Məhkəmə qərarları › İş №e-2(054)-520/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-520/2023

25.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-520/2023 25.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin təhvil verilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin təhvil verilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, sənədlər araşdırılarkən məlum oldu ki, iddia ərizəsi iddiaçının nümayəndəsi (oğlu) X2 tərəfindən imzalansa da, ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AR-İİ 006938 saylı etibarnamədə iddia ərizəsinin imzalanması və məhkəmədə iştirakla bağlı digər səlahiyyətlərin ona verilməsi öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 74.1-ci maddəsinə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, ərizə icraata götürülmədən geri qaytarılmalı, iddiaçıya ərizəyə qanunla müəyyən edilmiş məzmunda tərtib edilmiş etibarnamənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti əlavə edilməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin təhvil verilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar