Məhkəmə qərarları › İş №e-2(054)-16/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-16/2023

19.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-16/2023 19.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi və pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Oğuz rayonu Kərimli kəndində yerləşən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa, xx.xx.2021-ci il tarixli, A 636596 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətində olan 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, hüquqi yardıma görə vəkilə ödədiyi 200 manat, 130 manat dövlət rüsumu, yol xərci və digər ödənişlər də daxil olmaqla cəmi 1000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə verərək aidiyyəti qurumlar tərəfindən istifadə etdiyi torpaq sahəsinə sənəd veriləcəyini bildirdi və ərizənin baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddiaçının ərizəsinə etiraz etmədi, ərizə verərək işin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin ərizəsini nəzərdən keçirməklə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi və pul tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar