Məhkəmə qərarları › İş №e-2(054)-374/2022

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-374/2022

21.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-374/2022 21.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə , Cavabdeh X1 (Cavabdeh) nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı paylı mülkiyyətində olan həyətyanı torpaq sahələrinin naturada bölünərək ayrılması, bölgü mümkün olmadıqda torpaq sahələrinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin bölünməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı paylı mülkiyyətində olan həyətyanı torpaq sahələrinin naturada bölünərək ayrılması, bölgü mümkün olmadıqda torpaq sahələrinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin bölünməsitələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə vəsatət təqdim edərək iddiaçının hazırda işə baxılmasını istəmədiyini bildirmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh də məhkəməyə gəlməmiş, onun nümayəndəsi və vəkili X4 cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdeh X3 qarşı paylı mülkiyyətində olan həyətyanı torpaq sahələrinin naturada bölünərək ayrılması, bölgü mümkün olmadıqda torpaq sahələrinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar