Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № e-2(055)-1285/2024 04.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakimi Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Ərizəçi İddiaçı Cavabdeh qarşı avtomobil üzərinə qoyulmuş özgəninkiləşdirilməsi barədə qadağanın götürülməsi və qadağanın götürülməsinin səlahiyyətli orqana tapşırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vaz 21214” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulumuş özgəninkiləşdirilməsi barədə qadağa götürülməi və “Vaz 21214” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulumuş özgəninkiləşdirilməsi barədə qadağanın götürülməsinin səlahiyyətli orqanlara tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, Cavabdeh ilə aramda baş vermiş alqı-satqı münasibətləri nəticəsində, Vaz 21214 markalı, 77-MS829 dövlət qeydiyyat nişanlı avtomobil tərəfimdən 15 100 (on beş min yüz) azn dəyərində alınmış və nəticədə Bakı şəhər 48 saylı Notariat kontorunda müvafiq etibarnamə alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(121)-26/2024 nömrəli icra sənədinə əsasən sözügedən avtomobilin özgəninkiləşdirilməsini qadağan etmişdir. Məlumkat üçün bildirmək istəyirəm ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(121)-26/2024 nömrəli icra sənədi ilə sözügedən avtomobildən başqa daha iki avtomobilin özgəninkiləşdirilməsini qadağan etmişdir. Belə ki, həmin avtomobillər Vaz 21214 Legend markalı **-DO-*** dövlət qeydiyyat nişanlı və X3 315 Avtobus markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələridir. Əlavə olaraq bildirmək istəyirəm ki, Cavabdeh mülkiyyətində olan avtomobillərin Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(121)-26/2024 nömrəli icra sənədi ilə özgəninkiləşdirilməsini qadağan etməyinin səbəbi X2, X1 və Cavabdeh Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti qarşısında kredit borcunun tutulmasına dair e-2-2(121)-1409/2024 nömrəli məhkəmə aktının olmasıdır Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərərk hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün görülən tədbirlərdən biri də cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulmasından ibarətdir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə görə iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. İşin hallarından göründüyü kimi, mübahisələndirilən avtomobilin özgəninkiləşdirilməsi Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(121)- 26/2024 nömrəli qərardadı ilə qadağan edilmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçı Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(121)-26/2024 nömrəli qərardadının ləğv olunması ilə bağlı qərardadı çıxrmış Şirvan Kommersiya Məhkəməsinə müraciət etmədiyindən, qanunvericiliklə müəyyən olunmuş prosessual qaydalara riayət etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən və hazırki iddiaya məhkəmədə baxılmalı olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi İddiaçı Cavabdeh qarşı avtomobil üzərinə qoyulmuş özgəninkiləşdirilməsi barədə qadağanın götürülməsi və qadağanın götürülməsinin səlahiyyətli orqana tapşırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ərizəçi İddiaçı Cavabdeh qarşı avtomobil üzərinə qoyulmuş özgəninkiləşdirilməsi barədə qadağanın götürülməsi və qadağanın götürülməsinin səlahiyyətli orqana tapşırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən yolverilməzliyə görə imtina olunsun. İddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(121)- 26/2024 nömrəli qərardadının ləğv olunması barədə ərizə ilə həmin məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1285/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(055)-1285/2024
04.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver