Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1843/2025 08.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 may 2025-ci il tarixli 09/05332 saylı operativ lizinq müqaviləsinə əsasən 1000 manat borcun, 720 manat əldən çıxmış faydanın, 210 manat cərimənin və 39,30 manat dövlət rüsumunun, cəmi 1969,30 manat pulun cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 may 2025-ci il tarixli, 09/05332 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombayn cavabdehə istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh 3000 manatı iddiaçıya ödəməli olduğu halda cəmi 2000 manat ödəniş etmiş, qalan borcunu ödəməmişdir. İddiaçı 1000 manat borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb tələb etmiş, lakin cavabdeh bu günə kimi iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Bundan sonra iddiaçı müqavilənin 2.2.15ci bənlərinə əsaslanaraq cavabdehə qarşı 720 manat məbləğində əldən çıxmış fayda hesablamış və müqavilənin 2.2.17-ci bəndinə əsaslanaraq cavabdehə qarşı 210 manat məbləğində cərimə hesablamışdır. Ona görə də 08 may 2025-ci il tarixli 09/05332 saylı operativ lizinq müqaviləsinə əsasən Cavabdeh 1000 manat borcun, 720 manat əldən çıxmış faydanın, 210 manat cərimənin və 39,30 manat dövlət rüsumunun, cəmi 1969,30 manat pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 08 may 2025-ci il tarixli 09/05332 saylı müqavilədən görünür ki, bu müqavilə 561382 şassi nömrəli, “Sampo Rosenlew SR-2045” markalı, 2014-cü il buraxılışlı, **-AB-*** dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın mövsümü məbləği 3000 manat, aylıq məbləği 1000 manat olmaqla xx.xx.2025-xx.xx.2025-ci ilədək müvəqqəti istifadəyə verilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 08 may 2025-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 08 may 2025-ci il tarixli 09/05332 saylı müqavilə ilə müvəqqəti istifadəyə götürdüyü 561382 şassi nömrəli, “Sampo Rosenlew SR-2045” markalı, 2014-cü il buraxılışlı, **-AB- *** dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın texnikadan təyinatı üzrə istifadə etməyi, cari texniki qulluq işlərini göstərməyi, texnikanın qurgularını, müvafiq texniki göstəricilərini normalara uyğun saxlamağı, biçin üçün tam hazır vəziyyətə gətirməyi, eləcə də biçin zamanı cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi dislokasiya və iş planına əməl etməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı və sair öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş aktdan görünür ki, Cavabdeh 08 may 2025-ci il tarixli 09/05332 saylı operativ lizinq müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 1 ədəd SR-2045 markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı taxılyığan kombaynı saz vəziyyətdə təhvil almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş aktdan görünür ki, Cavabdeh 1 ədəd SR-2045 markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı taxılyığan kombaynı 08 may 2025-ci il tarixli 09/05332 saylı operativ lizinq müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən saz vəziyyətdə təhvil vermişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 24 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 08 may 2025-ci il tarixli 09/05332 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə ödəməli olduğu 3000 manat müqavilə məbləğindən 2000 manat ödəniş etmiş və Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1000 manat ödənilməmiş öhdəlik, 210 manat cərimə və 720 manat olaraq hesablanmış əldən çıxmış fayda borcu qalmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 oktyabr 2025-ci il tarixli pretenziyadan və onun göndərilməsi barədə reyestrdən görünür ki, 08 may 2025-ci il tarixli 09/05332 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 1000 manat borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə iclası zamanı ilə işdə olan sənədlərlə müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 08 may 2025-ci il tarixli 09/05332 saylı müqavilə əsasında cavabdeh taxılyığan kombaynın mövsümü məbləği 3000 manat, aylıq məbləği 1000 manat olmaqla xx.xx.2025-xx.xx.2025-ci ilədək iddiaçıdan müvəqqəti istifadəyə götürmüş, lakin cavabdeh 3000 manatı iddiaçıya ödəməli olduğu halda cəmi 2000 manat ödəniş etmiş, qalan 1000 manat borcu ödəməmişdir. İddiaçı cavabdehdən həmin məbləğin ödənilməsini tələb tələb etmiş, lakin cavabdeh 1000 manat borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Bundan sonra iddiaçı müqavilənin 2.2.17-ci bəndinə əsaslanaraq cavabdehə qarşı 210 manat məbləğində cərimə hesablamışdır. Məhkəmə bu halı təsdiq edən işdə olan sənədləri (kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləni və iltizamı, texnikanın təhvil alınması və təhil verilməsi barədə olan aktları, pretenziyanı) sübut kimi qəbul edərək işin mübahisələndirilməyən tərəfi kimi nəzərə alır və iddinı həmin hissədə təmin edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1000 manat borcun və 210 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 08 may 2025-ci il tarixli 09/05332 saylı saylı müqavilə üzrə tələb olunan 210 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 50 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmədə işin araşdırılan halları ilə həmçinin müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müqavilənin 2.2.15-ci bənlərinə əsaslanaraq Cavabdeh 720 manat məbləğində əldən çıxmış faydanın alınması tələb edir. Lakin iddiaçı iddianın bu hissəsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh hərəkətlərində zərərin ödənilməsi üçün tələb olunan hallar, yəni zərərin mövcud olması, onun cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkəti və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması sübut olunmur. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı olmadığından təmin edilməməlidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat borc və 50 manat cərimə, ümumilikdə 1050 manat alınaraq İddiaçı Açıq Səhimdar Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 noyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 39,70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39,70 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhimdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 08 may 2025-ci il tarixli 09/05332 saylı saylı müqavilə üzrə 1000 manat borc və 50 manat cərimə, cəmi 1050 (bir min əlli) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39 (otuz doqquz) manat 70 yetmiş) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1843/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1843/2025
08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver