Məhkəmə qərarları › İş №e-2(053)-800/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-800/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-800/2025 06.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən ona olan 106.822 manat məbləğində borcun, ödəməni yubatdığına görə 2.500 manat məbləğində bank faizinin, habelə vəkilə ödənilmiş 300 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən bir neçə dəfə ərizələr təqdim etməklə iddia tələbinin həcmini dəyişərək, həmçinin Cavabdeh2 və Cavabdeh3 cavabdehlər qismində işə cəlb edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vurulmuş maddi zərərin əvəzinin cəmi 106.822 manat, ödəməni yubatdıqlarına görə 2.500 manat məbləğində bank faizinin, habelə vəkilə ödənilmiş 300 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən H.Z.Tağıyev adına TTSK ASC-nin direktoru Rafik Tağıyevlə bağladığı 01 aprel 2022-ci il tarixli müqavilənin və həmin müqaviləyə 01 yanvar 2024-cü il tarixli əlavənin şərtlərinə uyğun olaraq o, kombinat ərazisində yerləşən sexlərin söküntü və təmir-bərpa işlərini həyata keçirməli idi. Həmin vaxtdan da söküntü və təmirbərpa işlərinə başlamışdır. 2024-cü ilin mart ayında kombinatın ərazisində yerləşən və ümumi sahəsi 21.000 kv.m təşkil edən dam örtüyünün sökülməsi və sökülən materialların satışından əldə olunan vəsait hesabına sahəsi 4.000 kv.m təşkil edən yeni dam örtüyünün quraşdırılması işlərinə başlamışdır. Bu səbəbdən istismara yararsız olan dam örtüklərinin və metalların satılması üçün belə işlərlə məşğul olan, yəni köhnə metalları satmaq üçün yeni şəxslər axtarmağa başlayıb. Tanışı, həmçinin ortaq iş yoldaşı Rəsul vasitəsilə istismara yararsız metalların qəbulu ilə məşğul olan Cavabdeh1 ilə tanış olmuşdur. Soltana kombinat ərazisində yerləşən, sökülməli olan dam örtüklərini göstərmişdir. Ərazidə 21.000 kv.m nazik dəmirdən ibarət olan dam örtüyünün sökülməsi nəzərdə tutulurdu. Aralarında olan razılaşmaya əsasən o (iddiaçı), söküntü işlərini öz maliyyəsi hesabına təmin etməli və hazır metalı çəki ilə Soltana təhvil verməli idi. Soltan isə təhvil aldığı metalı sataraq əldə olunan pul vəsaitini ona ödəməli idi. Soltan dəmir dam örtüyünün, yəni nazik metalın hər kvadrat metrinə görə ona 0,35 manat pul ödəməli olub. Qara metal, yəni qalın metallar isə sökülərək çəkilməli və hər kiloqramına görə Soltan ona 0,48 manat pul verməli idi. Qeyd olunan metalların satışından əldə olunan pul vəsaiti ilə isə o (iddiaçı), 4.000 kv.m ərazidə yeni dam örtüyü quraşdırmalı olub. 2024-cü ilin mart ayının ortalarında razılaşmalarına əsasən söküntü işlərinə başlanmış və 2024-cü ilin dekabr ayında söküntü işləri tam olaraq yekunlaşmışdır. 2024-cü ilin mart ayından dekabr ayına kimi istismara yararsız 73.500 manat dəyərində 210.000 kq nazik metalı, 69.000 manat dəyərində 128.800 kq qara metalı, 23.250 manat dəyərində uzunluğu 310 metr, çəkisi 46.500 kq təşkil edən qalın divarlı su borularını və 3.072 manat dəyərində uzunluğu 220 metr, çəkisi 256 kq təşkil edən misi demontaj edərək Cavabdeh1 satmışdır. Lakin sözügedən alğısatqı ilə bağlı Soltanla aralarında heç bir müqavilə və yaxud onu əvəz edən hər hansı bir sənəd mövcud olmamışdır. Həmin dövrdə Cavabdeh1 ilə birlikdə, yəni onunla şərik olmaqla digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da işləyiblər. Lakin cavabdehlər razılaşmanın şərtlərini pozmuş, yəni satdıqları malın çəkisini bilərəkdən azaldaraq apardıqları çəkidən daha az miqdarda çəkiyə uyğun pulu ona ödəmişlər. Cavabdehlərə malı təhvil verərkən onun konkret çəkisinin nə qədər olduğunu bilməmişdir. Sözügedən mallar 5 ayrı nəqliyyat vasitəsində bazar günü istisna olmaqla, hər gün 4-5 reys olmaqla ərazidən aparılmışdır. Cavabdehlər malları götürərkən 6.500 manat məbləğində depozit olaraq pul məbləği qoymuş və hər axşam cavabdehlər apardıqları mallara uyğun qaimələri ona təqdim etmişlər. Qaimələrə əsasən də cavabdehlərin depozit qoyduqları pul məbləğinə uyğun silinmələr aparılmışdır. Bütün mallar satıldıqdan sonra, 2024-cü ilin dekabr ayında özü ayrıca hesabat apararkən məlum olmuşdur ki, cavabdehlər ona ödəməli olduqları pul vəsaitinin 62.000 manatlıq hissəsini ödəmiş, qalan 106.822 manatlıq hissəsini isə ödəməmişlər. Pulun əskik gəlməsi səbəbindən də təmir işlərinin aparıla bilməməsinə görə kombinat rəhbərliyi işləri dayandırmışdır. Soltana dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Soltan ona ödəməli olduğu vəsaiti ödəməkdən yayınmışdır. Hətta cavabdeh onu qanunsuz fəaliyyət göstərməsi ilə bağlı şikayət edəcəyini bildirərək onu hədələmişdir. Bu səbəbdən məcbur qalıb Cavabdeh1 hərəkətlərindən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə şikayət vermişdir. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin təhqiqat şöbəsində geniş araşdırma aparılmış və əməldə cinayət tərkibi olmadığına görə 20 mart 2025-ci il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin təhqiqat şöbəsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, o, həqiqətən də yuxarıda göstərilən istismara yararsız nazik metalları, qara, yəni qalın metalları, həmçinin su borularını və mis məmulatlarını Cavabdeh1 satmış, Cavabdeh1 isə şərikləri Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə özlərinə məxsus nəqliyyat vasitələri ilə metalları daşıyaraq metal qəbulu məntəqələrinə təhvil vermişlər. Daha sonra cavabdehlər əldə olunmuş qazancdan 62.000 manat məbləğində pulu ona ödəmiş, qalan 106.822 manat məbləğində pulu isə müxtəlif bəhanələr göstərərək ödəməmişlər. Bundan sonra vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədilə məhkəməyə müraciət edib. Məhkəmənin hazırlıq iclasında Cavabdeh1 qeyd etmişdir ki, Cavabdeh2 və Cavabdeh3 tullantı metallarının alğı-satqısında onunla şərik olmuş, onların qazancları və məsuliyyətləri də birlikdə olmuşdur. İşdə olan bir sıra sübutlar da Cavabdeh1 bildirdiklərinin doğru olduğunu təsdiq edir. Belə olduğu halda ona dəymiş zərərə görə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə məsuliyyət daşımalıdırlar. Onun H.Z.Tağıyev adına TTSK ASC-nin direktoru Rafik Tağıyevlə bağladığı müqavilənin və müqaviləyə əlavənin şərtlərinə əsasən sexlərdə təmir bərpa işlərini də həyata keçirməli idi. Cavabdehlər ona borclu olduqları pulu ödəmədiklərindən o, başqa şəxslərdən külli miqdarda borc pul alaraq kombinat ərazisində təmir-bərpa işlərini həyata keçirmişdir. Qanunvericiliyin tələbinə görə cavabdehlər ona olan borclarını, vurduqları zərərin əvəzini tam həcmdə ödəməlidirlər. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə da iddianı müdafiə edərək iddiaçının bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh1 işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, metalların yığılması və satışı ilə məşğul olur. 2024-cü ilin mart ayında Rəsul adlı şəxs vasitəsilə tanış olduğu İddiaçı ilə aralarında kombinat ərazisində sökülən dam örtüyünün metallarının alğı-satqısı ilə bağlı razılıq olmuşdur. Belə ki, əvvəlcə onlardan 6.500 manat məbləğində pul alınmış və kombinat ərazisində olan metalların aparılıb satılmasına icazə veriləcəyi bildirilmişdir. Daha sonra Çinar bir neçə yeri ona göstərərək bildirmişdir ki, həmin yerlər söküləcək və metalları onlar daşıyaraq aparıb satacaqlar. Metalların daşınaraq aparıb satılmasında onunla birlikdə şərikləri Cavabdeh2 və Cavabdeh3 da iştirak etmişlər. İddiaçı ilə nazik metalın kiloqramını 0,35 manata, qara metalın kiloqramını isə 0,48 manata alacaqları ilə bağlı razılaşmışlar. Lakin müəyyən vaxt ərzində metalların alğısatqısı ilə bağlı qiymətlərin məbləğlərində dəyişiklik baş vermiş və iddiaçı ilə aralarında olan məbləğlər də ona uyğun olaraq razılaşdırılmışdır. Belə ki, qalın metalın qiyməti əvvəlcə 1 kq üçün 0,48 manat olsa da, sonralar 1 kq üçün 0,44 manat və 0,42 manat məbləğində olmuşdur. Eləcə də nazik metalın qiyməti əvvəlcə 1 kq üçün 0,35 manat məbləğində olmuş, daha sonra 1 kq üçün 0,30 manat və 0,25 manat məbləğində olmuşdur. Beləliklə 2024-cü ilin mart ayından dekabr ayına kimi onlar metalı kombinatdan daşımışlar. İddiaçı Çinarla və onun dostu Rəsulla hesabat digər Cavabdeh2 tərəfindən aparılmışdır. Rauf götürdükləri malların çəkisini və verdiyi pulun məbləğini daha dəqiq bilir. Onlar kombinatın həyətindən dam örtüyünün nazik metallarını, metal, boru, mis kabellər və alüminium kabelləri götürmüşlər. Götürdükləri malların həcminə uyğun pul məbləğlərini hər axşam Quliyev X2 və Rəsulla hesabat edərək onlara verib. Sözügedən metallar Çinarın işçiləri tərəfindən doğranılaraq onların yük avtomobillərinə yüklənmiş və Rəsulun iştirakı ilə tərəzidə çəkilmişdir. Bundan sonra da müvafiq satıcıya satılaraq malların çəkisinə uyğun pul məbləği də ödənilib. Götürdükləri metalların hansı həcmdə və çəkidə olmasını dəqiq bilməyib. Hesabatlar isə şərikləri Rauf və Təbriz tərəfindən aparılmışdır. Metallar özünə məxsus «Qazel» markalı, 18BF554 dövlət qeydiyyat nişanlı, «Qazel» markalı, 90CH683 dövlət qeydiyyat nişanlı, habelə Cavabdeh2 məxsus «Qazel» markalı 77CE671 dövlət qeydiyyat nişanlı, Cavabdeh3 məxsus «Qazel» markalı 50DH572 dövlət qeydiyyat nişanlı və «Qazel» markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillər vasitəsilə daşınmışdır. Metalların əksər hissəsi isə Rauf və Təbriz tərəfindən daşınmışdır. Onlar apardıqları bütün metalın dəyərini iddiaçıya ödəyiblər. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdeh1 vəkili Vəkil2 iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 da iddianı qəbul etməyərək bildirmişdir ki, metalların yığılması və satışı ilə məşğul olur. Təxminən 2024-cü ilin mart ayında tanışı Soltan ona zəng vuraraq ona Xətai rayonu ərazisində yerləşən H.Z.Tağıyev adına kombinatda hazır şəkildə doğranmış vəziyyətdə metal olduğunu bildirmiş və həmin metalı birlikdə qəbul edib satmağı təklif etmişdir. O, Soltanla birlikdə metalı satan Rəsul adlı şəxslə görüşmüşlər. Rəsul bildirmişdir ki, metalı almaq üçün depozitə 6.500 manat pul yatızdırmaq lazımdır. O və Soltan Rəsulla razılaşmış və bir neçə günə 6.500 manat məbləğində pul düzəldərək Rəsula vermişlər. Bir neçə gün keçmiş, lakin onlara mal verilməmişdir. Ona görə də kombinata gəlmiş, orada Rəsulla görüşərək ona iradlarını bildirmiş və verdikləri pulu geri tələb etmişlər. Həmin vaxt Rəsul onları Çinar adlı şəxslə tanış etmiş və bildirmişdir ki, metalların satışı ilə Çinar məşğul olur. İlkin mərhələdə onlar tullantı dəmirləri daşımağa başlamışlar. Gündəlik götürdükləri malları satıb pulu ödəyərkən kəsir hissəsini Çinar depozitdən çıxırdı. Beləliklə onlar kombinatın həyətindən gün ərzində mal çıxarıb sataraq axşam pulu Rəsula verirdilər. Onların aralarında əvvəlcə qara metalın da alğı-satqısı ilə bağlı razılıq olsa da, sonradan qara metal onlara verilməmiş və sadəcə olaraq nazik metal verilmişdir. Apardıqları metallara uyğun olaraq verilməli olan pul məbləğini tam şəkildə Çinara ödəmişdir. Sonra Çinar ondan əlavə 5.000 manat pul almışdır ki, bu pulu kombinatın rəhbərinə verəcək və əlavə olaraq yenə metal götürüb satacaqdır. Daha sonra hissə-hissə olmaqla Çinara 6.960 manat məbləğində pul vermişdir. Hazırda Çinarın ona ümumilikdə 10.750 manat məbləğində borcu qalıb və bununla bağlı Çinarla aralarında notariat qaydasında borc müqaviləsi mövcuddur. Kombinatdan götürdükləri metalların əvəzində Çinara ümumilikdə 73.500 manat məbləğində pul ödənilib. Onlar metalı fəhlələrin yanında qəbul etmiş və pulu Rəsula və Çinara ödəmişlər. Çinarın işçiləri tərəfindən hazır məhsullar doğranaraq onların yük avtomobillərinə yüklənmiş, Rəsulun iştirakı ilə tərəzidə çəkilmiş, sonra satılaraq çəkiyə görə pulu ödənilmişdir. Bir müddət sonra Rəsul Çinarla dalaşdığı üçün kombinatdan ayrılmış və onlar özləri Çinarla hesablaşmağa başlamışlar. Qeyd olunan metalları özlərinə məxsus nəqliyyat vəsaitləri ilə daşımışlar. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur və ümumiyyətlə ona borclu olmayıb. Əksinə hazırda iddiaçının ona aralarında olan borc müqaviləsinə əsasən 10.750 manat məbləğində borcu var. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, metalların yığılması və satışı ilə məşğul olur. Təxminən 2024-cü ilin mart ayında tanışı Rauf və Soltan ona bildirmişlər ki, təxminən 1 ay müddət ərzində Xətai rayonu ərazisində yerləşən H.Z.Tağıyev adına kombinatdan hazır doğranmış vəziyyətdə metal çıxarırlar və ona təklif etmişlər ki, metalı geri qalanını birlikdə çıxarsınlar. Metalı çıxarmaq üçün Soltan və Rauf pul vermək lazım olduğunu bildirmiş, o, da 5.000 manat məbləğində pul düzəldərək Soltan və Raufa vermiş, onlar da həmin pulu İddiaçı və onun dostu Rəsula vermiş və işləməyə başlamışlar. Kombinatın həyətindən hər gün təxminən 5-6 ton metal çıxarmışlar. Götürdükləri metalların əvəzində isə həm Çinarla, həm də onun dostu Rəsulla hesablaşmışlar. Belə ki, hər gün ora depozit olaraq 1.000 manat məbləğində pul qoymuş, hər axşam apardıqları mala uyğun hesablaşarkən qoyduqları depozitdən həmin məbləğ çıxılmışdır. Məhsullar iddiaçının işçiləri tərəfindən hazır şəkildə doğranılaraq onlara məxsus yük avtomobillərinə yüklənmiş, Rəsulun iştirakı ilə tərəzidə çəkilmiş, daha sonra satılaraq çəkiyə görə pul onlara ödənilmişdir. Qeyd edir ki, onun iddiaçıya heç bir borcu yoxdur və aralarında olan alğı-satqı ilə bağlı heç bir müqavilə mövcud olmayıb. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Xətai rayonu ərazisində yerləşən H.Z.Tağıyev adına kombinatda metal kəsicisi kimi fəaliyyət göstərir, 2024-cü ilin mart ayında kombinat ərazisində yerləşən sexlərin sökülərək yenidən bərpa olunması işləri başlamışdır. Həmin söküntü və bərpa işləri İddiaçı həvalə olunmuşdur. O, həmin ərazidə dam örtüklərini, yəni nazik metalları kəsmiş və həmin metalları da cavabdehlər aparmışlar. Lakin aparılan metalların dəqiq çəkisini və ya dəyərini bilmir. Qara metallardan isə onun ümumiyyətlə məlumatı olmamış və cavabdehlərin həmin metalları apardıqlarını da görməyib. Bundan başqa cavabdehlər su borularını da aparmışlar. Su borularını başqa adamlar kəssə də, onları yük maşınlarına yerləşdirmək məqsədilə ortadan özü kəsmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 bildirmişdir ki, 1 ay ərzində Xətai rayonu ərazisində yerləşən kombinatda usta kimi işləmişdir. 2024-cü ilin iyun-iyul ayları ərzində orada işləmiş və orda olduğu vaxt ərzində də cavabdehlərin metal apardıqlarını görmüşdür. Hər gün təxminən 3-4 maşın həmin ərazidən metal aparılsa da, onun növü, çəkisi və dəyəri barədə məlumatı olmamışdır. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd olunmalıdır. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısının 20 mart 2025-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. “Xidmətlərin göstərilməsi haqqında” 01 aprel 2022-ci il tarixli və 05 yanvar 2024-cü il tarixli müqavilələrdən görünür ki, "xxxx" – H.Z.Tağıyev adına TTSK ASC ilə “İcraçı” – İddiaçı arasında bağlanmış həmin müqavilələrə əsasən "xxxx" müxtəlif növ xidmətlərin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə "xxxx"nin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd olunan müqavilələrdə xidmətlərin konkret nədən ibarət olduğu, həmçinin xidmət haqqının məbləği ümumiyyətlə göstərilməmişdir. “01 yanvar 2024-cü il tarixli “İcarə müqaviləsi”nə əlavələr edilməsi barədə “ sazişdən görünür ki, "xxxx" – H.Z.Tağıyev adına TTSK ASC ilə “İcarəçi” – İddiaçı arasında bağlanmış həmin sazişə əsasən tərəflər “İcarə müqaviləsi”nin 3.2.1-ci bəndinə əlavə olaraq kombinatın ərazisində yerləşən təmirə ehtiyacı olan (21.000 kv.m) sexlərin dam örtüklərinin yenilənməsi, sexlərdə olan metal tullantıların təmizlənməsi və “İcarə müqaviləsi”nin digər şərtlərinin dəyişdirilmədən saxlanılması ilə bağlı razılığa gəlmişlər. 27 may 2025-ci il tarixli notariat qaydada bağlanmış borc müqaviləsindən görünür ki, “Borc verən” – Cavabdeh2 ilə “Borc alan” – İddiaçı arasında bağlanmış həmin müqaviləyə əsasən “Borc verən” “Borc alan”a xx.xx.2025-ci il tarixədək geri qaytarmaq şərtilə 10.750 manat məbləğində borc pul vermişdir. İddiaçı tərəfindən məhkəməyə “Metal qırıntılarının alış vərəqələri” (qəbzlər) təqdim olunub. Təqdim olunmuş həmin vərəqələrə (qəbzlərə) tərəflərin iştirakı ilə baxış keçirilmiş və müvafiq olaraq metalların növlərinə uyğun ayrılmışdır. Sözügedən vərəqələr aşağıdakı məzmundadır: Cavabdeh3 məxsus 77CN985 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 1. 02 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 12:17, çıxış vaxtı saat 12:36 olmaqla təmiz çəkisi 2.660 kq “Qabarit Metallom”; 2. 02 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 16:29, çıxış vaxtı saat 16:44 olmaqla təmiz çəkisi 2.680 kq “Qabarit Metallom”; 3. 03 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 15:42, çıxış vaxtı saat 15:56 olmaqla təmiz çəkisi 1.800 kq “Qabarit Metallom” təhvil verilmişdir. Cavabdeh3 məxsus 50DH572 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 1. 18 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 11:57, çıxış vaxtı saat 12:11 olmaqla təmiz çəkisi 1.740 kq “Qabarit Metallom”; 2. 18 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 15:58, çıxış vaxtı saat 16:18 olmaqla təmiz çəkisi 1.980 kq “Qabarit Metallom”; 3. 18 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 20:47, çıxış vaxtı saat 21:03 olmaqla təmiz çəkisi 1.820 kq “Qabarit Metallom”; 4. 30 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 11:34, çıxış vaxtı saat 11:48 olmaqla təmiz çəkisi 1.880 kq “Qabarit Metallom”; 5. 01 may 2024-cü il tarixdə giriş vaxtı saat 13:29, çıxış vaxtı saat 13:46 olmaqla təmiz çəkisi 3.320 kq “Qabarit Metallom”; 6. 20 iyun 2024-cü il tarixdə giriş vaxtı saat 18:54, çıxış vaxtı saat 19:41 olmaqla təmiz çəkisi 2.045 kq “Qabarit Metallom” təhvil verilmişdir. Cavabdeh1 məxsus 18BF554 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 1. 02 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 20:07, çıxış vaxtı saat 20:28 olmaqla təmiz çəkisi 1.980 kq “Qabarit Metallom”; 2. 06 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 13:51, çıxış vaxtı saat 14:07 olmaqla təmiz çəkisi 360 kq “Qabarit Metallom”; 3. 06 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 14:08, çıxış vaxtı saat 14:30 olmaqla təmiz çəkisi 1.300 kq “Qabarit Metallom”; 4. 15 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 15:46, çıxış vaxtı saat 16:03 olmaqla təmiz çəkisi 2.480 kq “Qabarit Metallom”; 5. 15 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 17:09, çıxış vaxtı saat 17:29 olmaqla təmiz çəkisi 1.460 kq “Qabarit Metallom”; 6. 17 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 14:34, çıxış vaxtı saat 14:49 olmaqla təmiz çəkisi 1.640 kq “Qabarit Metallom”; 7. 17 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 16:35, çıxış vaxtı saat 16:48 olmaqla təmiz çəkisi 880 kq “Qabarit Metallom”; 8. 18 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 11:10, çıxış vaxtı saat 11:29 olmaqla təmiz çəkisi 1.300 kq “Qabarit Metallom”; 9. 18 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 13:00, çıxış vaxtı saat 13:11 olmaqla təmiz çəkisi 1.240 kq “Qabarit Metallom”; 10. 18 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 16:03, çıxış vaxtı saat 16:23 olmaqla təmiz çəkisi 1.320 kq “Qabarit Metallom”; 11. 18 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 20:46, çıxış vaxtı saat 21:06 olmaqla təmiz çəkisi 1.180 kq “Qabarit Metallom”; 12. 24 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 12:03, çıxış vaxtı saat 12:24 olmaqla təmiz çəkisi 2.000 kq “Qabarit Metallom”; 13. 25 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 15:17, çıxış vaxtı saat 15:48 olmaqla təmiz çəkisi 1.880 kq “Qabarit Metallom”; 14. 27 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 16:18, çıxış vaxtı saat 16:40 olmaqla təmiz çəkisi 2.080 kq “Qabarit Metallom”; 15. 01 may 2024-cü il tarixdə giriş vaxtı saat 11:46, çıxış vaxtı saat 12:06 olmaqla təmiz çəkisi 2.280 kq “Qabarit Metallom” təhvil verilmişdir. Cavabdeh1 məxsus 90CH683 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 05 sentyabr 2024-cü il tarixdə giriş vaxtı saat 16:23, çıxış vaxtı saat 16:31 olmaqla təmiz çəkisi 860 kq “Qabarit Metallom” təhvil verilmişdir. Yuxarıda qeyd olunan “Metal qırıntılarının alış vərəqələri” qalın metallarla bağlıdır və vərəqələr üzrə təhvil verilmiş qalın metalların ümumi çəkisi 44.165 kq təşkil edir. Tərəflərin bildirdiklərindən görünür ki, bu metal qırıntıları iddiaçı tərəfindən cavabdehlərə müxtəlif tarixlər üzrə 0,48 manata, 0,44 manata və 0,42 manata satılıb. Tərəflər həmin metal qırıntılarının konkret tarixlər üzrə konkret olaraq hansı qiymətə satıldığını bildirmədiklərinə görə məhkəmə onların orta qiymətini hər kiloqrama görə 0,45 manat olmaqla hesablamışdır (0,48 + 0,44 + 0,42 = 1,34; 1,34 : 3 = 0,45). Tərəflərin bildirdiklərinə əsasən qalın metalın 1 kiloqramının orta qiymətini 0,45 manat olmaqla hesabladıqda ümumilikdə 19.874,25 manat dəyərində qalın metalın təhvil verildiyi görünür (44.165 x 0,45 = 19.874,25). Cavabdeh2 məxsus 77CE671 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 1. 26 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 19:05, çıxış vaxtı saat 19:25 olmaqla təmiz çəkisi 2.115 kq “Ferrous Scrap”; 2. 29 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 19:09, çıxış vaxtı saat 19:29 olmaqla təmiz çəkisi 1.087 kq “Ferrous Scrap”; 3. 18 iyun 2024-cü il tarixdə giriş vaxtı saat 19:21, çıxış vaxtı saat 19:47 olmaqla təmiz çəkisi 2.716 kq “Ferrous Scrap” “X5” QSC-yə təhvil verilmişdir. Cavabdeh1 məxsus 18BF554 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 29 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 19:18, çıxış vaxtı saat 19:43 olmaqla təmiz çəkisi 1.727 kq “Ferrous Scrap” “X5” QSC-yə təhvil verilmişdir. Cavabdeh3 məxsus 50DH572 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 1. 02 may 2024-cü il tarixdə giriş vaxtı saat 18:38, çıxış vaxtı saat 18:58 olmaqla təmiz çəkisi 1.727 kq “Ferrous Scrap”; 2. 18 iyun 2024-cü il tarixdə giriş vaxtı saat 19:23, çıxış vaxtı saat 19:44 olmaqla təmiz çəkisi 3.473 kq “Ferrous Scrap” “X5” QSC-yə təhvil verilmişdir. Yuxarıda qeyd olunan “Metal qırıntılarının alış vərəqələri” “X5” QSC-yə təhvil verilən qalın metallardır və həmin vərəqələr üzrə təhvil verilmiş qalın metalların ümumi çəkisi 13.240 kq təşkil edir. Tərəflərin bildirdiklərindən görünür ki, bu metal qırıntıları iddiaçı tərəfindən cavabdehlərə müxtəlif tarixlər üzrə 0,48 manata, 0,44 manata və 0,42 manata satılıb. Tərəflər həmin metal qırıntılarının konkret tarixlər üzrə konkret olaraq hansı qiymətə satıldığını bildirmədiklərinə görə məhkəmə onların orta qiymətini hər kiloqrama görə 0,45 manat olmaqla hesablamışdır (0,48 + 0,44 + 0,42 = 1,34; 1,34 : 3 = 0,45). Tərəflərin bildirdiklərinə əsasən qalın metalın 1 kiloqramının orta qiymətini 0,45 manat olmaqla hesabladıqda ümumilikdə 5.958 manat dəyərində qalın metalın təhvil verildiyi görünür (13.240 x 0,45 = 5.958). Cavabdeh3 məxsus 50DH572 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 1. 19 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 12:00, çıxış vaxtı saat 12:53 olmaqla təmiz çəkisi 1.364 kq “Ferrous Scrap”; 2. 19 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 15:59, çıxış vaxtı saat 16:36 olmaqla təmiz çəkisi 1.824 kq “Ferrous Scrap”; 3. 19 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 18:52, çıxış vaxtı saat 19:08 olmaqla təmiz çəkisi 1.517 kq “Ferrous Scrap”;

4. 20 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 13:28, çıxış vaxtı saat 13:57 olmaqla təmiz çəkisi 2.134 kq “Ferrous Scrap”; 5. 20 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 18:27, çıxış vaxtı saat 19:02 olmaqla təmiz çəkisi 2.716 kq “Ferrous Scrap”; 6. 24 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 11:56, çıxış vaxtı saat 12:13 olmaqla təmiz çəkisi 1.311 kq “Ferrous Scrap”; 7. 24 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 18:39, çıxış vaxtı saat 18:56 olmaqla təmiz çəkisi 2.212 kq “Ferrous Scrap”; 8. 25 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 13:36, çıxış vaxtı saat 14:43 olmaqla təmiz çəkisi 1.919 kq “Ferrous Scrap”; 9. 25 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 18:17, çıxış vaxtı saat 18:45 olmaqla təmiz çəkisi 1.671 kq “Ferrous Scrap”; 10. 26 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 18:06, çıxış vaxtı saat 18:44 olmaqla təmiz çəkisi 1.766 kq “Ferrous Scrap”; 11. 27 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 18:41, çıxış vaxtı saat 19:26 olmaqla təmiz çəkisi 1.785 kq “Ferrous Scrap”; 12. 29 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 19:07, çıxış vaxtı saat 19:40 olmaqla təmiz çəkisi 1.999 kq “Ferrous Scrap”; 13. 03 may 2024-cü il tarixdə giriş vaxtı saat 18:32, çıxış vaxtı saat 18:57 olmaqla təmiz çəkisi 1.320 kq “Ferrous Scrap”; 14. 08 may 2024-cü il tarixdə giriş vaxtı saat 13:48 olmaqla təmiz çəkisi 2.189 kq “Ferrous Scrap” “X5” QSC-yə təhvil verilmişdir. Cavabdeh1 məxsus 18BF554 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 1. 19 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 13:59, çıxış vaxtı saat 14:40 olmaqla təmiz çəkisi 941 kq “Ferrous Scrap”; 2. 19 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 18:42, çıxış vaxtı saat 19:15 olmaqla təmiz çəkisi 1.287 kq “Ferrous Scrap”; 3. 20 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 15:34, çıxış vaxtı saat 15:56 olmaqla təmiz çəkisi 1.611 kq “Ferrous Scrap”;

4. 20 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 18:25, çıxış vaxtı saat 18:55 olmaqla təmiz çəkisi 854 kq “Ferrous Scrap”; 5. 02 may 2024-cü il tarixdə giriş vaxtı saat 18:37, çıxış vaxtı saat 19:02 olmaqla təmiz çəkisi 1.184 kq “Ferrous Scrap” “X5” QSC-yə təhvil verilmişdir. Cavabdeh2 məxsus 77CE671 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 1. 27 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 15:09, çıxış vaxtı saat 15:36 olmaqla təmiz çəkisi 1.320 kq “Ferrous Scrap”; 2. 27 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 18:34, çıxış vaxtı saat 18:59 olmaqla təmiz çəkisi 1.397 kq “Ferrous Scrap”; 3. 30 aprel 2024-cü il tarixdə giriş vaxtı saat 14:45, çıxış vaxtı saat 16:00 olmaqla təmiz çəkisi 1.425 kq “Ferrous Scrap”;

4. 01 may 2024-cü il tarixdə giriş vaxtı saat 14:38, çıxış vaxtı saat 15:45 olmaqla təmiz çəkisi 1.425 kq “Ferrous Scrap”; 5. 02 may 2024-cü il tarixdə giriş vaxtı saat 13:38, çıxış vaxtı saat 14:39 olmaqla təmiz çəkisi 1.106 kq “Ferrous Scrap” “X5” QSC-yə təhvil verilmişdir. Yuxarıda qeyd olunan “Metal qırıntılarının alış vərəqələri” “X5” QSC-yə təhvil verilən nazik metallardır və həmin vərəqələr üzrə təhvil verilmiş nazik metalların ümumi çəkisi 39.700 kq təşkil edir. Tərəflərin bildirdiklərindən görünür ki, bu metal qırıntıları iddiaçı tərəfindən cavabdehlərə müxtəlif tarixlər üzrə 0,35 manata, 0,30 manata və 0,25 manata satılıb. Tərəflər həmin metal qırıntılarının konkret tarixlər üzrə konkret olaraq hansı qiymətə satıldığını bildirmədiklərinə görə məhkəmə onların orta qiymətini hər kiloqrama görə 0,30 manat olmaqla hesablamışdır (0,35 + 0,30 + 0,25 = 0,90; 0,90 : 3 = 0,30). Tərəflərin bildirdiklərinə əsasən nazik metalın 1 kiloqramının orta qiymətini 0,30 manat olmaqla hesabladıqda ümumilikdə 11.910 manat dəyərində nazik metalın təhvil verildiyi görünür (39.700 x 0,30 = 11.910). Beləliklə, məhkəməyə təqdim olunmuş “metal qırıntılarının alış” vərəqələri üzrə metal qırıntılarının ümumi dəyəri 37.742,25 manat təşkil edir (11.910 + 5.958 + 19.874,25 = 37.742,25). Cavabdeh1 məhkəməyə fleşkartda səs yazıları təqdim edib. Həmin fleşkarta baxış keçirmiş, oradakı səs yazılarının hazırkı iddia tələbi üzrə sübut əhəmiyyətinə malik olmadıqlarını müəyyən etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin və digər əlaqəli müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidir. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmədiyi təqdirdə isə iddia cavabdehlərin iddiaya qarşı etirazlarının məzmunundan asılı olmayaraq rədd edilməlidir. İddiaçını, cavabdehləri və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Bununla əlaqədar ilk növbədə aşağıdakılar qeyd olunur. İddiaçının da bildirdiklərindən görünür ki, müvafiq metalın mülkiyyətçisi H.Z.Tağıyev adına TTSK ASC-dir. iddiaçı ilə həmin ASC arasında müqavilə mövcud olduğuna baxmayaraq, həmin müqavilədən metalın (metal qırıntılarının) satışının mülkiyyətçi tərəfindən iddiaçıya həvalə olunduğu görünmür. Belə olan halda, yəni metal satışının mülkiyyətçi tərəfindən iddiaçıya həvalə olunmasının müəyyən edilmədiyi bir halda iddiaçının hazırkı məzmunlu iddia ilə məhkəməyə müraciət etmək hüququnun (subyektiv hüququnun) mövcud olması sual yaradır. Eyni zamanda qeyd olunur ki, iddiaçı ilə cavabdehlər arasında da sözügedən metal qırıntılarının alğı-satqısı ilə bağlı hər hansı müqavilə mövcud deyil. Cavabdehlər isə iddiaçıya borclu olmaları halını etiraf etmirlər və bildirirlər ki, iddiaçıdan aldıqları metalın dəyərini elə həmin gün, yəni metalı müvafiq qəbul məntəqələrinə təhvil verdikdən sonra iddiaçıya və onun şərikinə verirdilər. İddiaçının elə özü də etiraf edir ki, cavabdehlər ona ümumilikdə 62.000 manat məbləğində pul ödəyiblər. Məsələ ilə bağlı qeyd olunur ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş “metal qırıntılarının alış vərəqələri” üzrə ümumi məbləğ yuxarıda göstəriləndən də az, yəni 37.742,25 manat təşkil edir. Göründüyü kimi, cavabdehlər iddiaçıya sonuncu tərəfindən təqdim olunmuş sübutlarla müəyyən olunandan da artıq məbləğdə pul ödəyiblər. Bunlarla yanaşı iddiaçının məhkəməyə bildirdiklərində də əhəmiyyətli ziddiyyətlər və uyğunsuzluqlar mövcuddur. Məsələn, əgər Cavabdeh2 iddiaçıya pul borcu var idisə, hansı səbəbdən iddiaçı həmin cavabdehə 10.750 manat məbləğində pul borcunun olduğuna dair müqavilə imzalayıb? Başqa bir sual. əgər cavabdehlər aldıqları metalın dəyərini iddiaçıya ödəmirdilərsə, hansı səbəbdən iddiaçı onlara sonradan, 2024-cü ilin dekabr ayınadək mal verirdi? Digər sual. Hansı səbəbdən ödənilmiş pulun kəsirinin müəyyən edilməsi üçün bu qədər uzun vaxt tələb olunub? Qeyd olunmalıdır ki, iddiaçı işin məhkəmə baxışı zamanı verilmiş bu və bu kimi digər sualları heç bir ağlabatan dəlillə cavablandırmamışdır. Bunlarla yanaşı, iddiaçının cavabdehlərə məhz 73.500 manat dəyərində 210.000 kq nazik metal, 69.000 manat dəyərində 128.800 kq qara metal, 23.250 manat dəyərində uzunluğu 310 metr, çəkisi 46.500 kq təşkil edən qalın divarlı su boruları və 3.072 manat dəyərində uzunluğu 220 metr, çəkisi 256 kq təşkil edən mis metal (ümumilikdə 168.822 manat dəyərində metal) təhvil verdiyi heç bir mötəbər sübutla təsdiq olunmur. Beləliklə, iddia sübuta yetirilməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Əsas tələb rədd olunduğuna görə digər iddia tələbləri də təmin oluna bilməzlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar