Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-97/2022 06.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı, Oğuz rayonu Xaçmaz Bələdiyyəsi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Xaçmaz kəndi ərazisində yerləşən, 06.12.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinə əsasən onun xüsusi mülkiyyətində olan 0,627 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Oğuz rayonu Xaçmaz kəndi ərazisində yerləşən 0,627 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları müvafiq orqanda qeydiyyata alınaraq onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi verilmişdir. Buna baxmayaraq cavabdeh həmin torpaq sahəsini onun razılığı və ya hər hansı qanuni əsas olmadan bütövlükdə zəbt etmişdir. Cavabdeh heç bir qanuni əsas olmadan qeyd olunan torpaq sahəsinin özünə aid olduğunu iddia edərək torpaq sahəsindən istifadə edir və onu özünün mülkiyyətində olan torpaq sahəsinə buraxmır. Bu səbəbdən o, özünə məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Ona görə də o, xüsusi mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh mübahisə predmetinə aid olan və iddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsi deyil, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olduğunu bildirildiyinə görə, iddia tələbi Oğuz rayonu Xaçmaz Bələdiyyəsinin də hüquq və mənafelərinə toxuna biləcəyinə görə məhkəmənin 01.10.2021-ci il tarixli qərardadına əsasən Oğuz rayonu Xaçmaz Bələdiyyəsi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, iddiaçı onun arvadıdır. İddiaçı 06.12.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədində göstərilən cəmi 0,627 hektar torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşları tərəfindən naturada onlara tanıdılmışdır. Bu zaman həmin torpaq sahəsinin digər şəxslər tərəfindən zəbt olunduğu onlara məlum olmuşdur. İddiaçı cavabdehdən onun xüsusi mülkiyyətində olan torpaq sahəsini boşaltmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Hazırda da cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin özünə məxsus olduğunu iddia edərək qeyd olunan torpaq sahəsindən qeyri-qanuni istifadə edir. Cavabdehin həmin torpaq sahəsini zəbt etməsi nəticəsində iddiaçı öz mülkiyyətində olan əmlakdan sərbəst və tam şəkildə istifadə edə bilmir. Qeyd etdiklərinə nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, 1996-cı ildə aparılan torpaq islahatı zamanı onun və ailə üzvlərinin mülkiyyətinə Oğuz rayonu Xaçmaz kəndindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırki iddia tələbi üzrə mübahisə predmetinə aid və iddiaçının boşaldılmasını tələb etdiyi ərazi bələdiyyə mülkiyyətinə aid ərazi olmaqla, 26 ildir ki, onun və ailə üzvlərinin istfadəsində olan torpaq sahəsidir. Qeyd olunan ərazi kolluq sahə olmuş, bu müddət ərzində onlar həmin torpaq sahəsini təmizləyərək yararlı hala gətirmiş, qulluq göstərmişlər və hazırda torpaq sahəsi məhsul verməyə başlamışdır. İddiaçı həmin torpaq sahəsinə dair hansısa yollarla öz adına sənəd əldə etməyə nail olmuş və bundan sonra ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda ona qarşı olan iddia tələbi üzrə mübahisə predmetinə aid olan və iddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsi onun qanuni və faktiki istifadəsində olduğundan satılacağı təqdirdə ilk növbədə onun özünə təklif edilməli idi. O, iddiaçıya məxsus olan hər hansı miqdarda torpaq sahəsini zəbt etməmişdir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz rayon Xaçmaz Bələdiyyəsinin nümayəndəsi X1 iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, mübahisə predmetinə aid olan ərazinin Oğuz rayon Xaçmaz Bələdiyyəsinin mülkiyyətində olub-olmaması barədə bələdiyyədə hər hansı məlumat olmadığından hazırki vəziyyətdə bələdiyyə hər hansı şəxsə, o cümlədən hazırki iş üzrə iddiaçıya və ya cavabdehə qarşı heç bir tələb irəli sürə bilmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 06.12.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinin və həmin tarixli A 677512 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, Oğuz rayonu Xaçmaz kəndi ərazisində yerləşən 0,627 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və qeyd edilən torpaq sahəsinə dair onun adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin (və ya bir hissəsinin) cavabdeh və ya digər şəxslər tərəfindən zəbt edilibedilməməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin orqandan verilmiş 06.04.2022-ci il tarixli mütəxəssis rəyi və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə müəyyən edilmişdir ki, mübahisə predmetinə aid olan əraziyə adı çəkilən orqanın əməkdaşları tərəfindən 30.03.2022ci il tarixdə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Kameral qaydada elektron məlumat bazasına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının adına tərtib edilmiş 06.12.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədində və həmin tarixli A 677512 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,627 hektar torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşmür. İddiaçının xüsusi mülkiyyətində olan 0,627 hektar torpaq sahəsinin 0,0971 hektardan ibarət hissəsi hazırki iş üzrə cavabdeh tərəfindən, 0,4705 hektardan ibarət hissəsi isə X3 adlı şəxs tərəfindən istifadə olunur. (Aparılmış müayinə və tədqiqatın dəyəri 95,00 manat təşkil edir.) İş materiallarına əlavə edilmiş 20.04.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, müayinə və tədqiqatın dəyəri olan 95,00 manat iddiaçı tərəfindən ödənilmişdir İş materiallarına əlavə edilmiş 14.12.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100,00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, iddiaçının xüsusi mülkiyyətində Oğuz rayonu Xaçmaz kəndi ərazisində yerləşən, 0,627 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi vardır və qeyd edilən torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan, 06.12.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədində göstərilən 0,627 hektar torpaq sahəsinin 0,0971 hektardan ibarət hissəsi cavabdeh tərəfindən istifadə olunur. Hazırda iddiaçı özünün xüsusi mülkiyyətində olan 0,627 hektar torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq qeyd olunan torpaq sahəsinə dair onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə, eyni zamanda, mütəxəssis rəyinə və rəyə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planına istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir, iddiaçıya məxsus torpaq sahəsini və ya torpaq sahəsinin bir hissəsini zəbt etmədiyini, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla torpaq sahəsini kolluqdan təmizləyərək yararlı hala gətirdiyini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq mübahisə predmetinə aid olan torpaq sahəsinin uzun müddətdən bəri onun faktiki istifadəsində olduğunu bildirir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz rayonu Xaçmaz Bələdiyyəsinin nümayəndəsi də mübahisə predmetinə aid olan ərazinin bələdiyyə mülkiyyətində olub-olmaması barədə hər hansı məlumat olmadığını bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə cavabdehin iddia tələbinə etirazlarının əsası kimi izahatında göstərdiyi, mübahisə predmetinə aid olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla, uzun müddətdən bəri onun və ailə üzvlərinin faktiki istifadəsində olduğu barədə dəlilləri ilə bağlı qeyd edir ki, sənəd üzrə iddiaçıya məxsus olan torpaq sahəsinin (və ya onun bir hissəsinin) uzun müddətdən bəri digər şəxslərin faktiki istifadəsində olması həmin torpaq sahəsinin onlara məxsus olması kimi qəbul edilə bilməz. Bununla bağlı cavabdehin dəlilləri iddiaçının adına tərtib edilmiş mülkiyyət hüququnu tanıyan sənədlərlə təkzib edilmişdir. Bu səbəbdən həmin xüsusatlar məhkəmə tərəfindən cavabdehin etirazlarının haqlı və dəlillərinin əsaslı olması kimi qəbul edilmir. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin faktiki olaraq cavabdeh tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmiş, cavabdeh özü də mübahisəli ərazinin onun istifadəsində olduğunu inkar etməmiş, ancaq həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu iddia etmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə isə həmin torpaq sahəsinin sənəd üzrə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz rayonu Xaçmaz kəndi ərazisində yerləşən, mübahisə predmetinə aid olan 0,627 hektar torpaq sahəsi 06.12.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinə əsasən hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehin həmin torpaq sahəsinin bir hissəsindən qanunsuz olaraq istifadə etməsi iddiaçının əmlak hüquqlarının pozulması, onların özlərinə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə etməsinin qanuniliyinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mövcud deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin mütəxəssis tərəfindən verilmiş rəyə əlavə edilən torpaq sahəsinin yerquruluşu planına əsasən zəbt olunduğu müəyyən edilən hissəsindən çıxarılmalıdır. İddiaçının xüsusi mülkiyyətində olan 0,627 hektar torpaq sahəsinin cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilmiş hissəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi hallarla, yəni iddia tələbinin hüquqi əsaslarının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, 0,627 hektar torpaq sahəsinin iddiaçıya məxsus olması hüquqmüəyyənedici sənədlərdə təsbit edilsə də və iddiaçı xüsusi mülkiyyətində olan həmin torpaq sahəsinin bütövlükdə hazırki iş üzrə cavabdeh tərəfindən qeyri-qanuni zəbt edildiyini idda etsə də, iş materialları ilə cavabdehin, iddia tələbində qeyd edildiyi kimi, 0,627 hektar torpaq sahəsini bütövlükdə deyil, yalnız bir hissəsini zəbt etdiyi müəyyən edilmişdir. Məhkəmə cavabdeh tərəfindən zəbt olunmuş və boşaldılaraq iddiaçıya təhvil verilməli olan torpaq sahəsinin miqdarını müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, həmin torpaq sahəsinin yalnız 0,0971 hektardan ibarət hissəsinin cavabdeh tərəfindən zəbt edilmiş olduğu müəyyən olunduğundan hazırki iddia tələbi mütəxəssis tərəfindən müəyyən edildiyinə və yerquruluşu planında göstərildiyinə uyğun olaraq 0,0971 hektar həddində təmin edilməlidir. Eyni zamanda, məhkəmə iddiaçıya məxsus olan torpaq sahəsinin X3 tərəfindən istifadə olunan 0,4705 hektardan ibarət hissəsi ilə əlaqədar qeyd edir ki, hazırki iş üzrə X3 cavabdeh qismində cəlb edilmədiyindən və həmin şəxsə qarşı hər hansı tələb irəli sürülmədiyindən, məhkəmə prosesinin gedişində də əlavə cavabdehin cəlb edilməsi barədə ərizə verilmədiyindən, habelə məhkəmənin iddia tələbindən kənara çıxması üçün qanunda göstərilən müstəsna hallar mövcud olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində əsasən məhkəmə iddia tələbindən kənara çıxmadan hazırki tələbə iddia ərizəsində qeyd edilən, yalnız Cavabdeh qarşı irəli sürülən iddia tələbi həddində baxılmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100,00 manat dövlət rüsumunu məbləğinin 15,50 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 84,50 manatdan ibarət hissəsi isə iddiaçının özünə edilməlidir. İş üzrə mütəxəssis rəyi verilməsi zərurəti iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin (və ya bir hissəsinin) zəbt edilib-edilməməsinin müəyyən edilməsi ilə əlaqədar yarandığından və həmin torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən olunmaqla, iddia tələbi həmin hissəyə uyğun təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iş üzrə müayinə və tədqiqat xərci olan, iddiaçı tərəfindən ödənilmiş 95,00 manat məbləğin də tələbin təmin edilmiş hissəsinə uyğun olaraq 14,00 manatdan ibarət hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, 81,00 manatdan ibarət hissəsinin isə iddiaçının özünə aid edilməsini qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Oğuz rayonu Xaçmaz kəndində yerləşən, 06.12.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,627 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş 0,0971 hektardan ibarət hissəsindən çıxarılsın. Həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,00 manat dövlət rüsumu məbləğinin 15,50 manatdan ibarət hissəsi, həmçinin, iş üzrə mütəxəssis rəyi verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 95,00 manat müayinə və tədqiqat xərcinin 14,00 manatdan ibarət hissəsi - cəmi 29,50 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,00 manat dövlət rüsumu məbləğinin 84,50 manatdan ibarət hissəsi, həmçinin, iş üzrə mütəxəssis rəyi verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 95,00 manat müayinə və tədqiqat xərcinin 81,00 manatdan ibarət hissəsi İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-97/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-97/2022
06.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver