Məhkəmə qərarları › İş №e-2(055)-1501/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1501/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1501/2025 23.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli CL-EE003328217 saylı Kredit Müqaviləsinə əsasən 4789.8 manat əsas borc, 78.86 manat cərimə borcu olmaqla cəmi 4868.66 manat əsas borc və ödənilmiş 68.69 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli CL-EE003328217 saylı Kredit Müqaviləsinə əsasən ona 36 müddətinə 5000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2024-cü il tarixdə borclu X4 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdehX4arasında bağlanmış xx.xx.2024-cü il tarixli CLEE003328217 saylı Kredit Müqaviləsinə əsasən 4789.8 manat əsas borc, 78.86 manat cərimə borcu olmaqla cəmi 4868.66 manat borcu yaranmışdır. Bakı şəhəri Yasamal rayonu Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İİ № 438069 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Saatlı rayon Notariat ofisininxx.xx.2025-ci il tarixli 2V-117 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X1 qalmış mirasa Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamələrdən görünür ki, məhkəmə bildirişini Cavabdeh2 xx.xx.2025-ci il tarixdə, X5 xx.xx.2025-ci il tarixdə, Cavabdeh3 xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsalar da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2024-cü il tarixli CL-EE003328217 saylı kredit müqaviləsinə əsasən Məmmədov Hacımmməd Zəkulla oğluna 36 ay müddətinə illik 18,9% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" ASC ilə Məmmədov Hacımmməd Zəkulla oğlu arasında bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli CL-EE003328217 saylı, kredit müqaviləsi üzrə Məmmədov Hacımmməd Zəkulla oğlunun "xxxx" ASC-yə 4789,8 manat əsas, 78,86 manat cərimə borcu olmaqla ümumilikdə 4868,66 manat borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Hacımmməd Zəkulla oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum Məmmədov Hacımmməd Zəkulla oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2dır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, borcalan Məmmədov Hacımmməd Zəkulla oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun vərəsəsi hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidirlər. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə borcalan Məmmədov Hacımmməd Zəkulla oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli CL-EE003328217 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən borc verən borc alana 36 ay müddətində, kreditdən istifadəyə görə illik 18,9% faiz ödəmək şərtilə 5000 manat kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunanlardan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli CL-EE003328217 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, mərhum Məmmədov Hacımmməd Zəkulla oğlunun bank qarşısında öhdəlikləri üçün onun vərəsələri iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ona qalan miras həddində məsuliyyət daşımalıdırlar. Belə ki, Saatlı Rayon notariat ofisinin verdiyi xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 X2 vərəsəsi kimi tanınmişlar və pul vəsaitinə dair onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X2 vərəsələləri cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4789,8 manat əsas, 78,86 manat cərimə borcu olmaqla cəmi 4868,66 manat əsas borc və ödənilmiş 68,69 manat dövlət rüsumu, 0,4 manat xidmət haqqı alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 68,69 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi nisbətində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 68,69 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı hissəsi tutulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4789,8 manat əsas, 78,86 manat cərimə borcu olmaqla cəmi 4868,66 (dörd min səkkiz yüz altmış səkkiz manat altmış altı qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 68,69 (altmış səkkiz manat altmış doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı, cəmi 69,09 (altmış doqquz manat doqquz qəpik) manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar