Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-27/2025 03.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin alınıb qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin alınıb qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan 0,03 ha və 0,18 ha həyətyanı təyinatlı torpaq sahələrinin Cavabdeh alınaraq boşaldılıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat və **********80 reyestr nömrəli çıxarışa və AA№580870 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 0,03 hektar və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat və **********32 reyestr nömrəli çıxarışa və A№796800 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 0,18 hektar həyətyanı təyinatlı torpaq sahələri tam mülkiyyət hüququ ilə onun xüsusi mülkiyyətindədir. Qeyd edilən həyətyanı torpaq sahələri Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh heç bir qanuni əsas olmadan həmin torpaq sahələrinin özünə məxsus olduğunu iddia edir və həmin torpaq sahələrindən qeyri-qanuni istifadə edir, onu öz mülkiyyətində olan torpaq sahələrinə buraxmır. O özü və yaxın qohumları vasitəsilə dəfələrlə cavabdehdən onun torpaq sahələrini boşaldıb özünə qaytarmasını xahiş etmişdir. Lakin o, bundan qəti imtina etmişdir. Hazırda o özünə məxsus olan torpaq sahələrindən normal istifadə edə bilmir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt etməsi səbəbindən həmin torpaq sahəsi üzərindəki qanuni hüquqlarımı həyata keçirə bilmir. Bu isə hüquqlarının əhəmiyyətli dərəcədə pozulması deməkdir. Cavabdeh tərəfindən qeyri qanuni zəbt edilmiş torpaq sahələrinin alınıb ona qaytarılmasını istəyir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə görə məhkəmə iclaslarının ərizəçinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəçinin tələbini müdafiə etdiyini və ekspert rəyi ilə razı olduğunu, lakin cavabdeh tərəfindən zəbt edilməmiş digər torpaq sahəsinin iddiaçının özünün də istifadəsində olmadığını bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan sonuncu məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, heç bir torpaq sahəsini zəbt etməyib. İddiaçı ilə qonşudur, əvvəllər onunla birgə iş görüblər. Müşfiqin atası aqronom idi, onların həyətində dərman damı var idi. Ələşrəf Hümmətov onlara deyirdi ki, tez-tez həyətə girməyin. Ona görə çəpəri geri çəkmişlər. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin verdiyi, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********86 reyestr nömrəli Çıxarışa və eyni tarixli AA 580870 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,03 ha həyətyanı torpaq sahəsinə hüquq sahibi İddiaçı tam pay hüququ müəyyən edilmişdir. İş materiallarında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin verdiyi, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********32 reyestr nömrəli Çıxarışa və eyni tarixli A 796800 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,18 ha həyətyanı torpaq sahəsinə hüquq sahibi İddiaçı tam pay hüququ müəyyən edilmişdir. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/408 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:- İddiaçının mülkiyyətinə verilmiş Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən ********** qeydiyyat, **********86 reyestr nömrəli çıxarışın AAN№5808750 saylı plan və ölçüsü sənədində göstərilmiş 0,03 hektar və ********** qeydiyyat, **********32 reyestr nömrəli çıxarışın A№796800 plan və ölçü sənədində göstərilmiş 0,18 hektar həyətyanı torpaq sahələrinin koordinatları və yerləşmə mövqeyi təyin edilmişdir. ********** qeydiyyat, **********86 reyestr nömrəli çıxarışın AAN№5808750 saylı plan və ölçüsü sənədində göstərilmiş 0,03 hektar və ********** qeydiyyat, **********32 reyestr nömrəli çıxarışın A№796800 plan və ölçü sənədində göstərilmiş 0,18 hektar həyətyanı torpaq sahələrinin sənəddə göstərilmiş cizgiləri ilə yerdəki cizgiləri üst-üstə düşür. İddiaçının mülkiyyətinə verilmiş Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən **********86 reyestr nömrəli çıxarışın AAN№5808750 saylı plan və ölçüsü sənədində göstərilmiş 0,03 hektar torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. **********32 reyestr nömrəli çıxarışın A№796800 plan və ölçü sənədində göstərilmiş 0,18 hektar həyətyanı torpaq sahəsi iddiaçının istifadəsindədir. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur kiƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin verdiyi, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********86 reyestr nömrəli Çıxarışa və eyni tarixli AA 580870 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,03 ha və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********32 reyestr nömrəli Çıxarışa və eyni tarixli A 796800 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,18 ha həyətyanı torpaq sahələri iddiaçının mükiyyətindədir. İddiaçının mülkiyyətində olan Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilmiş, torpaq sahəsi Cavabdeh faktiki istifadəsindədir. Həmin torpaq sahəsi qanunsuz zəbt etmişdir. İddiaçının mülkiyyətində olan Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi isə cavabdeh tərəfindən zəbt edilməmiş və hazırda iddiaçının özünün istifadəsindədir. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin, cavabdeh mübahisəli torpaq sahələrindən birini bütövlükdə zəbt edərək, mübahisəli sahədən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Azərbaycan Rspublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rspublikası Konstitusiyasının 29.2-ci maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi- Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********86 reyestr nömrəli Çıxarış sənədində göstərilən 0,03 hektar torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunur, hüquqlarını pozur. Ona görə də, iddiaçının torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün mübahisəli torpaq sahəsindən cavabdeh çıxarılmalı və cavabdehin faktiki istifadəsində olan iddiaçıya məxsus 0,03 hektar torpaq sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Eyni zamanda, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********32 reyestr nömrəli çıxarış sənədində göstərilən 0,18 hektar torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi ekspert rəyi ilə təkzib edildiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus Oğuz rayonu Xaçmaz kəndində yerləşən, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********86 reyestr nömrəli çıxarış sənədində göstərilən 0,03 hektar torpaq sahəsindən cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə habelə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 manat ekspertiza xərcinin 50 manatı iddiaçıya, 50 manatı cavabdehə aid edilməli və tərəflərdən ekspertiza tədqiqatının dəyəri alınaraq X1 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********86 reyestr nömrəli Çıxarış sənədində göstərilən 0,03 hektar torpaq sahəsindən Cavabdeh çıxarılsın. İddiaçı məxsus Oğuz rayonu Xaçmaz kəndində yerləşən, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********86 reyestr nömrəli Çıxarış sənədində göstərilən 0,03 hektar torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılsın. İdida qalan hissəsə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin – 50,0 (əlli) manat İddiaçı, 50,0 (əlli) manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(054)-27/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-27/2025
03.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver