Məhkəmə qərarları › İş №e-2(055)-1275/2023

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(055)-1275/2023

06.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № e-2(055)-1275/2023 06.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ (iş üzrə icraata xitam verilməsi barədə) Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinin etibarsız hesab edilməsi və bildirişin ləğvi tələbinə dair mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında 01 may 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinin bağlanıldığı vaxtdan etibarsız hesab edilməsi və bu barədə əmək müqaviləsi bildirişinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemində ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı Cavabdehnə qarşı onunla cavabdeh arasında 01 may 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinin bağlanıldığı vaxtdan etibarsız hesab edilməsi və bu barədə əmək müqaviləsi bildirişinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemində ləğv olunması barədə iddiasını müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, hazırkı iş üzrə İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Salyan Regional Ərazi Şöbəsinə qarşı Cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi tələbinə dair Şirvan Şəhər Məhkəməsində iddia qaldıraraq Cavabdeh ilə aralarında bağlanmış 01 may 2018-ci il tarixli əmək müqaviləsinə bağlandığı gündən xitam verilməsi, əmək müqaviləsi bildirişinin X1 Sisteminin “əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilməsi hüququnun üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsini xahiş etmiş və Şirvan Şəhər Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(032)-294/2022 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmiş, həmin qətnamədən İddiaçı vermiş olduğu apellyasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2022-ci il tarixli 2(106)-2282/2022 saylı qətnaməsi ilə Şirvan Şəhər Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(032)-294/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2022-ci il tarixli 2(106)-2282/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli 2(102)-1450/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2022-ci il tarixli 2(106)- 2282/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, bu barədə qərar dərhal qanuni qüvvəyə minmişdir. Buradan da göründüyü kimi hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi vardır və belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinin etibarsız hesab edilməsi və bildirişin ləğvi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərarverdi: İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinin etibarsız hesab edilməsi və bildirişin ləğvi tələbinə dair mülki iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilsin. Qərardaddan onun tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar