Məhkəmə qərarları › İş №e-2(055)-277/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-277/2025

28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-277/2025 28.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsi Məlikzadə Tural Vaqif oğlunun iştirakı ilə İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19991,57 manat əsas borc, 5165,41 manat cərimə və 165,47 manat ödənilmiş dövlət rüsumunun, cəmi 25322,45 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli, 3 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 15 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 25865,50 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh borcundan 5873,93 manat ödəmiş və iddiaçıya 19991,57 manat borcu qalmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən İddiaçı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri, qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 5.2-ci bəndinə əsasən, satıcı üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambığı təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20% həcmində (xam pambığın 1-ci növ qiyməti ilə) cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 5165,41 manat təşkil edir. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 19991,57 manat əsas borc, 5165,41 manat cərimə və 165,47 manat ödənilmiş dövlət rüsumunun, cəmi 25322,45 manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 05 yanvar 2023-cü il tarixli 3 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 15 hektar torpaq sahəsində pambıq əkib becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan 24 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli, 3 saylı xam pambığın alqısatqısına dair müqaviləyə əsasən cavabdehlə sonuncu hesablaşma tarixi xx.xx.2024-cü il tarixində olmuşdur və nəticədə cavabdehin iddiaçiya 19991,57 manat əsas borc və 5165,41 manat cərimə borcu, ümumiliklə 25156,98 manat borc öhdəliyi yaranmışdır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli, 3 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 15 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 25865,50 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh borcundan 5873,93 manat ödəmiş və iddiaçıya 19991,57 manat borcu qalmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən İddiaçı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri, qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 5.2-ci bəndinə əsasən, satıcı üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambığı təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20% həcmində (xam pambığın 1-ci növ qiyməti ilə) cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 5165,41 manat təşkil edir.Ona görə də, İddiaçı MMC Cavabdeh 19991,57 manat əsas borc, 5165,41 manat cərimə və 165,47 manat ödənilmiş dövlət rüsumunun, cəmi 25322,45 manat pulun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı MMC Cavabdeh 19991,57 manat əsas borc, 5165,41 manat cərimənin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Cavabdeh tələb olunan 5165,41 manat cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə (dəbbə pulu) 1000 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 19991,57 manat əsas borc və 1000 manat cərimə, cəmi 20991.57 manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 165,47 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 165,47 manat dövlət rüsumu İddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərinlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 19991,57 manat əsas borc və 1000 manat dəbbə pulu, cəmi 20991 (iyirmi min doqquz yüz doxsan bir) manat 57 (əlli yeddi) qəpik tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 165 (bir yüz altmış beş) manat 47 (qırx yeddi) qəpik dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № e-2(055)-277/2025 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 28 fevral 2025-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsi Məlikzadə Tural Vaqif oğlunun iştirakı ilə İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 19991,57 manat əsas borc və 1000 manat dəbbə pulu, cəmi 20991 (iyirmi min doqquz yüz doxsan bir) manat 57 (əlli yeddi) qəpik tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 165 (bir yüz altmış beş) manat 47 (qırx yeddi) qəpik dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar