankı, borcalan "xxxx" MMC və Cavabdeh5 arasında sonuncuya məxsus olan Neftçala şəhəri, Məhəmməd Şəhriyar küçəsində istifadədə olan 0.0024 ha torpaq sahəsində yerləşən, 33 nömrəli, 1 mərtəbəli, 19.8 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının (bundan sonra 3-cü “İpoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə 20 dekabr 2017-ci il tarixli **********44517/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi (bundan sonra 3-cü "xxxx" adlandırılacaq) bağlanmışdır. Eyni zamanda iddiaçı ASC “Xalq” Bankı, borcalan "xxxx" MMC və Cavabdeh5 arasında sonuncuya məxsus olan Neftçala şəhəri, Heydər Əliyev prospektində mülkiyyətində olan 0.0847 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 328 nömrəli, 2 mərtəbəli, 357.4 kv.m ümumi, 88.9 kv.m yaşayış, 268.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin (bundan sonra 4-cü “İpoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə 20 dekabr 2017-ci il tarixli **********44517/SİM-4 nömrəli sonrakı ipoteka müqaviləsi (bundan sonra 4-cü "xxxx" adlandırılacaq) bağlanmışdır. Sonuncu olaraq iddiaçı ASC “Xalq” Bankı, borcalan "xxxx" MMC və Cavabdeh2 arasında sonuncuya məxsus olan Neftçala şəhəri, Heydər Əliyev prospektində istifadəsində olan 0.12 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 53.4 kv.m ümumi, 28.5 kv.m yaşayış, 24.9 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 11 nömrəli mənzilin (bundan sonra 5-ci “İpoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə 20 dekabr 2017-ci il tarixli **********44517/SİM-5 nömrəli sonrakı ipoteka müqaviləsi (bundan sonra 5-ci "xxxx" adlandırılacaq) bağlanmışdır. Qeyd edilən ipoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 dekabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli, 22 dekabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli, 22 dekabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli, 22 dekabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli və 22 dekabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışlar verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 nömrəli əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən borcalan "xxxx" MMC əsas borc məbləğini kreditin verildiyi müddətin ilk 6 aylıq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ay banka qaytarmağı, kredit üzrə faktiki istifadə edilmiş məbləğə hesablanmış faizləri isə kreditin verildiyi təqvim ayından etibarən hər ay ödəməyi öhdəsinə götürsə də, bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditləşmə müddətinin 20 dekabr 2022-ci il tarixdə bitməsinə baxmayaraq, kredit müqaviləsi üzrə əsas borcun mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Kredit müqaviləsi üzrə borcalan "xxxx" MMC üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozması ilə əlaqədar olaraq iddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlaklar hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, 1-ci ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 09 avqust 2023-cü il tarixli NÇ-XO-9.8.2023- 007 nömrəli, 3-cü ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 09 avqust 2023-cü il tarixli NÇ-XO-9.8.2023-005 nömrəli, 4-cü ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 09 avqust 2023-cü il tarixli NÇ-XO-9.8.2023-004 nömrəli bildirişlər Cavabdeh5, 2-ci ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 09 avqust 2023-cü il tarixli NÇ- XO9.8.2023-006 nömrəli bildiriş Cavabdeh1, 5-ci ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 09 avqust 2023-cü il tarixli NÇ-XO-9.8.2023-003 nömrəli bildiriş isə Cavabdeh2 göndərilmiş, iddiaçı qarşısında yaranmış borc məbləğinin bildirişlərdə qeyd olunan ipoteka predmetləri hesabına ödənilməsi üçün həmin əmlak obyektlərinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı ipoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəldilməsi haqqında 09 avqust 2023-cü il tarixli NÇ-XO-9.8.2023- 007 nömrəli, 09 avqust 2023-cü il tarixli NÇ-XO-9.8.2023-006 nömrəli, 09 avqust 2023-cü il tarixli NÇ-XO-9.8.2023-005 nömrəli, 09 avqust 2023-cü il tarixli NÇ-XO-9.8.2023-004 nömrəli, 09 avqust 2023-cü il tarixli NÇ-XO-9.8.2023-003 nömrəli bildirişlərin qeydiyyata alınması barədə müvafiq olaraq 15 avqust 2023-cü il tarixli NÇ-XO-15.8.2023-003 nömrəli, 15 avqust 2023-cü il tarixli NÇ-XO-15.8.2023-004 nömrəli, 15 avqust 2023-cü il tarixli NÇ- XO-15.8.2023-001 nömrəli, 15 avqust 2023-cü il tarixli NÇ-XO-15.8.2023-002 nömrəli və 15 avqust 2023-cü il tarixli NÇ-XO-15.8.2023-005 nömrəli ərizələrlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər edilmiş və həmin Xidmət tərəfindən bildirişlərin qeydə alınması barədə banka məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetlərinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verildiyinə baxmayaraq, bu günə kimi borcun tam ödənilməsi təmin edilməmişdir. İddiaçının nümayəndəsi işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 06 oktyabr 2025-ci il tarixinə borcalan "xxxx" MMC-nin iddiaçı qarşısında əsas borcu 14.316,13 ABŞ dolları təşkil edir. Bundan əlavə, borclu "xxxx" MMC tərəfindən kredit üzrə əsas borc məbləğinin qaytarılması gecikdirildiyinə görə banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanan penya da ödənilməlidir ki, 06 oktyabr 2025-ci il tarixinə bu məbləğ 10.384,32 ABŞ dolları təşkil edir. İddiaçı ilə borcalan "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Qeyd edilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki, «kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmçinin Konstitusiya Məhkəməsi həmin qərarda göstərir ki, “icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur”. Qeyd olunana əsasən bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 20 dekabr 2022-ci il tarixdən cari tarixədək faizlər formasında əldən çıxmış faydanın hesablanmasında illik 5 faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr (20 dekabr 2022 – 06 oktyabr 2025) üçün müvafiq məbləğ 4.145,40 ABŞ dolları təşkil edir. Nümayəndə hesab edir ki, məhkəmə hazırkı iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnamə qəbul etdiyi təqdirdə həmin qətnamədə kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan fərdi yaşayış evinə və mənzillərə tutmanın yönəldilməsi ilə yanaşı, fərdi yaşayış evinin və mənzillərin satışından sonra həmin fərdi yaşayış evində və mənzillərdə yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay ərzində fərdi yaşayış evindən və mənzillərdən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. 4-cü ipoteka predmeti olan fərdi yaşayış evində Cavabdeh5, 5-ci ipoteka predmeti olan mənzildə isə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşaması faktı bankın əməkdaşlarının keçirdiyi monitorinq nəticəsində müəyyən edilmişdir. Nümayəndə yuxarıda göstərilənlərlə yanaşı, sonuncu ekspert rəyinə münasibət bildirərək qeyd edir ki, həmin ekspert rəyi daha əvvəlki, yəni 23 dekabr 2024-cü il tarixli 9/7055 nömrəli ekspert rəyi ilə tam eynilik təşkil edir. Bank ilə borcalan arasında hüquq, vəzifə, məsuliyyət və öhdəlikləri müəyyən edən əsas sənəd məhz kredit müqaviləsidir. Buna baxmayaraq ekspert hesablamalar zamanı 20 dekabr 2017-ci il tarixli **********44517 nömrəli kredit müqaviləsinin şərtlərini nəzərə almamışdır. Belə ki, kredit müqaviləsinin 2.9-cu bəndinə əsasən kredit üzrə borc öhdəliklərinin ödənilməsi aşağıdakı ardıcıllıqla, 1-ci növbədə məhkəmə və ya məhkəmədən kənar qaydada tələblərin irəli sürülməsi ilə əlaqədar, 2-ci növbədə isə cərimə və penyalar üzrə silinmələr həyata keçirilməlidir. Lakin, ekspert təqdim etdiyi rəydə ümumiyyətlə cərimə borcu üzrə silinmələr qeyd etməmişdir. Qeyd olunan müqavilə üzrə bank tərəfindən ümumilikdə 14.562,95 ABŞ dolları cərimə borcu üzrə silinmişdir. Vəsaitlərin silinmə ardıcıllığı ekspertin istəyi ilə deyil, qanunvericilik və müqavilə şərtləri ilə müəyyən olunur. Bundan əlavə heç bir əsas olmadan kredit müqaviləsinin başa çatdığı tarixdən, yəni 20 dekabr 2022-ci ildən etibarən həyata keçirilmiş bütün ödənişlər ümumilikdə 34.697,16 ABŞ dolları əsas borc üzrə silindiyini əks etdirmişdir. Nəhayət 29 noyabr 2023-cü il tarixindən sonra əldən çıxmış faydanın hesablanmasını nəzərə almamışdır. Nəticədə, belə uyğunsuzluqlara görə yekun məbləğlərdə fərq yaranıb. Odur ki, qətnamə qəbul edilərkən həmin ekspert rəyi nəzərə alınmamalıdır. İddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh, habelə "xxxx" MMC-nin direktoru Cavabdeh5 işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən də iddiaçı ilə "xxxx" MMC arasında 20 dekabr 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ona 60 ay müddətinə illik 8 faiz ödənilməsi şərtilə 77.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edir ki, kredit götürdüyü tarixdə 1 ABŞ dolları 0,78 manat dəyərində olmuş, lakin müqavilə müddətinin sonunadək, yəni 20 dekabr 2022-ci il tarixədək 1 ABŞ dollarının dəyəri artaraq təxminən 1,70 manat təşkil etmişdir. Kredit müqaviləsi üzrə ilk aylarda ödənişləri vaxtlı-vaxtında həyata keçirmişdir. Lakin daha sonra ailə vəziyyəti ilə əlaqədar müəyyən müddət ərzində kredit ödənişlərini edə bilməmişdir. Bundan sonra yenidən ödənişlərə başlasa da, bütün ödənişlər bank tərəfindən əsas borcdan deyil, cərimə məbləğlərindən silinmişdir. Bununla bağlı dəfələrlə banka müraciət etmiş və ona yenidən ödəniş qrafiki verilməsini və etdiyi ödənişlərin əsas borcdan silinməsini xahiş etmişdir. Lakin bank tərəfindən ona ödənişlərin əsas borcdan çıxılacağı bildirilsə də, bütün ödənişlər cərimə məbləğlərinə çıxılmışdır. Ona yenidən ödəniş qrafiki verilmədiyi üçün öz hesablaması əsasında banka aylıq ödənişlər edib. Kredit müqaviləsinin bağlandığı vaxtdan hal-hazıradək banka ümumilikdə 105.000 ABŞ dollarına yaxın pul ödəyib. Bu hal həmçinin bank tərəfindən təqdim olunmuş sənədlərdə də təsdiq olunur. Lakin sənədlərdən həmçinin görünür ki, ödənişlərin əksər hissəsi faiz borcundan və cərimə borcundan silinmişdir. Bank həmçinin kredit müqaviləsinin bağlandığı vaxtdan onun müddətinin bitdiyi vaxtadək ABŞ dollarının dəyərinin artdığını da nəzərə almalı olsa da, bunu nəzərə almamış, ona heç bir güzəşt etməmişdir. Hesab edir ki, hazırda banka heç bir borcu yoxdur və iş materiallarında olan ekspert rəyləri ilə razıdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclaslarında cavabdeh qismində dindirilmiş Cavabdeh1 Cavabdeh5 bildirdiklərinə uyğun məzmunlu izahat verərək iddianı qəbul etmədiyini bildirmiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumatlandırıldıqlarına baxmayaraq gəlməmələrini, bunun səbəblərinə dair məlumat verməmələrini üzrsüz saymış və işə həmin cavabdehlərin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş proses iştirakçılarının izahatlarını dinləyib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı ilə Cavabdeh5 arasında bağlanmış 02 iyul 2014-cü il tarixli **********53914 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 16 faiz ödənilməsi şərtilə 69.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı ilə Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli **********08915 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 22 faiz ödənilməsi şərtilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı ilə "xxxx" MMC arasında bağlanmış 20 dekabr 2017-ci il tarixli **********44517 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 8 faiz ödənilməsi şərtilə 77.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqavilənin 1.2-ci bəndinin məzmunundan görünür ki, qeyd olunan 77.500 ABŞ dolları məbləğində kreditin verilməsi məqsədi yuxarıda göstərilən müqavilələrdən irəli gələn öhdəliklərin icrasından ibarətdir. 20 dekabr 2017-ci il tarixli **********44517 nömrəli kredit müqaviləsinin müddəti 20 dekabr 2022-ci ildə bitib. Kredit öhdəliklərinin təminatı olaraq Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı, "xxxx" MMC və Cavabdeh5 arasında 20 dekabr 2017-ci ildə bağlanmış **********44517/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh5 özünə məxsus olan, Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən 0.017 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərindəki 1B nömrəli, 1 mərtəbəli, 149 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasını Bank qarşısında ipoteka ilə yüklü etmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən xüsusi mülkiyyətdə olan 0.0017 ha torpaq sahəsi və 1B nömrəli ünvanda yerləşən 149 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Cavabdeh5 tərəfindən Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı qarşısında ipoteka ilə yüklü edilib. Kredit öhdəliklərinin təminatı olaraq Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı, "xxxx" MMC və Cavabdeh1 arasında 20 dekabr 2017-ci ildə bağlanmış **********44517/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus olan, Neftçala şəhəri, Heydər Əliyev prospektində istifadədə olan 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 39 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində, 57.5 kv.m ümumi, 28.4 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 42 nömrəli mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 tərəfindən Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı qarşısında ipoteka ilə yüklü edilib. Kredit öhdəliklərinin təminatı olaraq Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı, "xxxx" MMC və Cavabdeh5 arasında 20 dekabr 2017-ci ildə bağlanmış **********44517/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh5 özünə məxsus olan, Neftçala şəhəri, Məhəmməd Şəhriyar küçəsində 0.0024 ha torpaq sahəsinin üzərində yerləşən 33 nömrəli, 1 mərtəbəli, 19.8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasını Bank qarşısında ipoteka ilə yüklü etmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Neftçala şəhəri, Məhəmməd Şəhriyar küçəsində istifadədə olan 0.0024 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 19.8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Cavabdeh5 tərəfindən Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı qarşısında ipoteka ilə yüklü edilib. Kredit öhdəliklərinin təminatı olaraq Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı, "xxxx" MMC və Cavabdeh5 arasında 20 dekabr 2017-ci ildə bağlanmış **********44517/SİM-4 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh5 özünə məxsus olan, Neftçala şəhəri, Heydər Əliyev prospektində 0.0847 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən 328 nömrəli, 2 mərtəbəli, 357.4 kv.m ümumi, 88.9 kv.m yaşayış, 268.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən 0.0847 ha torpaq sahəsi və üzərində yerləşən 328 nömrəli, 357.4 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi Cavabdeh5 tərəfindən Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı qarşısında ipoteka ilə yüklü edilib. Kredit öhdəliklərinin təminatı olaraq Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı, "xxxx" MMC və Cavabdeh2 arasında 20 dekabr 2017-ci ildə bağlanmış **********44517/SİM-5 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 özünə məxsus olan, Neftçala şəhəri, Heydər Əliyev prospektində 0.12 ha torpaq sahəsinin üzərində yerləşən 37 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 53.4 kv.m ümumi, 28.5 kv.m yaşayış, 24.9 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 11 nömrəli mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 tərəfindən Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı qarşısında ipoteka ilə yüklü edilib. "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli, MB-17/0673 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının 17 iyul 2024-cü il tarixinə hesablanmış bazar dəyəri 3.700 manat, likvid dəyəri isə 3.300 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli, MB-17/0675 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Neftçala şəhəri, Heydər Əliyev prospekti, ev 39 ünvanında yerləşən 42 saylı mənzilin 17 iyul 2024-cü il tarixinə hesablanmış bazar dəyəri 32.000 manat, likvid dəyəri isə 28.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli, MB-17/0673 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 4 ünvanında yerləşən 11 saylı mənzilin 17 iyul 2024-cü il tarixinə hesablanmış bazar dəyəri 28.300 manat, likvid dəyəri isə 25.400 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli, MB-17/0676 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Neftçala şəhəri, Heydər Əliyev prospekti, 1B ünvanında yerləşən qeyri-yaşayış binasının 17 iyul 2024-cü il tarixinə hesablanmış bazar dəyəri 72.000 manat, likvid dəyəri isə 65.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli, MB-17/0674 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 17 iyul 2024-cü il tarixinə hesablanmış bazar dəyəri 64.000 manat, likvid dəyəri isə 57.300 manat təşkil edir. "xxxx" MMC-nin 20 dekabr 2017-ci il tarixli **********44517 nömrəli kredit müqaviləsi üzrə ASC «Xalq» Bankı qarşısında 17 oktyabr 2023-cü il tarixinə borcunu əks etdirən maliyyə cədvəlindən görünür ki, "xxxx" MMC-nin əsas borcu 0 USD, vaxtı keçmiş borcu 37.020 USD, hesablanmış adi faiz borcu 0 USD, cərimə faizləri üzrə borcu 11.281,94 USD, kreditin müddətinin bitməsi tarixindən (xx.xx.2022) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2023) illik 5 faiz dərəcəsi ilə faizlər şəklində hesablanmış əldə çıxmış fayda 1.613,85 USD olmaqla, cəmi borcu 49.915,79 USD təşkil edir. "xxxx" MMC-nin 20 dekabr 2017-ci il tarixli **********44517 nömrəli kredit müqaviləsi üzrə ASC «Xalq» Bankı qarşısında 18 iyul 2024-cü il tarixinə borcunu əks etdirən maliyyə cədvəlindən görünür ki, "xxxx" MMC-nin əsas borcu 0 USD, vaxtı keçmiş borcu 26.430,84 USD, hesablanmış adi faiz borcu 0 USD, cərimə faizləri üzrə borcu 8.270,92 USD, kreditin müddətinin bitməsi tarixindən (xx.xx.2022) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2024) illik 5 faiz dərəcəsi ilə faizlər şəklində hesablanmış əldə çıxmış fayda 2.851,72 USD olmaqla, cəmi borcu 37.553,48 USD təşkil edir. "xxxx" MMC-nin 20 dekabr 2017-ci il tarixli **********44517 nömrəli kredit müqaviləsi üzrə ASC «Xalq» Bankı qarşısında 28 avqust 2024-cü il tarixinə borcunu əks etdirən maliyyə cədvəlindən görünür ki, "xxxx" MMC-nin əsas borcu 0 USD, vaxtı keçmiş borcu 26.430,84 USD, hesablanmış adi faiz borcu 0 USD, cərimə faizləri üzrə borcu 8.711,44 USD, kreditin müddətinin bitməsi tarixindən (xx.xx.2022) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2024) illik 5 faiz dərəcəsi ilə faizlər şəklində hesablanmış əldə çıxmış fayda 2.998,56 USD olmaqla, cəmi borcu 38.140,83 USD təşkil edir. "xxxx" MMC-nin 20 dekabr 2017-ci il tarixli **********44517 nömrəli kredit müqaviləsi üzrə ASC «Xalq» Bankı qarşısında 22 yanvar 2025-ci il tarixinə borcunu əks etdirən maliyyə cədvəlindən görünür ki, "xxxx" MMC-nin əsas borcu 0 USD, vaxtı keçmiş borcu 26.430,84 USD, hesablanmış adi faiz borcu 0 USD, cərimə faizləri üzrə borcu 10.297,29 USD, kreditin müddətinin bitməsi tarixindən (xx.xx.2022) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2025) illik 5 faiz dərəcəsi ilə faizlər şəklində hesablanmış əldə çıxmış fayda 3.527,17 USD olmaqla, cəmi borcu 40.255,30 USD təşkil edir. "xxxx" MMC-nin 20 dekabr 2017-ci il tarixli **********44517 nömrəli kredit müqaviləsi üzrə ASC «Xalq» Bankı qarşısında 06 oktyabr 2025-ci il tarixinə borcunu əks etdirən maliyyə cədvəlindən görünür ki, "xxxx" MMC-nin əsas borcu 0 USD, vaxtı keçmiş borcu 14.316,13 USD, hesablanmış adi faiz borcu 0 USD, cərimə faizləri üzrə borcu 10.384,32 USD, kreditin müddətinin bitməsi tarixindən (xx.xx.2022) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2025) illik 5 faiz dərəcəsi ilə faizlər şəklində hesablanmış əldə çıxmış fayda 4.145,40 USD olmaqla, cəmi borcu 28.845,85 USD təşkil edir. ASC «Xalq» Bankı tərəfindən verilmiş arayışdan görünür ki, kredit müqaviləsinə əsasən 06 oktyabr 2025-ci il tarixədək ümumilikdə 104.548,62 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Onun 63.183,87 ABŞ dolları əsas borcdan, 25.034,15 ABŞ dolları faiz borcundan, 16.330,60 ABŞ dolları isə cərimə borcundan silinmişdir. İddiaçı 09 avqust 2023-cü il tarixində cavabdehlərə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişlər göndərib. Müvafiq bildirişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dövlət Reyestri xidmətinin Şirvan ərazi idarəsində qeydə alınmışdır. Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə 15 fevral 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: «1. Cavabdeh5 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində 0,017 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1B nömrəli, 1 mərtəbəli, 149 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 20 dekabr 2017-ci ildə bazar dəyəri hansı miqdarda olmuşdur?; 2. Cavabdeh5 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində 0,017 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1B nömrəli, 1 mərtəbəli,149 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hazırkı bazar dəyəri hansı miqdardadır?; 3. Cavabdeh5 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində 0,05 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində, 57,5 kv.m ümumi, 28.4 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 42 nömrəli mənzilinin 20 dekabr 2017-ci ildə bazar dəyəri hansı miqdarda olmuşdur?; 4. Cavabdeh5 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində 0,05 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində, 57,5 kv.m ümumi, 28.4 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 42 nömrəli mənzilinin hazırkı bazar dəyəri hansı miqdardadır?; 5. Cavabdeh5 məxsus Neftçala şəhəri, Məhəmməd Şəhriyar küçəsində 0,0024 ha torpaq sahəsində yerləşən, 33 nömrəli, 1 mərtəbəli, 19,8 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının 20 dekabr 2017-ci ildə bazar dəyəri hansı miqdarda olmuşdur?; 6. Cavabdeh5 məxsus Neftçala şəhəri, Məhəmməd Şəhriyar küçəsində 0,0024 ha torpaq sahəsində yerləşən, 33 nömrəli, 1 mərtəbəli, 19,8 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının hazırkı bazar dəyəri hansı miqdardadır?; 7. Cavabdeh5 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində 0,0847 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 328 nömrəli, 2 mərtəbəli, 357,4 kv.m ümumi, 88.9 kv.m yaşayış, 268,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 20 dekabr 2017-ci ildə bazar dəyəri hansı miqdarda olmuşdur?; 8. Cavabdeh5 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində 0,0847 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 328 nömrəli, 2 mərtəbəli, 357,4 kv.m ümumi, 88.9 kv.m yaşayış, 268,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırkı bazar dəyəri hansı miqdardadır?; 9. Cavabdeh5 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində 0,0847 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 328 nömrəli, 2 mərtəbəli, 357,4 kv.m ümumi, 88.9 kv.m yaşayış, 268,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 20 dekabr 2017-ci ildə bazar dəyəri hansı miqdarda olmuşdur?; 10. Cavabdeh2 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində 0,12 ha torpaq sahəsində yerləşən, 37 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 53,4 kv.m ümumi, 28,5 kv.m yaşayış, 24,9 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 11 nömrəli mənzilin 20 dekabr 2017-ci ildə bazar dəyəri hansı miqdarda olmuşdur?; 11. Cavabdeh2 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində 0,12 ha torpaq sahəsində yerləşən, 37 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 53,4 kv.m ümumi, 28,5 kv.m yaşayış, 24,9 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 11 nömrəli mənzilin hazırkı bazar dəyəri hansı miqdardadır?». Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən 25 iyun 2024-cü ildə verilmiş 3-16-16/2-10/2485-9/2471 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «...Birinci, üçüncü, beşinci, yeddinci, doqquzuncu və onuncu suallar üzrə: Yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, bağ sahələrinin və sairinin 2017-ci ildə mövcud olmuş alğı-satqı qiymətlərinə dair məlumat bazası olmadığından və həmin illərdə Mərkəzdə bu kimi tədqiqatlar aparılmadığından suallar üzrə tədqiqat aparılmadı; İkinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən 1B nömrəli qeyri-yaşayış sahəsinin torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 70000.0 manat məbləğində müəyyən olunmuşdur; Dördüncü sual üzrə: Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən 39 nömrəli binanın 42 saylı mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 33000.0 manat məbləğində müəyyən olunmuşdur; Altıncı sual üzrə: Neftçala şəhəri, Məhəmməd Şəhriyar küçəsində yerləşən 33 nömrəli qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 9000.0 manat məbləğində müəyyən olunmuşdur; Səkkizinci sual üzrə: Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən 328 nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 71000.0 manat məbləğində müəyyən olunmuşdur; On birinci sual üzrə: Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən 37 nömrəli binanın 11 saylı mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 30000.0 manat məbləğində müəyyən olunmuşdur». Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə 19 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: «1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı ilə Borcalan "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli, **********44517 nömrəli kredit müqaviləsi üzrə Borcalan "xxxx" MMC-nin müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsi nəzərə alınmaqla 09 avqust 2023-cü il tarixinə (tərəflərə bildiriş göndərilən tarix) əsas borc, faiz borcu və dəbbə pulu (cərimə) borcu üzrə etməli olduğu ödənişlərin məbləğləri ayrı-ayrılıqda və ümumilikdə nə qədərdir? 2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı ilə Borcalan "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli, **********44517 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə əsas borc, faiz borcu və dəbbə pulu (cərimə) borcu üzrə etməli olduğu ödənişlərin məbləğləri ayrı-ayrılıqda və ümumilikdə nə qədərdir?». Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən 23 dekabr 2024-cü ildə verilmiş 9/7055 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «...Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; xx.xx.2017-ci il tarixli **********44517 saylı kredit müqaviləsinin şərtləri, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı və Mülki Məcəllənin 432.4-cü maddəsi nəzərə alınmaqla "xxxx" MMC-nin "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 09 avqust 2023-ci il tarixə (tərəflərə bildiriş göndərilən tarixə): əsas borc üzrə: 31.308,36 USD; faiz borcu üzrə: 0,00 USD; gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz üzrə: 1.273,81 USD; cərimə üzrə: 13.780,49 USD. 29 noyabr 2023-cü il tarixə (sualda göstərilən tarixə): əsas borc üzrə: 25.443,56 USD; faiz borcu üzrə: 0,00 USD; gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz üzrə: 1.725,94 USD; cərimə üzrə: 13.780,49 USD. Həmçinin iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 13.799,85 USD məbləğində ödəniş edilmişdir. Həmin ödəniş nəzərə alındığı təqdirdə borc aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 11.643,71 USD; faiz borcu üzrə 0,00 USD; gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz üzrə: 1.725,94 USD; cərimə üzrə: 13.780,49 USD». 22 yanvar 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı ASC «Xalq» Bankının nümayəndəsi X1 vəsatəti təmin olunaraq iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: «1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı ilə Borcalan "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli, **********44517 nömrəli kredit müqaviləsi üzrə Borcalan "xxxx" MMC-nin müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsi nəzərə alınmaqla 09 avqust 2023-cü il tarixinə (tərəflərə bildiriş göndərilən tarix) əsas borc, faiz borcu və dəbbə pulu (cərimə) borcu üzrə etməli olduğu ödənişlərin məbləğləri ayrı-ayrılıqda və ümumilikdə nə qədərdir? 2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı ilə Borcalan "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli, **********44517 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə əsas borc, faiz borcu və dəbbə pulu (cərimə) borcu üzrə etməli olduğu ödənişlərin məbləğləri ayrı-ayrılıqda və ümumilikdə nə qədərdir?». Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən 08 sentyabr 2025-ci ildə verilmiş 9/1933 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «...Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; xx.xx.2017-ci il tarixli **********44517 saylı kredit müqaviləsinin şərtləri, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı və Mülkü Məcəllənin 432.4-cü maddəsi nəzərə alınmaqla "xxxx" MMC-nin "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 09 avqust 2023-ci il tarixə (tərəflərə bildiriş göndərilən tarixə): əsas borc üzrə: 31.308,36 USD; faiz borcu üzrə: 0,00 USD; gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz üzrə: 1.273,81 USD; cərimə üzrə: 13.780,49 USD. 29 noyabr 2023-cü il tarixə (sualda göstərilən tarixə): əsas borc üzrə: 25.443,56 USD; faiz borcu üzrə: 0,00 USD; gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz üzrə: 1.725,94 USD; cərimə üzrə: 13.780,49 USD. Həmçinin iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 13.799,85 USD məbləğində ödəniş edilmişdir. Həmin ödəniş nəzərə alındığı təqdirdə borc aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 11.643,71 USD; faiz borcu üzrə 0,00 USD; gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz üzrə: 1.725,94 USD; cərimə üzrə: 13.780,49 USD. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin qeyd edilir ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən (Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.) Bank tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarında cəriməyə silinmə kimi göstərilmiş ödənişləri ekspertiza tədqiqatı zamanı ilk növbədə faiz borcuna, sonra isə əsas borca yönəldilmişdir». Göstərilənlərlə yanaşı qeyd olunur ki, məhkəmənin 22 yanvar 2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunduqdan sonrakı dövrdə Cavabdeh5 tərəfindən iddiaçıya müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Təqdim olunmuş mədaxil qəbzlərindən görünür ki, Cavabdeh5 ASC «Xalq» Bankının Neftçala filialına 12 fevral 2025-ci ildə 8.000 ABŞ dolları, 26 may 2025-ci ildə 2.350 ABŞ dolları, 31 iyul 2025-ci ildə 3.000 AZN, 18 avqust 2025-ci ildə 3.000 AZN məbləğlərində ödənişlər edib. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan halların, o cümlədən "xxxx" MMC-nin Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına 14.316,13 ABŞ dolları məbləğində əsas borcunun, 06 oktyabr 2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 10.384,32 ABŞ dolları məbləğində penya borcunun, 20 dekabr 2022-ci il tarixdən 06 oktyabr 2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 4.145,40 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcunun, cəmi 28.845,85 ABŞ dolları məbləğində borcunun olması halının sübuta yetirilməsi vəzifəsi iddiaçının öz üzərinə düşür. Məhz pul borcunun mövcud olması halı müəyyən edildikdən sonra tutmanın ipoteka predmetlərinə yönəldilməsi məsələsi həll edilə bilər. Bununla bağlı aşağıdakılar qeyd olunur. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». İşin faktik hallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməklə "xxxx" MMC-yə razılaşdırılmış məbləğdə pul (kredit) vermiş, lakin MMC müqavilədə nəzərdə tutulan 60 ay müddətində, yəni 20 dekabr 2022-ci il tarixinədək olan dövr ərzində kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Beləliklə, "xxxx" MMC-nin müqavilə müddəti bitdikdən sonrakı dövrdə iddiaçıya pul borcu qalmışdır. Borcun məbləği ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 399.3-cü maddəsinə əsasən “Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarının nəticəvi hissəsinin 1-ci bəndində belə nəticəyə gəlmişdir ki, “ Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun”. Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Neftçala filialı ilə "xxxx" MMC arasında bağlanmış 20 dekabr 2017-ci il tarixli **********44517 nömrəli kredit müqaviləsinin 5.1-ci bəndində qeyd olunur ki, “X3 imzaladığı andan hüquqi qüvvəyə minir. Müqavilənin 1.1-ci bəndilə müəyyənləşdirilmiş kreditləşmə müddətinin bitməsi bu Müqavilə üzrə öhdəliklərin xitamına səbəb olmur və bu Müqavilə Tərəflərdən birinin digəri qarşısında mövcud olan müqavilə öhdəliklərinin tam icra edildiyi anadək qüvvədə qalır”. Azərbaycan Respublikası MM-nin 447.1-ci maddəsinə əsasən “Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 23 mart 2023-cü il tarixli Qərarının nəticəvi hissəsinin 3-cü bəndində belə nəticəyə gəlmişdir ki, “İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı 09 avqust 2023-cü il tarixində cavabdehlərə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişlər göndərib. Həmin bildirişlərdə 09 avqust 2023-cü il tarixinə kredit müqaviləsi üzrə gecikdirilmiş əsas borcun 37.020,00 ABŞ dolları, gecikdirilmiş faiz borcunun 90,91 ABŞ dolları, cərimə borcunun 7.595,94 ABŞ dolları (cəmi 44.706,85 ABŞ dolları) təşkil etdiyi göstərilir. Yuxarıda qeyd olunanları, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsvir olunmuş hüquqi mövqeyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə borc 09 avqust 2023-cü il tarixinə hesablanmalıdır. Məhkəmə eyni zamanda aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən “Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarının nəticəvi hissəsinin 2-ci bəndində belə nəticəyə gəlmişdir ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir”. Azərbaycan Respublikası MM-nin 432.4-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır”. Yuxarıda qeyd olunduğu kimi, Neftçala Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən 08 sentyabr 2025-ci ildə 9/1933 nömrəli rəy verilmişdir. İddiaçının işin nəticəsində bilavasitə maraqlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həyata keçirilmiş hesablamaların qeyri dəqiq olması mümkündür. Məhkəmə eyni zamanda ekspertin işin nəticəsində maraqlı olmadığını, həmçinin öz rəyini iltizam altında verdiyini nəzərə alaraq belə qənaətə gəlir müvafiq ekspert rəyi iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Ekspert tərəfindən yuxarıda qeyd olunan hüquqi mövqe nəzərə alınmaqla aparılmış hesablamalardan görünür ki, "xxxx" MMC-nin 09 avqust 2023-cü il tarixi üçün Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına əsas borc üzrə: 31.308,36 ABŞ dolları, faiz borcu üzrə: 0,00 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz üzrə: 1.273,81 ABŞ dolları, cərimə üzrə: 13.780,49 ABŞ dolları məbləğində borcu olmuşdur. İş materiallarından görünür ki, 09 avqust 2023-cü il tarixindən sonrakı dövrdə "xxxx" MMC-nin Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına olan kredit borcu üzrə ödənişlər edilmiş və onun 15 iyul 2024-cü il tarixi üçün əsas borc üzrə: 11.643,71 ABŞ dolları, faiz borcu üzrə: 0,00 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz üzrə: 1.725,94 ABŞ dolları, cərimə üzrə: 13.780,49 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdeh5 tərəfindən təqdim olunmuş qəbzlərdən həmçinin görünür ki, kredit borcu üzrə 15 iyul 2024-cü il tarixindən sonrakı dövrdə də (iş ekspertiza tədqiqatı ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzində olduğu dövrdə) ödənişlər edilib (bu ödənişlərə dair sənədlər ekspertizaya təqdim olunmadığını görə tədqiqat zamanı nəzərə alınmamışdır). Belə ki, kredit üzrə 12 fevral 2025-ci il tarixində 8.000,00 ABŞ dolları, 26 may 2025ci il tarixində 2.350,00 ABŞ dolları, 31 iyul 2025-ci il tarixində 3.000,00 manat və 18 avqust 2025-ci il tarixində 3.000,00 manat məbləğində ödənişlər edilib. Göründüyü kimi, 31 iyul və 18 avqust 2025-ci il tarixli ödənişlər manatla edilib. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytında yerləşdirilmiş məlumatdan görünür ki, 31 iyul və 18 avqust 2025-ci il tarixlərində 1 AZN-in 1 ABŞ dollarına münasibətdə məzənnəsi 1,7000 AZN təşkil edib. Belə olan halda 31 iyul və 18 avqust 2025-ci il tarixlərində ümumilikdə ödənilmiş 6.000,00 manat təxminən 3.529,40 ABŞ dolları təşkil edir (6.000 : 1,7 = 3.529,411). Beləliklə, 12 fevral – 18 avqust 2025-ci il tarixləri aralığında kredit üzrə ümumilikdə təxminən 13.879,40 ABŞ dolları məbləğində ödəniş edilib (8.000 + 2.350 + 3.529,40 = 13.879,40). Yuxarıda qeyd olunduğu kimi (ekspert rəyindən göründüyü kimi) 15 iyul 2024-cü il tarixi üçün "xxxx" MMC-nin Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına əsas borc üzrə: 11.643,71 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz üzrə: 1.725,94 ABŞ dolları məbləğində borcu olub (ümumilikdə: 13.369,65 ABŞ dolları). Qüvvədə olan qanunvericiliyi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda təsvir olunmuş hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına əsas borcu və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan borcu ödənilmiş sayılmalıdır (13.879,40 – 13.369,65 = 509,75). Müvafiq ekspert rəyini iş üzrə mötəbər sübut növü kimi qiymətləndirərək məhkəmə eyni zamanda qeyd edir ki, "xxxx" MMC-nin 09 avqust 2023-cü il tarixi üçün Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına 13.780,49 ABŞ dolları məbləğində cərimə borcu mövcud olub. Edilmiş ödənişlərdən cərimə borcu üzrə silinmələr aparılmayıb. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən «Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir». Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, 13.780,49 ABŞ dolları məbləğində cərimə tənasübsüz yüksək olduğuna görə azaldılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına artıq ödənilmiş 509,75 ABŞ dolları hazırkı iş üzrə ödənilməli olan cərimənin məbləği kimi hesablanmalı (13.780,49 ABŞ dolları məbləğində cərimə 509,75 ABŞ dollarınadək azaldılmalı) və həmin cəriməyə hesablanmalıdır. Beləliklə, "xxxx" MMC-nin Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına 20 dekabr 2017-ci il tarixli **********44517 nömrəli kredit müqaviləsi üzrə bu gün üçün heç bir pul borcunun olmadığı müəyyən edilməli və iddia müvafiq hissədə rədd olunmalıdır. Digər iddia tələbləri ilə bağlı məsələyə qiymət verərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 460.1-ci maddəsinə əsasən “Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər”. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən “Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur”. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən “ipoteka hüququ – bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur”. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən “İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda”. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında vurğulamışdır ki, “... ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır”. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən “İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.3-1. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunduqda; 48.1.3-2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka saxlayan təkrar elektron hərracda satılmayan ipoteka predmetini əldə etmək təklifini qəbul etməkdən imtina etdikdə; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda”. Yuxarıda qeyd olunanlardan və işin faktik hallarından görünür ki, ipoteka müqavilələri əsas öhdəliyin, yəni kredit öhdəliyinin təmin edilməsi vasitəsi (üsulu) kimi bağlanıblar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından həmçinin görünür ki, cavabdehlərin kredit müqaviləsi üzrə iddiaçı qarşısında bu gün üçün icra edilməmiş öhdəlikləri qalmayıb. Belə olan halda iddia ipoteka müqavilələri ilə bağlı tələblərə aid hissədə də rədd olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 344,57 manat məbləğində dövlət rüsumu ödəyib. Bununla yanaşı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri ümumilikdə 200 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və iddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilməli, eyni zamanda ekspertiza xərci iddiaçıdan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankından tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-8/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-8/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver