Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-14/2025 14.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi, İddiaçı2 vəkili Vəkil, Maraqlı şəxs Məhəmməd oğlunun iştirakı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 (Maraqlı şəxs Məhəmməd oğlu) Cavabdeh qarşı iddiaçıların xüsusi mülkiyyətində olan, Oğuz rayonu Kərimli kəndində yerləşən zəbt olunmuş torpaq sahələrindən cavabdehin məcburi qaydada çıxarılması tələbinə dair mülki işə 14 aprel 2025-ci il tarixdə Oğuz şəhərində məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı2 və İddiaçı1 (Maraqlı şəxs Məhəmməd oğlu) Cavabdeh qarşı iddiaçıların xüsusi mülkiyyətində olan, Oğuz rayonu Kərimli kəndində yerləşən zəbt olunmuş torpaq sahələrindən cavabdehin məcburi qaydada çıxarılması və 9000 manat məbləğində dəymiş ziyanın alınıb iddiaçılara verilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişlər. Əvvəlki məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdehov oğlu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçıların nümayəndəsi və İddiaçı2 vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********01 saylı Çıxarışa və xx.xx.2021-ci il tarixli AA 581504 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayonu Kərimli kəndində yerləşən 0,4748 ha, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********61 saylı Çıxarışa və xx.xx.2020-ci il tarixli AA 553341 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayonu Kərimli kəndində yerləşən 0,3617 ha və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********60 saylı Çıxarışa və xx.xx.2022-ci il tarixli A 683072 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayonu Kərimli kəndində yerləşən 0,7114 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********69 saylı Çıxarışa və xx.xx.2021-ci il tarixli A 653267 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayonu Kərimli kəndində yerləşən 0,4717 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi digər iddiaçı və İddiaçı2 arvadı İddiaçı1 mülkiyyətindədir. Həmin torpaq sahələri Cavabdeh tərəfindən zəbt olunaraq qeyri-qanuni istifadə edilir, iddiaçılar isə mülkiyyətçi olmalarına baxmayaraq torpağa yaxın buraxılmırlar. Belə ki, həmin torpaq sahələri iddiaçılar tərəfindən Maraqlı şəxs Məhəmməd oğlunun istifadəsinə verilmiş, həmin şəxs tərəfindən isə torpaq sahələrində fındıq bağı salınmış, ağaclar arasında isə arpa-yonca əkilmişdir. 2015-ci ildən bəri əkilmiş 125 ədəd fındıq, 7 ədəd şaftalı, 8 ədəd gavalı ağacları cavabdeh tərəfindən kökündən kəsilmiş, iddiaçıya məxsus 0,5 ha və Kərimli Bələdiyyəsinə məxsus 0,3 ha torpaq sahəsində yonca və arpa məhv edilmişdir. Dəfələrlə müraciət edərək həmin torpaq sahələrinin zəbtdən azad edilməsini xahiş etsələr də cavabdeh bundan imtina etmiş, münaqişə yaratmağa çalışmışdır. Hüquq mühafizə orqanları tərəfindən məsələnin həlli yolu tapılmadığından məhkəməyə müraciət edilmişdir. Cavabdeh qanunsuz hərəkətlərin dayandırılması tələbinə əməl etmir və torpaqları zəbt etməklə ziyan vurmaqda davam edir. Ziyan vurulması foto və video görüntülərlə öz təsdiqini tapır. Həmin sübutlar məhkəməyə disklər şəklində təqdim edilmişdir.Sonuncu dəfə 29-30 aprel tarixlərində cavabdeh 25 fındıq ağacını kəsmiş, əraziyə giriş darvazasını yıxmış və yerində dərin xəndək qazmaqla əraziyə girməyə maneə yaratmışdır.Cavabdeh bu və digər qanunsuz hərəkətləri edərək iddiaçılara və maraqlı şəxsə 9000 manatdan yuxarı ziyan vurmuşdur. Hazırda əllərində olan çıxarışlar və plan-ölçü sənədləri əsasında iddianın təmin edilməsini, cavabdehdən qeyd edilən torpaq sahələrinin alınıb qayatrılması, 9000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Məhəmməd oğlu izahat verərək bildirmişdir ki, qeyd edilən torpaq sahələrində fındıq bağı salmış, digər əkin-biçin işi aparmışdır. Cavabdeh onlarla bağ qonşusudur. İddiaçıların nümayəndəsinin dediyi kimi inəklərini bağ sahəsinə salır, ona ziyan vurur, etiraz edəndə deyir “torpaqlar mənimdir”. Arpa əkdiyi yerləri də dağıdıb, bundan başqa bağın çəpərini və qapısını dağıtmışdır. Məcbur olub yenidən düzəltdirmişdir. Cavabdeh ona 9000 manat maddi ziyan vurmuşdur. Hesab edir ki, mütəxəssis tərəfindən məsələ araşdırılmalı, torpaq sahəsi yerində ölçülüb cavabdehdən alınaraq aidiyyəti üzrə verilməli, maddi ziyan ödənilməlidir. İddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin və maraqlı şəxsin izahatını dinləyib sənədləri araşdıraraq işin hallarını və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli, e-2(054)-369/2024 saylı qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin ekspertlərinə həvalə etmşdir. Mülki iş (yeni nömrə 2(054)-14/2025) 10 fevral 2025-ci il tarixli, 10/724 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli hazırlıq iclası və xx.xx.2025-ci il tarixli baxış iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçılar məhkəmə iclaslarında iştirak etməmişlər. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, hazırlıq iclası ilə bağlı ona göndərilmiş bildiriş zərfin üərinə əlavə edilmiş “F-20”-də “imtina edilib” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, baxış iclası ilə bağlı bildiriş cavabdehin elektron kabinetinə yüklənmiş, bundan əlavə onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Oğuz rayon İHB Kərimli İƏD üzrə icra nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişinə cavab olaraq nümayəndəlik xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 5-68-9/2-36/2025 saylı məktubla məhkəmə sənədinin xx.xx.2025-ci il tarixdə vətəndaşa şəxsən təqdim edildiyini, lakin onun məktubu götürməkdən qəti imtina etdiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfin nümayəndəsi və vəkilinin, eləcə də maraqlı şəxsin məhkəmə iclasında iştirakını nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6, 137, 185-ci maddələrinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və İddiaçı2 vəkili Vəkil iddia həcminin azaldılması barədə ərizə təqdim edərək əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etdiyini, verilmiş mütəxəssis və ekspert rəyləri ilə razı olduğunu, hazırki iş üzrə cavabdehin zəbt etdiyi torpaqlardan çıxarılmasına dair yekun qərar qəbul edildikdən sonra cavabdeh tərəfindən vurulmuş maddi ziyanı dəqiqləşdirməklə yeni iddia tələbi ilə məhkəməyə müraciət edəcəklərini bildirdi, cavabdehin iddiaçıların mülkiyyətində olan torpaq sahələrindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Məhəmməd oğlu əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etdi, iddia həcminin azaldılması barədə ərizənin məzmununa uyğun olaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçı tərəfin nümayəndəsi və vəkilini, maraqlı şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********01 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və AA 581504 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayonu Kərimli kəndində yerləşən 0,4748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və AA 553341 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayonu Kərimli kəndində yerləşən 0,3617 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və AA 653267 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayonu Kərimli kəndində yerləşən 0,4717 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 683072 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayonu Kərimli kəndində yerləşən 0,7114 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-6493/2024 saylı məktubu ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planlarından, habelə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/724/2025 saylı məktubu ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 10/724 saylı ekspert rəyindən görünür ki, cavabdehin istifadəsində olan torpaq sahəsi Oğuz rayonu Kərimli kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Oğuz rayonu Kərimli kəndi inzibati ərazi dairəsinin sərhədləri daxilində kənd təsərrüfatı torpaqlarına aid, uqodiyası əkin olan xüsusi mülkiyyətdədir.X2 X3 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı torpaqları, uqodiyası əkin, xüsusi mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. Oğuz rayonu Kərimli kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi, İddiaçı2 mülkiyyətində olan xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********01 saylı Çıxarışa və xx.xx.2021-ci il tarixli AA 581504 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,4748 ha, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********61 saylı Çıxarışa və xx.xx.2020-ci il tarixli AA 553341 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,3617 ha, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********60 saylı Çıxarışa və xx.xx.2022ci il tarixli A 683072 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,7114 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********69 saylı Çıxarışa və xx.xx.2021-ci il tarixli A 653267 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı1 mülkiyyətində olan 0,4717 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəddə göstərilmiş cizgiləri ilə yerdəki cizgiləri üst-üstə düşür.Həmin torpaq sahələrinin yerləşmə mövqeyi müəyyən edilmişdir. Həmin torpaq sahələri cavabdeh tərəfindən istifadə olunur.Torpaq sahələrinə dair yerquruluşu planları mütəxəssis rəyinə əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Yenə həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Oğuz rayonu Kərimli kəndi inzibati ərazisində yerləşən, ekspert rəyində göstərilmiş, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********, ********** və ********** qeydiyyat nömrəli Çıxarış və torpaq sahələrinin AA 581504, AA 553341 və A 683072 saylı planı və ölçüsü sənədlərinə əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan 0,4748 ha, 0,3617 ha və 0,7114 ha torpaq sahələrinin, ********** qeydiyyat nömrəli Çıxarış və torpaq sahəsinin A 653267 saylı planı və ölçüsü sənədinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,4717 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəddə göstərilmiş cizgiləri ilə yerdəki cizgiləri üst-üstə düşür. Həmin torpaq sahələrinin yerləşmə mövqeyi müəyyən edilmişdir. Həmin torpaq sahələri cavabdeh tərəfindən istifadə olunur. Torpaq sahələrinə dair yerquruluşu planları mütəxəssis rəyinə əlavə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş mütəxəssis və ekspert rəyləri sübut kimi nəzərə alınmaqla iddiaçıların hüquqlarının Cavabdeh tərəfindən pozulduğu müəyyən edildiyindən iddia tələbi təmin edilməli, cavabdeh iddiaçıların mülkiyyətində olan 4 torpaq sahəsindən mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında göstərilmiş cizgilər daxilində çıxarılmalı, torpaq sahələri iddiaçılara təhvil verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(054)-369/2024 saylı qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/724 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən iddiaçıların xeyrinə tutulmalı, 100 manat ekspertiza xərci cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh Oğuz rayonu Kərimli kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi, İddiaçı2 mülkiyyətində olan xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********01 saylı Çıxarışa və xx.xx.2021-ci il tarixli AA 581504 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,4748 ha, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********61 saylı Çıxarışa və xx.xx.2020-ci il tarixli AA 553341 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,3617 ha, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********60 saylı Çıxarışa və xx.xx.2022-ci il tarixli A 683072 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,7114 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********69 saylı Çıxarışa və xx.xx.2021-ci il tarixli A 653267 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı1 mülkiyyətində olan 0,4717 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılsın, torpaq sahələri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarına uyğun olaraq iddiaçılara təhvil verilsin. İddiaçııar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçılara verilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüzi) manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-14/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-14/2025
14.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver