Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-5/2024 02.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı Oğuz rayonu, Muxas kəndində yerləşən, xx.xx.2019-cu il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2019-cu il tarixli, A 396074 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçının icarəsində olan 9,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair mülki işə 02 fevral 2024-ci il tarixdə Oğuz şəhərində məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı Oğuz rayonu, Muxas kəndində yerləşən, xx.xx.2019-cu il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2019-cu il tarixli, A 396074 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçının icarəsində olan 9,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, torpaq sahəsindən sahiblik və istifadəyə maneələrin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəfindən hərrac vasitəsilə Oğuz rayon Muxas kəndində yerləşən 9,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 15 il müddətinə icarəyə götürülmüş, daşınmaz əmlak dövlət reyestrində 63 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmış və icarəçinin adına xx.xx.2019-cu il tarixdə **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2019-cu il tarixli, A 396074 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İcarə müqaviləsi bağlanarkən əraziyə baxış keçirilib, torpaq sahəsinin qənaətbəxş vəziyyətdə olduğu müəyyən edilmiş, bundan sonra sənədləşdirmənin aparılması barədə razılığa gəlinmişdir. İddiaçının məhkəməyə müraciətinin səbəbi ondan ibarətdir ki, cavabdeh indiyədək həmin torpaq sahəsini zəbt edib, 2020-ci ildən torpaq sahəsində əkin-biçin aparılmasına imkan vermir. Torpaq sahəsini qəbul edəndə onun kim tərəfindən təmizləndiyi ilə maraqlanmaq iddiaçının vəzifəsi deyildi. Bundan başqa cavabdehə torpağın təmizlənməsi üçün vəsait də verilib. Əslində cavabdeh özü də başa düşür ki, torpaq qanuni şəkildə icarəyə götürülüb və ordan çıxmalıdır.İddia ərizəsində torpaqdan indiyədək istifadəyə görə cavabdeh tərəfindən vurulmuş ziyanı tələb etməyiblər. Bu, cavabdehə jest kimi qəbul edilməlidir. İddianın tam şəkildə təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əslən Oğuz rayonundandır. Əməkdar mühəndisdir. Təqaüddədir. 2016-cı ildə rayona gəlmiş, rayon rəhbərliyi ilə məsləhətləşərək torpaq sahəsi götürərək istifadə etmək istədiyini bildirmişdir.Ona rayonun Muxas kənd bələdiyyəsinə müraciət etmək tövsiyə olunmuşdur. Mehralı adlı şəxs özünü bələdiyyə sədri kimi təqdim edərək ona 23 ha çaylaq sahəni göstərmiş, torpağı təmizləmək lazım olduğunu bildirmişdir. 2018-ci ildə ərazini təmizləmiş, rəsmi ərizə yazıb vermişdir. Həmin şəxsə torpaq üçün qeyri-rəsmi pul da verib. Sonralar bilib ki, torpaq sahəsini iddiaçıya icarəyə veriblər. Əslində iddiaçının sənədlərinə heç bir iradı yoxdur, lakin iddiaçı torpağı götürəndə görürdü ki, torpaq tam təmizlənib, əkin-biçinə yararlı hala gətirilib. Bununla maraqlanmalıydı ki, zəhməti kim çəkib. Torpağın təmizlənməsi elə-belə olmayıb, xeyli maddi vəsait xərclənib. Torpaqda onun zəhməti var. Halallıq üçün heç olmasa hektara 1000 manat verməlidirlər. İddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin vəkili Vəkil məhkəmə iclasında bildirmişdir ki, iddiaçının əlində çıxarış və plan-ölçü sənədi olsa da faktiki olaraq cavabdehin həmin torpaqdan həqiqətən istifadə etdiyi müəyyən edilməlidir. İddiaçının icarəsində orada 83 ha torpaq sahəsi var. Buna görə də ilk növbədə mübahisəli torpaq sahəsini yeri naturada dəqiq müəyyən edilməlidir. Ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdeh tərəfi dinləyib sənədləri araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə-tikinti-texniki ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etmiş, xx.xx.2023-cü il tarixli, 2(054)-429/2023 saylı qərardada əsasən zəruri sənədlərin surətini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərmişdir. Sözügedən iş üzrə mütəxəssis rəyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2- 6455/2023 saylı məktubu ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçınün nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etdi, mütəxəssis rəyinə etirazının olmadığını bildirdi, iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək Oğuz rayonu, Muxas kəndində yerləşən, xx.xx.2019-cu il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2019-cu il tarixli, A 396074 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçının icarəsində olan 9,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddia tələbinə və mütəxəssis rəyinə etiraz edərək bildirdi ki, cavabdeh əvvəldən aldadılıb, sonradan iddiaçıya icarəyə verilmiş torpaq sahəsinə vəsait xərcləyib, buna görə də həmin vəsait cavabdehə ödənilməlidir. İcarə müqaviləsinin bağlanması da mübahisə mövzusudur. Mütəxəssis rəyi həqiqəti əks etdirmir, o da icarə müqaviləsi kimi mübahisəlidir. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışından və torpaq sahəsinin xx.xx.2019-cu il tarixli, A 396074 saylı planı və ölçüsünün surətindən görünür ki, Oğuz rayon Muxas kəndində yerləşən, xx.xx.2018-ci il tarixli, **********80 reyestr nömrəli çıxarışa əsasən bələdiyyə mülkiyyətində olan 9.2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Oğuz rayon Dövlət Notariat Kontorunun 3M-26 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında 15 il müddətə icarə hüququ ilə xx.xx.2019-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-6455/2023 saylı məktubu ilə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Muxas kəndində yerləşən əraziyə baxış keçirilmiş, GPS aləti vasitəsilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin xx.xx.2019-cu il tarixli, A 396074 saylı planı və ölçüsü sənədinə əsasən iddiaçının icarəsində olan 9,2159 ha kənd təsərrüfatı təyinatlı, uqodiyası kolluq ərazidən ibarət torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsi bütünlüklə cavabdeh tərəfindən tam istifadə olunur.Torpaq sahəsinin ölçüləri və koordinatları barədə məlumat tərtib edilmiş yerquruluşu planlarında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yenə həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır: Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Yenə həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla bir mənalı şəkildə təsdiq edildi ki, Oğuz rayonu Muxas kəndində yerləşən, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin xx.xx.2019-cu il tarixli, A 396074 saylı planı və ölçüsü sənədinə əsasən 15 il müddətə iddiaçının icarəsinə verilmiş 9,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütünlüklə cavabdeh tərəfindən istifadə olunur. Bu hal məhkəmə icraatı zamanı cavabdeh tərəfindən etiraf edilsə də, cavabdeh iddia tələbini qəbul etməmiş, iddiaçı tərəfindən ona vəsaitin ödənilməli olduğunu bildirmişdir. Bütün bu sübutların məcmuyuna qiymət verən və qanunun yuxarıda göstərilən tələbini əldə rəhbər tutan məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçının icarəsində olan torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh Oğuz rayonu Muxas kəndində yerləşən, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin xx.xx.2019-cu il tarixli, A 396074 saylı planı və ölçüsü sənədinə əsasən İddiaçı icarəsinə verilmiş, mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında müəyyən olunmuş koordinatlar daxilində olan 9,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi iddiaçıya təhvil verilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-5/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-5/2024
02.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver