Məhkəmə qərarları › İş №e-2(053)-803/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-803/2024

29.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-803/2024 29.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni Nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “Yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 cavabdeh İddiaçı qarşı iddia ilə məhkəməyə müraciət edərək, X1 vərəsəlik şəhadətnaməsi və onun həmin əmlak üzərində tam paylı mülkiyyət hüququnu təsdiq edən Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsi ilə iddiaçının miras əmlak üzərində müəyyənləşən miras payına mütənasib paylı mülkiyyətçi kimi qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi 24 iyun 2024-cü ildə məhkəməyə daxil olmuş, işə 2(053)-775/2024 nömrəsi verilmiş və 25 iyun 2024-cü il tarixli qərardadla işin icraatı mümkün hesab edilmişdir. Həmçinin İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “Yaşayış sahəsindən çıxarılma” tələbi üzrə mülki iş məhkəməyə daxil olmuş, işə e-2(053)-803/2024 nömrəsi verilmişdir. Sonuncu qeyd olunan iş üzrə məhkəmə hazırlıq iclası 29 iyul 2024-cü il tarixə, saat 11:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı, onun qanuni nümayəndəsi və cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə qeyd olunan tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 29 iyul 2024-cü il tarixdə elektron kabinet vasitəsilə iş üzrə icraatın birləşdirilməsi və iş üzrə icraatın dayandırılması barədə ərizə göndərmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı X2 cavabdeh Quliyeva Mǝhin Məmməd qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “Yaşayış sahəsindən çıxarılma tələbinə dair” e-2(053)-803/2024 saylı iş məhkəmənin icraatınızdadır. Neftçala Rayon Məhkəməsinin 2(053)-623/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ikimərtəbəli, ümumi sahəsi 220,4 kv metr, yaşayış sahəsi 134,5 kv metr, köməkçi sahəsi 85,9 kv metr olan 6 otaqlı yaşayış evinə dair Quliyeva Mǝhin Məmməd qızına 1/5, Cavabdeh2 1/5, Cavabdeh3 1/5, X3 1/15, X7 1/15 vǝ X5 1/15 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Neftçala rayon notariat ofisinə həvalə edilmişdir. Bundan sonra iddiaçılar Cavabdeh3, Cavabdeh1, X8, Cavabdeh2 cavabdeh X4 qarşı vərəsəlik şəhadətnaməsinin və həmin əmlakla bağlı Çıxarışın ləğv edilməsi tələbi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Hal- hazırda həmin 2(053)-775/2024 saylı iş də hakim S.Quliyevin icraatındadır. Bildirmək istəyirlər ki, məsələnin obyektiv və düzgün həlli üçün adı çəkilən işlər üzrə icraatların birləşdirilməsi məqsədə müvafiqdir. Belə ki, müxtəlif işlər üzrə icraatların bir icraatda birləşdirilməsi bir neçə halda mümkün ola bilər: 1.Mübahisə üzrə tərəflər qismində eyni şəxslər çıxış etsin; 2.Mübahisələr eyni mahiyyətdə olsun. Adıçəkilən işlərdən də göründüyü kimi həmin mübahisələrdə tərəflər qismində eyni şəxslər çıxış edir, bundan əlavə mübahisələrin predmeti qismində də eyni yaşayış sahəsi çıxış etdiyindən 2(053)- 775/2024 saylı vǝ e-2(053)-803/2024 saylı iş üzrə icraatın birləşdirilməsi zəruridir. Nəzərə alınmalıdır ki, 2(053)-775/2024 saylı iş üzrə mübahisə predmeti olan daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının tanınması ilə bağlı məhkəmə mübahisəsi yekunlaşmamış həmin əmlakdan çıxarılmalarına dair e-2(053)-803/2024 saylı mülki iş üzrə mübahisəyə obyektiv və hərtərəfli baxılması mümkün deyildir. Bu baxımdan hesab edirlər ki, işlər arasında bağlılıq mövcuddur və bir icraatda birləşdirilməsi işin ədalətli həlli üçün qaçılmazdır. Cavabdeh1 nümayəndəsi ərizənin təmin olunmasını xahiş etmişdir. İddiaçı qanuni nümayəndəsi Qanuni Nümayəndəsi, vəkili işlərin bir icraatda birləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən “Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin icraatında olan 2(053)- 775/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 cavabdeh İddiaçı qarşı “Vərəsəlik şəhadətnaməsi və onun həmin əmlak üzərində tam paylı mülkiyyət hüququnu təsdiq edən Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi və Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsilə iddiaçının miras əmlak üzərində müəyyənləşdirilən miras payına mütənasib paylı mülkiyyətçi kimi qeydiyyata alınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə növbəti məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarix, saat 14:30-a təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3 və 169.4-cü maddələrinə əsasən «Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır», «Bu Məcəllənin 169.1 – 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər». İş materiallarından göründüyü kimi, Nefçala Rayon Məhkəməsinin icraatında olan İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “Yaşayış sahəsindən çıxarılma” tələbinə dair e-2(053)-803/2024 nömrəli və iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 cavabdeh İddiaçı qarşı “Vərəsəlik şəhadətnaməsi və onun həmin əmlak üzərində tam paylı mülkiyyət hüququnu təsdiq edən Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi və Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsilə iddiaçınınm miras əmlak üzərində müəyyənləşdirilən miras payına mütənasib paylı mülkiyyətçi kimi qeydiyyata alınması”na dair iddia ərizəsi üzrə 2(053)- 775/2024 nömrəli mülki işlər bir-biri ilə əlaqəli olduğundan, yəni, eyni şəxslərin bir-birinə qarşı bir-biri ilə əlaqəsi olan müxtəlif iddia tələbləri ilə bağlı olması müəyyən edildiyindən hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez, səmərəli və obyektiv həllinə xidmət etdiyi üçün sözügedən mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(053)-775/2024 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 169.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Neftçala Rayon Məhkəməsinin icraatında olan İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “Yaşayış sahəsindən çıxarılma” tələbinə dair e-2(053)-803/2024 nömrəli və iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 cavabdeh İddiaçı qarşı “Vərəsəlik şəhadətnaməsi və onun həmin əmlak üzərində tam paylı mülkiyyət hüququnu təsdiq edən Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi və Neftçala Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(053)-623/2022 saylı qətnaməsilə iddiaçının miras əmlak üzərində müəyyənləşdirilən miras payına mütənasib paylı mülkiyyətçi kimi qeydiyyata alınması”na dair iddia ərizəsi üzrə 2(053)-775/2024 nömrəli mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(053)-775/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar