Məhkəmə qərarları › İş №e-2(055)-1929/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1929/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1929/2025 19.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 may 2020-ci il tarixli, S3K5833734 saylı müqavilə üzrə 1599 manat əsas borcun, 480 manat cərimənin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40,79 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 may 2020-ci il tarixli, S3K5833734 saylı müqaviləyə əsasən cavabdeh 100 manat ilkin ödəniş edilməklə, qalan 2059 manatı 15 ay müddətinə, hər ay 138 (sonuncu ay 127) manat ödəniş etməyi öhdəsinə götürməklə, iddiaçıdan bir ədəd “TV Led LG 55SM8200” markalı televizor almışdır. Lakin Cavabdeh müqavilə üzrə tam ödəniş etməmiş və nəticədə 1599 manat borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilənin 2.4-cü bəndinə əsasən 480 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 17 may 2020-ci il tarixli S3K5833734 saylı müqavilə üzrə 1599 manat əsas borcun, 480 manat cərimənin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40,79 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 17 may 2020-ci il tarixli, S3K5833734 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə 100 manat ilkin ödəniş edildikdən sonra qalan 2059 manat borcun 15 ay müddətinə, hər ay 138 (sonuncu ay 127) manat ödənilməsi nəzərdə tutulmaqla, bir ədəd “TV Led LG 55SM8200” markalı televizorun alınması məqsədi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmışdır. İşdə olan 15 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 may 2020-ci il tarixli müqavilə üzrə İddiaçı 1599 manat əsas borc, 480 manat cərimə, 40,79 manat məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40,79 manat dövlət rüsumu olmaqla, cəmi 2119,79 manat borcu yaranmışdır. İşdə olan 06 noyabr 2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəf cavabdehdən 17 may 2020-ci il tarixli, S3K5833734 saylı müqaviləyə əsasən öhdəliyini yerinə yetirməsini tələb etmiş, əks halda beş təqvim günü müddətində məhkəməyə müraciət ediləcəyini bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 may 2020-ci il tarixli, S3K5833734 saylı müqaviləyə əsasən cavabdeh 100 manat ilkin ödəniş edilməklə, qalan 2059 manatı 15 ay müddətinə, hər ay 138 manat ödəniş etməyi öhdəsinə götürməklə, iddiaçıdan bir ədəd “TV Led LG 55SM8200” markalı televizor almışdır. Lakin Cavabdeh müqavilə üzrə ödəniş etməmiş və nəticədə 1599 manat borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilənin 2.4-cü bəndinə əsasən 480 manat cərimə hesablanmışdır. Ona görə də, Cavabdeh 17 may 2020-ci il tarixli S3K5833734 saylı müqavilə üzrə 1599 manat əsas borcun, 480 manat cərimənin alınaraq İddiaçı xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 17 may 2020-ci il tarixli, S3K5833734 saylı müqavilə üzrə 1599 manat əsas borcun, 480 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 480 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 50 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 17 may 2020-ci il tarixli S3K5833734 saylı müqavilə üzrə 1599 manat əsas borc, 50 manat cərimə, cəmi 1649 manat borc alınaraq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 11 dekabr 2025-ci il elektron hökümət ödəniş portalından çıxarışdan görünür ki, İddiaçı tərəfindən Məhkəmədə iddia qaldırmaq üçün 40,79 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40,79 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 17 may 2020-ci il tarixli S3K5833734 saylı müqaviləyə əsasən 1599 manat əsas borc, 50 manat cərimə, cəmi 1649 (bir min altı yüz qırx doqquz) manat borc alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40 (qırx) manat 79 (yetmiş doqquz) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar