Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-373/2022 21.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahələrindən cavabdehin çıxarılması, torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Kərimli kəndində yerləşən, onların xüsusi mülkiyyətində olan, xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,1742 hektar və xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,977 hektar - cəmi 1,1512 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahələrinin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar öz iddia tələblərini onunla əsaslandırmışlar ki, onların xüsusi mülkiyyətində Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 5 hissədə olmaqla, 2,6991 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələrindən xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,1742 hektar və xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,977 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri cavabdehə məxsus torpaq sahələri ilə qonşuluqda yerləşir. Qeyd olunan 0,1742 hektar və 0,977 hektar torpaq sahələrinə dair onların adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir və həmin torpaq sahələri hazırda da onların xüsusi mülkiyyətindədir. Lakin onlara məxsus olan 0,1742 hektar və 0,977 hektar - cəmi 1,1512 hektar torpaq sahsəsini cavabdeh heç bir qanuni əsas olmadan zəbt etmişdir. Onlar xüsusi mülkiyyətlərində olan torpaq sahələrini boşaldıb onların özlərinə qaytarmasını cavabdehdən dəfələrlə xahiş etmişlər. Lakin cavabdeh həmin torpaq sahələrinin özünə məxsus olduğunu iddia edərək qeyd olunan torpaq sahələrindən qeyri-qanuni istifadə edir və onun öz mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə imkan vermirlər. Ona görə də onlar özlərinin xüsusi mülkiyyətində 0,1742 hektar və 0,977 hektar - cəmi 1,1512 hektar torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahələrinin boşaldılaraq onlara təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar məhkəmə iclaslarına gəlməmiş, onların nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarının iddiaçıların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının iddiaçıların iştirakı olmadan keçirilməsini qərara almışdır. İddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,1742 hektar və xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,977 hektar torpaq sahələri islahatla əlaqədar iddiaçıların ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. Sonradan həmin torpaq sahələrinə dair hazırki iş üzrə iddiaçıların adına mülkiyyət hüququnu tanıyan sənədlər hazırlanmışdır. Hazırki vəziyyətdə isə iddiaçıların xüsusi mülkiyyətində olan həmin torpaq sahələri faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdeh həmin torpaq sahələrinin özünə aid olduğunu iddia edərək qeyd olunan torpaq sahələrindən qeyri-qanuni istifadə edir. Qeyd etdiklərinə nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə həmin cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, islahat zamanı onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi hazırda mübahisə predmetinə aid olan ərazidə və iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahələrinin qonşuluğunda yerləşir. İslahatla əlaqədar onların torpaq sahəsi almaq hüququ olan ailə üzvlərinin sayı 7 nəfərdən ibarət olsa da, sənəd əsasında onlara cəmi 0,50 hektar torpaq sahəsi verilmişdir. Ancaq onların faktiki istifadəsində islahat aparılan zaman onlara tanıdılmış ərazidə norma üzrə verilməli olan ölçüdə torpaq sahəsi vardır. Həmin ərazi kolluq və bataqlıq olmuş, o, kifayət qədər vəsait sərf edərək qeyd olunan ərazini istifadəyə yararlı vəziyyətə gətirmişdir. Lakin həmin torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına hüquqmüəyyənedici sənədlər tərtib edilməmişdir. O, həmin məsələ ilə əlaqədar rayon icra hakimiyyətinə və müvafiq səlahiyyətli digər orqanlara müraciət etmiş, lakin həmin müraciətlər hələ müsbət həllini tapmamışdır. Onun və ailə üzvlərinin uzun müddətdən bəri faktiki olaraq istifadə etdikləri, maddi vəsait və əmək sərf edərək istifadəyə yararlı vəziyyətə gətirdikləri torpaq sahələrinə dair iddiaçılar qanunsuz yolla öz adlarına mülkiyyət hüququnu tanıyan sənədlər əldə etmişlər. Hazırki iddia tələbi üzrə mübahisə predmetinə aid olan və iddiaçıların boşaldılmasını tələb etdikləri ərazi uzun müddətdir ki, onun və ailə üzvlərinin faktiki istfadəsində olan torpaq sahəsidir və onlar həmin ərazini zəbt etməmişlər. Həmin ərazinin sənəd üzrə iddiaçılara aid olmasını əsassız hesab edir. İddiaçıların boşaldılmasını tələb etdikləri torpaq sahəsi ondan alınarsa, islahat zamanı onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin miqdarı torpaq payı normasından əskik olacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli və xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin surətlərindən görünür ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 0,1742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, 0,977 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə İddiaçı2 xüsusi mülkiyyətindədir və qeyd edilən torpaq sahələrinə dair onların adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahələrinin (və ya bir hissəsinin) cavabdeh və ya digər şəxslər tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin orqandan verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubu, ona əlavə edilmiş mütəxəssis arayışı və torpaq sahələrinin yerquruluşu planında qeyd edilmişdir ki, mübahisə predmetinə aid olan əraziyə adı çəkilən orqanın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Kameral qaydada elektron məlumat bazasına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıların adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq sahələrinin sənəd üzrə koordinatları ilə torpaq sahələrinin mülkiyyətçilərinin naturada istifadə etdikləri torpaq sahələrinin koordinatları qismən üst-üstə düşür. İddiaçı1 adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,1742 hektar torpaq sahəsinin 0,1429 hektardan ibarət hissəsi hazırki iş üzrə cavabdehin istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin 0,0313 hektardan ibarət hissəsi isə istifadəsiz kolluq əraziyə düşür. İddiaçı2 adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,977 hektar torpaq sahəsinin 0,8563 hektardan ibarət hissəsi hazırki iş üzrə cavabdehin, 0,0419 hektardan ibarət hissəsi İddiaçı1 istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin 0,0788 hektardan ibarət hissəsi isə istifadəsiz kolluq əraziyə düşür. (Aparılmış müayinə və tədqiqatın dəyəri 95 manat təşkil edir.) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu, iş üzrə mütəxəssis arayışı verilməsi ilə əlaqədar isə 95 manat müayinə və tədqiqat xərci ödənilmişdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, iddiaçıların xüsusi mülkiyyətində Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 0,1742 hektar və 0,977 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır və qeyd edilən torpaq sahəsinə dair onların adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. İddiaçı1 xüsusi mülkiyyətində olan 0,1742 hektar torpaq sahəsinin 0,1429 hektardan ibarət hissəsi, digər İddiaçı2 xüsusi mülkiyyətində olan 0,977 hektar torpaq sahəsinin 0,8563 hektardan ibarət hissəsi hazırki vəziyyətdə cavabdeh tərəfindən istifadə olunur. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu, həmçinin, iş üzrə mütəxəssis arayışı verilməsi ilə əlaqədar 95 manat müayinə və tədqiqat xərci İddiaçı1 tərəfindən ödənilmişdir. Hazırda iddiaçılar onların xüsusi mülkiyyətində olan 0,1742 hektar və 0,977 hektar - cəmi 1,1512 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahələrinin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar öz iddia tələblərinin əsası olaraq qeyd olunan torpaq sahələrinə dair onların adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə, eyni zamanda, mütəxəssis arayışına və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planına istinad edirlər. Cavabdeh mübahisə predmetinə aid olan və iddiaçıların boşaldılmasını tələb etdikləri ərazinin uzun müddətdir ki, onun və ailə üzvlərinin faktiki istfadəsində olan torpaq sahəsi olduğunu və onların həmin ərazini zəbt etmədiklərini, qeyd olunan ərazinin sənəd üzrə iddiaçılara aid olmasını əsassız hesab etdiyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçıların xüsusi mülkiyyətində olan 0,1742 hektar və 0,977 hektar torpaq sahələrinin bir hissəsinin faktiki olaraq cavabdeh tərəfindən istifadə edildiyi məhkəmə iclasında araşdırılan faktlarla və xüsusən də, mütəxəssis arayışı və torpaq sahələrinin yerquruluşu planında qeyd edilən dəlillərlə sübuta yetirilmiş, cavabdeh özü də mübahisəli ərazinin onun istifadəsində olduğunu inkar etməmişdir. Mütəxəssis arayışına əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə isə həmin torpaq sahəsinin sənəd üzrə iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 0,1742 hektar və 0,977 hektar torpaq sahəsi mülkiyyət hüququnu tanıyan sənədlərə əsasən hazırda iddiaçıların xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehin həmin torpaq sahələrinin bir hissəsindən qanunsuz olaraq istifadə etməsi iddiaçıların əmlak hüquqlarının pozulması, onların özlərinə məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehin mübahisə predmetinə aid olan torpaq sahələrinin bir hissəsindən istifadə etməsinin qanuniliyinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mməhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdehin iddia tələbinə etiraz olaraq izahatında göstərdiyi, ona qarşı olan iddia tələbi üzrə mübahisə predmetinə aid olan və iddiaçıların boşaldılmasını tələb etdikləri torpaq sahələri ondan alınarsa, islahat zamanı onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin miqdarının torpaq payı normasından əskik olacağı barədə dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər cavabdehin özünün mülkiyyətində olmayan torpaq sahəsindən istifadə etməsinə, habelə, digər şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrini (və ya bir hissəsini) zəbt etməsinə əsas vermir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, cavabdeh iddiaçıların xüsusi mülkiyyətində olan 0,1742 hektar və 0,977 hektar torpaq sahələrinin torpaq sahəsinin yerquruluşu planına və yerində müayinənin nəticələrinə əsasən zəbt olunduğu müəyyən edilən hissəsindən çıxarılmalıdır. 0,1742 hektar və 0,977 hektar torpaq sahələrinin cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilmiş hissəsi boşaldılaraq iddiaçılara təhvil verilməlidir. Məhkəmə iddiaçıların öz iddia tələblərinin əsası kimi istinad etdiyi hallarla, yəni iddia tələbinin hüquqi əsaslarının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, iddiaçılar onların xüsusi mülkiyyətində olan 0,1742 hektar və 0,977 hektar - cəmi 1,1512 hektardan ibarət torpaq sahəsinin bütövlükdə hazırki iş üzrə cavabdeh tərəfindən qeyri-qanuni zəbt edildiyini iddia etsələr də, iş materialları və işin faktiki halları ilə cavabdehin, iddia tələbində qeyd edildiyi kimi, 0,1742 hektar və 0,977 hektar torpaq sahələrini tamamilə deyil, 0,1742 hektar torpaq sahəsinin 0,1429 hektardan ibarət hissəsini, 0,977 hektar torpaq sahəsinin isə 0,8563 hektardan ibarət hissəsini zəbt etdiyi müəyyən edilmişdir. Məhkəmə cavabdeh tərəfindən zəbt olunmuş və boşaldılaraq iddiaçıya təhvil verilməli olan torpaq sahəsinin ölçüsünü müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, həmin torpaq sahələrinin tamamilə deyil, yalnız müəyyən hissələrinin cavabdeh tərəfindən zəbt edilmiş olduğu müəyyən olunduğundan hazırki iddia tələbləri qismən təmin edilməklə, yerquruluşu planında göstərildiyinə uyğun olaraq 0,1742 hektar torpaq sahəsinə münasibətdə 0,1429 hektar həddində, 0,977 hektar torpaq sahəsinə münasibətdə isə 0,8563 hektar həddində təmin edilməlidir. Eyni zamanda, məhkəmə İddiaçı2 məxsus olan 0,977 hektar torpaq sahəsinin İddiaçı1 tərəfindən istifadə olunan 0,0419 hektardan ibarət hissəsi ilə əlaqədar qeyd edir ki, hazırki iş üzrə İddiaçı2 digər İddiaçı1 qarşı hər hansı tələbi olması halları müəyyən edilmədiyindən, o, cavabdeh qismində cəlb edilmədiyindən və həmin şəxsə məhkəmə prosesinin gedişində də əlavə cavabdehin cəlb edilməsi barədə ərizə verilmədiyindən, habelə məhkəmənin iddia tələbindən kənara çıxması üçün qanunda göstərilən müstəsna hallar mövcud olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində əsasən məhkəmə iddia tələbindən kənara çıxmadan hazırki tələbə iddia ərizəsində qeyd edilən, yalnız Cavabdeh qarşı irəli sürülən iddia tələbi həddində baxılmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin qismən də olsa, təmin edildiyi nəzərə alınaraq İddiaçı1 məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq həmin iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, müayinə və tədqiqatın dəyəri olan 95 manat da İddiaçı1 tərəfindən ödənilmişdir. İş üzrə mütəxəssis arayışı verilməsi zərurəti iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahələrinin (və ya bir hissəsinin) zəbt edilib-edilməməsinin müəyyən edilməsi ilə əlaqədar yarandığından və həmin torpaq sahələrinin bir hissəsinin, həqiqətən də, cavabdeh tərəfindən zəbt edildiyi müəyyən olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iş üzrə müayinə və tədqiqat xərci olan, İddiaçı1 tərəfindən ödənilmiş 95 manat məbləğin də cavabdehdən tutularaq həmin iddiaçıya ödənilməsini qanuni, əsaslı və ədalətli hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Oğuz rayonu Kərimli kəndində yerləşən, xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,1742 hektar torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş 0,1429 hektardan ibarət hissəsindən çıxarılsın. Həmin torpaq sahəsi boşaldılaraq İddiaçı1 təhvil verilsin. Cavabdeh Oğuz rayonu Kərimli kəndində yerləşən, xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,977 hektar torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş 0,8563 hektardan ibarət hissəsindən çıxarılsın. Həmin torpaq sahəsi boşaldılaraq İddiaçı2 təhvil verilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği, həmçinin, iş üzrə mütəxəssis arayışı verilməsi ilə əlaqədar ödənilmiş 95 manat müayinə və tədqiqat xərci - cəmi 195 manat Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-373/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-373/2022
21.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver