Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-753/2025 04.03.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2025-ci il 22 aprel tarixli 02/03877 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3050,00 (üç min əlli) manat əsas borcun, 591,50 (beş yüz doxsan bir manat əlli qəpik) manat cərimənin və 56,42 (əlli altı manat qırx iki qəpik) manat dövlət rüsumunun, cəmi: 3697,92 (üç min altı yüz doxsan yeddi manat doxsan iki qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2025-ci il 22 aprel tarixli 02/03877 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən 6500,00 (altı min beş yüz) manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə 3450,00 (üç min dörd yüz əlli) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 3050,00 (üç min əlli) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, cavabdeh ödənişləri müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.3-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.17-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonra texnikanı parka təhvil verməsinə baxmayaraq, müqavilə üzrə yaranmış öhdəliyini yerinə yetirmədiyi halda, borc öhdəliyi ilə yanaşı, gecikdirilmiş hər gün üçün ümumi müqavilə məbləğinin 0,1 faizi həcmində cərimə ödənilməsini təmin edir. Buna əsasən, hazırkı dövrədək olan cərimənin məbləği 591,50 (beş yüz doxsan bir manat əlli qəpik) manat təşkil etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da sonuncu məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddiaçı ilə aralarında bağlanmış 22 aprel 2025-ci il tarixli 02/03877 saylı operativ lizinq müqavilələrinə əsasən 6500 manat dəyərində bir ədəd TC5 5050 taxılyığan kombayn texnikasını "xxxx" ASC-dən lizinqə götürmüşdür. Kombayn onun istifadəsində olduğu müddətdə nasaz işləmiş, mühərriki xarab olmuşdur. O, texnikanın dəyərindən 3750 manat ödəmiş, 3050 manat ödənilməmiş borcu qalmışdır. O, həmçinin kombaynı iddiaçıya geri qaytarmışdır və taxılyığma mövsümündə borcunu ödədikdən sonra yenidən lizinqlə kombayn götürmək istədiyini demişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sənədləri tədqiq edərək və araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 02/03877 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqaviləsinə və ona əlavə edilmiş 1 nömrəli Akta əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, “NEW HOLLAND TC-5050” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı, ********* şassi nömrəli, ******* mühərrik nömrəli taxılyığan kombayn 6500,0 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh müqavilə əsasında (xx.xx.2025 tarixli 02/03877 nömrəli) saz vəziyyətdə müvəqqəti istifadəyə götürdüyü taxılyığan kombaynı (New Holland TC-5050 markalı, ********* şassi nömrəli, ********* mühərrik nömrəli, buraxılış ili 2014) tayinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını ve müqavilə (istifadə) müddət bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi, taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və Cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi, texnikadan istifadə zamanı görülən aqrotexniki işlərin həcmi, növü, əkin sahəsinin ölçüsü, xidmət göstərilən fermer və s. barədə gündəlik olaraq rayon bölməsinin əməkdaşlarına məlumat verəcəyini, aylıq və mövsümi müqavilə müddəti (1 illik müqavilələr istisna olmaqla) bitməmişdən əvvəl təhvil verməyi, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi, kombaynı vaxtından əvvəl geri qaytardığım halda müqavilənin 1.3-cü bəndində göstərilmiş bütün istifadə müddəti üçün nəzərdə tutulmuş məbləği tam şəkildə ödəyəcəyini, müqavilə müddəti başa çatdıqdan sonra texnikanı götürdüyü rayon bölməsinin parkına təhvil verməyi, əks halda texnikanın aidiyyəti rayon bölməsinin parkına geri təhvil verilməsi ilə əlaqədar çəkilmiş xərclərin tərəfindən ödənilməsini, müqavilə müddəti bitdikdən sonra texnika müəyyən edilmiş son istifadə tarixində tərəfindən parka təhvil verilmədiyi halda, gecikdirilmiş hər gün üçün bu müqavilə üzrə müəyyən edilmiş aylıq dəyərin, kombaynlarda isə mövsümi dəyərin 1 günlük norması həcmində əlavə ödənişin edilməsini, texnika bu Müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə müddəti başa çatmamış geri qaytarılarsa, texnikanın (kombaynlar istisna olmaqla) istifadəsində olduğu müddət nəzərə alınmaqla, istifadə haqqının bu müqavilənin həmin bəndi ilə müəyyən edilmiş aylıq dəyərinə uyğun ödənilməsini, müqavilə müddəti bitdikdən sonra texnikanı müəyyən edilmiş son istifadə tarixində parka təhvil verilməsinə baxmayaraq, bu müqavilə üzrə qalıq borc öhdəliyini yerinə yetirmədiyi halda, borc öhdəliyi ilə yanaşı, gecikdirilmiş hər gün üçün ümumi müqavilə məbləğinin 0,1% miqdarında cərimə ödənilməsini, texnikanın yanğınsöndürmə balonları ilə təmin etməyini, onların işlək vəziyyətdə saxlamağı, vaxtında dolumunun həyata keçirilməsini, xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından aydın olur ki, "xxxx" ASC-nin Yevlax RN-nin istifadəsində olan 2014-cü il buraxılışlı New Holland TC-5050 (şassi № 5********) markalı kombaynı xx.xx.2025-ci il tarixli 02/03877 nömrəli operativ lizinq müqaviləsi əsasında Cavabdeh (xx.xx.2025-xx.xx.2025) müvəqqəti istifadəyə götürmüşdür. İstifadəyə götürən zaman kombaynın üzərində 1 ədəd tozlu və 1 ədəd köpüklü odsöndürən balonlar Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 02/03877 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqaviləsinə əlavə edilmiş 2 nömrəli Aktdan görünür ki, cavabdeh 2014-cü il buraxılışlı, “NEW HOLLAND TC-5050” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı, ********* şassi nömrəli, ******* mühərrik nömrəli taxılyığan kombayn xx.xx.2025-ci il tarixdə saz vəziyyətdə İddiaçı ASC-yə təhvil vermişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli 02/03877 saylı müqavilə üzrə iddiaçıya 3050,0 manat əsas, 591,5 manat cərimə borcu, cəmi 3641,5 manat borcu vardır. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, İddiaçı ASC hazırkı iddia üzrə 56,42 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 02/03877 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, “NEW HOLLAND TC-5050” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı, ********* şassi nömrəli, ******* mühərrik nömrəli taxılyığan kombayn 6500,0 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli 02/03877 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqaviləsi üzrə Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə Cavabdeh xx.xx.2025-ci il tarixli 02/03877 saylı müqaviləyə əsasən, borcu yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borc məbləğini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq məbləğinin ödənilməsi hissəsində əsaslıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 591,5 manat məbləğində dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunun 591,5 manat məbləğində deyil, 177,0 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 56,42 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın bu hissəsi də əsaslıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki iş üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 56,42 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3050,0 manat əsas borc, 177,0 manat cərimə (dəbbə borcu), ödənilmiş dövlət rüsumuna görə 56,42 manat olmaqla, ümumilikdə 3283,42 (üç min iki yüz səksən üç manat qırx iki qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Əliyev
Məhkəmə qərarları › İş №e-2(054)-753/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-753/2025
04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver