Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-948/2024 31.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7.000 manat məbləğində pulun, 300 manat vəkilə ödənilmiş xərcin, eyni zamanda ödənilmiş 93 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı İddiaçı bildirmişdir ki, Cavabdeh ona 7.000 (yeddi min) manat pul borcludur və bu pulun qaytarılması üçün pretenziya məktubu da yazıb göndərmişdir. Pretenziya məktubunu aldığı müddətdən 3 gün müddət ərzində pul məbləğinin qaytarılmasını xahiş etmişdir. Əsas kimi Neftçala Rayon Məhkəməsinin e- 2(053)-70/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində cavabdehin izahatı olduğunu qeyd etmişdir. O, izahatında bildirmişdir, “Cavabdeh tərəfin vəkilinin vəsatəti ilə şahid qismində dindirilmiş Cavabdeh bildirmişdir ki, həmçinin Neftçala rayon prokurorluğuna verdiyi yazılı izahatında göstərmişdir ki, X3 doğma xalası oğludur. 2023-cü ilin təxminən fevral ayıda Fatma ona telefon vasitəsilə zəng edərək xalası oğlu Kərimin 25.000 manat pulunu aldığını bildirmiş, həmin pulu qaytarmağı üçün ondan köməklik etməsini xahiş etmişdir. O da Fatmaya məsələni aydınlaşdıracağını bildirmişdir. Bununla bağlı xalası oğlu Kərimə zəng edərək Fatmaya borcunun olması ilə bağlı ona zang etdiyini bildirmişdir. Kərim də ona Fatmaya cəmi 5.000 manat faiz qarşılığında borcu olduğunu, həmin məbləğin faiz borcu yığışaraq 25.000 manat olduğunu, şərlədiklərini bildirmişdir. O da bundan sonra Neftçala rayonu, Qədimkənd kəndinə gəlmiş və Kərimlə birlikdə Fatmagilə getmişlər. Orada söhbət zamanı Fatma 25.000 manat pulu geri qaytarıldığı halda heç bir şikayət etməyəcəyini bildirmişdir. O da Kərimə ayıb olduğunu, Fatmanın şikayət edəcəyi halda kənddə biabır olmalarını bildirmişdir. Həmin vaxt Kərim də pulu tapıb verəcəyini bildirmişdir. Bundan təxminən 2 ay sonra Kərim ona 18.000 manat borc pul tapdığını bildirmişdir. O da həmin pulu Kərimin yaşadığı Neftçala rayonu, Qədimkənd kəndində yerləşən evində təhvil almışdır. Pulu təhvil alan zaman Kərimin qardaşı Safalıdan pulu alan zaman telefonu ilə video lentə almasını xahiş etmişdir. Pulu aldıqdan sonra, yəni 2023-cü ilin aprel ayında Fatmanın yaşadığı Neftçala rayonu, Qədimkənd kəndində yerləşən evində 18.000 manat pulu Fatmaya təhvil vermiş, Fatma da həmin pulu sayaraq götürmüşdür. Həmin vaxt o, Fatmaya qalıq 7.000 manat pulu tez bir zamanda kredit götürüb verəcəyinə söz vermişdir. Fatma da ona qalıq 7.000 manat pulu verəcəyi halda heç bir şikayətinin olmayacağını bildirmişdir. Bundan sonra o, 7.000 manat pul tapa bilməmiş və bu barədə Fatmaya bildirərək vaxt istəmişdir. Fatmadan ona 7.000 manat pul verməsini, həmin pulu Kərimə göstərərək adından guya borcunu ödəməsini Kərimə yalandan bildirməsini, sonradan Kərim formal olaraq ona olan 7.000 manat pulu qaytaracağı halda qaytarmasını təklif etmişdir. Qeyd edir ki, Fatma ona xahişini nəzərə alaraq 7.000 manat pul vermişdir. Məsələnin bağlanması üçün Fatma ilə razılaşmış, məsuliyyəti boynuna götürüb, Fatmanın verdiyi 7.000 manat pulu Kərimə göstərərək Kərimin əvəzinə Fatmaya verəcəyini, sonradan ona 7.000 manat borcunu qaytarmalı olduğunu bildirmişdir. Kərim də onunla razılaşmış və o, 7.000 manat pulu yenidən Fatmaya qaytarmışdır. Lakin Kərim hələ də ona 7.000 manat pul verməmişdir. Bundan sonra onun Fatma ilə Kərimin arasında olan münasibət barədə heç bir məlumatı olmamışdır. Kərim ona 18.000 manat pulu haradan əldə etməsi barədə konkret olaraq heç nə deməmişdir. Lakin bildiyi qədəri ilə Kərim həmin pulu tanışlarından borc almışdır. X5 Adınəyevadan pul alması barədə onun heç bir məlumatı, bununla bağlı hər hansı marağı olmamış, eləcə də Kərim Karimov heç vaxt ona heç bir məbləğdə pul verməmiş, o da Kərimdən pul istəməmişdir. Həmin 7.000 manat pulu Kərimin işdən çıxmamasma, şikayət olmamasma göra iddiaçı ilə razılaşmışdır”. Cavabdeh tərəfindən pulunun qaytarılmadığı halda məhkəmədə iddia qaldıracağını ona bildirmişdir. Həmin vaxtdan xeyli müddət keçsə də cavabdeh pulunu qaytarmır. Hazırda 93 manat dövlət rüsumu və 300 manat vəkilə xərc ödəmiş ki, bunlar da 7.000 manatla birlikdə cavabdehdan tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı iclası zamanı iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddiaçının bildirdiklərinə uyğun məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası Mülki-Prosessual Qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin e-2(053)-70/2024 nömrəli iş üzrə 16 aprel 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı “Pul tələbinə dair” iddiası qismən təmin edilmişdir. Həmin iş üzrə cavabdeh tərəfin vəkilinin vəsatəti ilə şahid qismində dindirilmiş Cavabdeh məhkəmə iclasında, həmçinin Neftçala rayon prokurorluğuna verdiyi yazılı izahatında göstərmişdir ki, “X3 doğma xalası oğludur. 2023-cü ilin təxminən fevral ayında Fatma ona telefon vasitəsilə zəng edərək xalası oğlu Kərimin 25.000 manat pulunu aldığını bildirmiş, həmin pulu qaytarmağı üçün ondan köməklik etməsini xahiş etmişdir. O da Fatmaya məsələni aydınlaşdıracağını bildirmişdir. Bununla bağlı xalası oğlu Kərimə zəng edərək Fatmaya borcunun olması ilə bağlı ona zəng etdiyini bildirmişdir. Kərim də ona Fatmaya cəmi 5.000 manat faiz qarşılığında borcu olduğunu, həmin məbləğin faiz borcu yığışaraq 25.000 manat olduğunu, şərlədiklərini bildirmişdir. O da bundan sonra Neftçala rayonu, Qədimkənd kəndinə gəlmiş və Kərimlə birlikdə Fatmagilə getmişlər. Orada söhbət zamanı Fatma 25.000 manat pulu geri qaytarıldığı halda heç bir şikayət etməyəcəyini bildirmişdir. O da Kərimə ayıb olduğunu, Fatmanın şikayət edəcəyi halda kənddə biabır olmalarını bildirmişdir. Həmin vaxt Kərim də pulu tapıb verəcəyini bildirmişdir. Bundan təxminən 2 ay sonra Kərim ona 18.000 manat borc pul tapdığını bildirmişdir. O da həmin pulu Kərimin yaşadığı Neftçala rayonu, Qədimkənd kəndində yerləşən evində təhvil almışdır. Pulu təhvil alan zaman Kərimin qardaşı Safalıdan pulu alan zaman telefonu ilə video lentə almasını xahiş etmişdir. Pulu aldıqdan sonra, yəni 2023-cü ilin aprel ayında Fatmanın yaşadığı Neftçala rayonu, Qədimkənd kəndində yerləşən evində 18.000 manat pulu Fatmaya təhvil vermiş, Fatma da həmin pulu sayaraq götürmüşdür. Həmin vaxt o, Fatmaya qalıq 7.000 manat pulu tez bir zamanda kredit götürüb verəcəyinə söz vermişdir. Fatma da ona qalıq 7.000 manat pulu verəcəyi halda heç bir şikayətinin olmayacağını bildirmişdir. Bundan sonra o, 7.000 manat pul tapa bilməmiş və bu barədə Fatmaya bildirərək vaxt istəmişdir. Fatmadan ona 7.000 manat pul verməsini, həmin pulu Kərimə göstərərək adından guya borcunu ödəməsini Kərimə yalandan bildirməsini, sonradan Kərim formal olaraq ona olan 7.000 manat pulu qaytaracağı halda qaytarmasını təklif etmişdir. Qeyd edir ki, Fatma ona xahişini nəzərə alaraq 7.000 manat pul vermişdir. Məsələnin bağlanması üçün Fatma ilə razılaşmış, məsuliyyəti boynuna götürüb Fatmanın verdiyi 7.000 manat pulu Kərimə göstərərək Kərimin əvəzinə Fatmaya verəcəyini, sonradan ona 7.000 manat borcunu qaytarmalı olduğunu bildirmişdir. Kərim də onunla razılaşmış və o, 7.000 manat pulu yenidən Fatmaya qaytarmışdır. Lakin Kərim hələ də ona 7.000 manat pul verməmişdir. Bundan sonra onun Fatma ilə Kərimin arasında olan münasibət barədə heç bir məlumatı olmamışdır. Kərim ona 18.000 manat pulu haradan əldə etməsi barədə konkret olaraq heç nə deməmişdir. Lakin bildiyi qədəri ilə Kərim həmin pulu tanışlarından borc almışdır. X5 Adınǝyevadan pul alması barədə onun heç bir məlumatı, bununla bağlı hər hansı marağı olmamış, eləcə də Kərim Kərimov heç vaxt ona heç bir məbləğdə pul verməmiş, o da Kərimdən pul istəməmişdir. Həmin 7.000 manat pulu Kərimin işdən çıxmamasına, şikayət olmamasına görə iddiaçı ilə razılaşmışdır”. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 184 saylı qəbzin surətindən görünür ki, İddiaçı Salyan Rayon Bürosunun vəkili Nümayəndə 300 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə Neftçala Rayon Məhkəməsinin hesabına 93 manat rüsum ödəmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də İddiaçı cavabdeh X2 qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə baxılarkən şahid qismində dindirilmiş və verdiyi ifadəsində X1 doğma xalası oğlu olduğunu, 2023-cü ilin təxminən fevral ayında Fatmanın ona telefon vasitəsilə zəng edərək xalası oğlu Kərimin ondan 25.000 manat pulunu aldığını, həmin pulu qaytarmağı üçün ondan köməklik etməsini xahiş etdiyini, o da Fatmaya məsələni aydınlaşdıracağını bildirdiyini, bununla bağlı xalası oğlu Kərimə zəng edərək Fatmaya borcunun olması ilə bağlı ona zəng etdiyini bildirmişdir. Kərim də ona Fatmaya cəmi 5.000 manat faiz qarşılığında borcu olduğunu, həmin məbləğin faiz borcu yığışaraq 25.000 manat olduğunu, onu şərlədiklərini bildirmişdir. O da bundan sonra Neftçala rayonu, Qədimkənd kəndinə gəlmiş və Kərimlə birlikdə Fatmagilə getmişlər. Orada söhbət zamanı Fatma 25.000 manat pulu geri qaytarıldığı halda heç bir şikayət etməyəcəyini bildirmişdir. O da Kərimə ayıb olduğunu, Fatmanın şikayət edəcəyi halda kənddə biabır olacaqlarını bildirmişdir. Həmin vaxt Kərim də pulu tapıb verəcəyini demişdir. Bundan təxminən 2 ay sonra Kərim ona 18.000 manat borc pul tapdığını bildirmiş, o da həmin pulu Kərimin yaşadığı Neftçala rayonu, Qədimkənd kəndində yerləşən evində təhvil almışdır. Pulu təhvil alan zaman Kərimin qardaşı Safalıdan pulu alan zaman telefonu ilə video lentə almasını xahiş etmişdir. Pulu aldıqdan sonra, yəni 2023-cü ilin aprel ayında Fatmanın yaşadığı Neftçala rayonu, Qədimkənd kəndində yerləşən evində 18.000 manat pulu Fatmaya təhvil vermiş, Fatma da həmin pulu sayaraq götürmüşdür. Həmin vaxt o, Fatmaya qalıq 7.000 manat pulu tez bir zamanda kredit götürüb verəcəyinə söz vermişdir. Fatma da ona qalıq 7.000 manat pulu verəcəyi halda heç bir şikayətinin olmayacağını bildirmişdir. Bundan sonra o, 7.000 manat pul tapa bilməmiş və bu barədə Fatmaya bildirərək vaxt istəmişdir. Fatmadan ona 7.000 manat pul verməsini, həmin pulu Kərimə göstərərək adından guya borcunu ödəməsini Kərimə yalandan bildirməsini, sonradan Kərim formal olaraq ona olan 7.000 manat pulu qaytaracağı halda qaytarmasını təklif etmişdir. İddiaçı ona xahişini nəzərə alaraq 7.000 manat pul vermişdir. Məsələnin bağlanması üçün Fatma ilə razılaşmış, məsuliyyəti boynuna götürüb Fatmanın verdiyi 7.000 manat pulu Kərimə göstərərək Kərimin əvəzinə Fatmaya verəcəyini, sonradan ona 7.000 manat borcunu qaytarmalı olduğunu bildirmişdir. Kərim də onunla razılaşmış və o, 7.000 manat pulu yenidən Fatmaya qaytarmışdır. Lakin Kərim hələ də ona 7.000 manat pul verməmişdir. Həmin 7.000 manat pulu Kərimin işdən çıxmamasına, şikayət olmamasına görə iddiaçı ilə razılaşmışdir. Beləliklə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o, cümlədən yuxarıda göstərilən “Qətnamə” ilə, cavabdehin iddiaçıdan xalası oğlu Kərim Kərimovu düşdüyü vəziyyətdən çıxarmaq məqsədi ilə ondan şikayət olmasın deyə iddaçı ilə qabaqcadan razılaşaraq ondan 7.000 manat pulu Kərimin borcunu vermək üçün aldığı və bu barədə xalası oğlu Kərim Kərimova pulu borc tapdığını, onun yerinə İddiaçı verəcəyini bildirərək, həmin pulu yenidən İddiaçı Kərim Kərimovun borcu kimi 7.000 manatı qaytarmaqla razılaşdığı müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. Yuxarıda qeyd olunanları və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də yuxarıda qeyd olunan e-2(053)- 70/2024 saylı mülki iş üzrə məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində İddiaçı ilə aralarında olan şifahi razılaşma əsasında ondan 7.000 manat borc aldığını və həmin pulu xalası oğlu Kərim Kərimova onun üçün borc götürdüyünü və İddiaçı verəcəyini bildirməklə Kərimin adından yenidən ona verdiyi və özünün İddiaçı 7.000 manat borcunun yaranması halı sübuta yetirilmiş hesab olunmalıdır. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, cavabdehin iddiaçıdan aldığı 7.000 manat məbləğində pul iddiaçıya qaytarılmamışdır. Cavabdeh hər hansı formada həmin məbləği qaytarmamışdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1, 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 7.000 manat məbləğində pulu və vəkilə ödənilmiş 300 manat xərci tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etmək üçün bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu kimi 93,40 manat məbləğində pul ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Hazırkı iş üzrə iddia qiyməti, tələb olunan məhkəmə xərcinin məbləği ilə birlikdə 7.300 manat təşkil edir. Hazırkı qətnamə ilə iddianın əsas etibarilə təmin olunduğunu və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş məhkəmə xərci (93 manat) cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 7.000 (yeddi min) manat məbləğində pul, 300 manat vəkilə ödənilən xərc və ödənilmiş 93 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-948/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-948/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver