Məhkəmə qərarları › İş №e-2(055)-1078/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(055)-1078/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № e-2(055)-1078/2025 28.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi dair mülki işə Saatlı Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1946,41 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 39,5 manat olmaqla, cəmi 1985,91 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin müdafiə edərək izzhatında göstərdi ki, İddiaçıMMC ilə "xxxx" ASC (bundan sonra Kreditor) arasında bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 Ni-li zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı pambıq məhsulunun istehsalı üçün Cavabdehin kreditləşdirilməsini təmin etmək məqsədilə Kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq Kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş (hesabdan çıxarış əlavə edilir), İddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh, sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və Kreditor qarşısında öhdəliyı yaranmışdır. Kreditor tərəfindən Zamin-iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin Kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 1946,41 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə Zamin-iddiaçı tərəfindən Kreditora ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 1946,41 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, tələb olunan məbləğlə razı deyildir. Onun iddiaçıya tələb olunan məbləğdə borcu yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib və aşağıda istinad olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, hazırkı iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki iş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə fərdi sahibkar statusunda olan Cavabdeh ilə iddiaçı təşkilat arasında bağlanmış müqavilə əsasında pambıq istehsalı üçün "xxxx" ASC-nin cavabdehə ayırdığı 1946,41 manat kredit borcunun tam şəkildə iddiaçı təşkilat tərəfindən zamin olaraq ödənilmiş vəsaiti əvəzinin ödənilməsindən yaranmışdır. “Elektron məhkəmə” İnformasiya Sistemində Cavabdeh aid məlumatdan görünür ki, o, fərdi sahibkar statusundadır (VÖEN **********). Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə göründüyü kimi hazırkı mülki iş üzrə Cavabdeh fiziki şəxs olsa da, lakin o, fərdi sahibkar statusunda olmaqla, fəaliyyəti İddiaçı MMC ilə bağlanmış 2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısı barədə Müqavilə əsasında özünə məxsus torpaq sahəsində pambıq istehsalından ibarət olmaqla, hazırkı iddia tələbi isə həmin fəaliyyətin maliyyələşməsi məqsədilə ayrılmış kreditdən yaranmışdır. Məhkəmə işin aidiyyət məsələsinin araşdırılan hallarına, istinad olunan prosessual hüquq normalarına əsaslanıb və hazırkı iş üzrə mübahisə tərəflərinin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə mübahisə tərəflərindən Cavabdehnın fərdi sahibkar statusunda fiziki şəxs olduğu, iddiaçı təşkilatın isə hüquqi şəxs olduğu hallarda, həmçinin onların arasındakı araşdırma predmeti kommersiya mübahisəsi olaraq cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yarandığından hazırkı iddia tələbinə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1, 45.2 və 45.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 25-26, 31, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar