Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-354/2024 26.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, iddiaçılar İddiaçı1 və İddiaçı2 (Maraqlı şəxs Məhəmməd oğlu) Cavabdeh qarşı iddiaçıların xüsusi mülkiyyətində olan, Oğuz rayonu Kərimli kəndində yerləşən zəbt olunmuş torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması və 5000 manat məbləğində dəymiş ziyanın alınıb iddiaçılara verilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 (Maraqlı şəxs Məhəmməd oğlu) Cavabdeh qarşı iddiaçıların xüsusi mülkiyyətində olan, Oğuz rayonu Kərimli kəndində yerləşən zəbt olunmuş torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması və 5000 manat məbləğində dəymiş ziyanın alınıb iddiaçılara verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və 5000 manat dəymiş ziyanın cavabdehdən tutulması tələb edilsə də, iş materiallarına əlavə edilmiş rüsum qəbzindən göründüyü kimi iddia ərizəsinin məhkəməyə verilməsi üçün cəmi 70 manat dövlət rüsumunun ödənildiyi müəyyən edilmişdir, halbuki tələbin bir hissəsi-yəni cavabdehin torpaqdan məcburi çıxarılması qiymətləndirilməyən iddialara aid olmaqla “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə iddia ərizəsində sübutların siyahısı göstərilməmiş, iddia tələbi dəqiq müəyyən edilməmiş, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında torpağın mülkiyyətə verilməsinə dair 4 ədəd çıxarışın surətinin əlavə edildiyi göstərilsə də, ərizəyə yalnız İddiaçı2 adına olan ********** qeydiyyat nömrəli çıxarışın surəti əlavə edilmiş, iddia ərizəsinə əlavədə qeyd edilən audio-video disk, fotoşəkillər təqdim edilməmiş, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın surəti isə yarımçıq şəkildə (qərarın giriş və nəticə hissəsi olmaqla) əlavə edilmişdir. Bununla da, iddiaçılar iddia ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət etmədən məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı, mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçılar İddiaçı1 və İddiaçı2 (Maraqlı şəxs Məhəmməd oğlu) Cavabdeh qarşı iddiaçıların xüsusi mülkiyyətində olan, Oğuz rayonu Kərimli kəndində yerləşən zəbt olunmuş torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması və 5000 manat məbləğində dəymiş ziyanın alınıb iddiaçılara verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-354/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-354/2024
26.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver