Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-532/2024 21.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsassız varlanma nəticəsində yaranmış 873,50 manat borcun və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair 10 noyabr 2022-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. 12 yanvar 2023-cü il tarixdə “LLP TWELVE*GOCOMGO.COM” saytında aparılan ödənişlər bankın sistemində tamamlanmamış görünsə də, qarşı bank tərəfindən vəsaitlərin ödəniş olunan tərəfə çatdığını təsdiq edən sənədlər təqdim edilmişdir. Bununla əlaqədar olaraq banka 873,50 manat həcmində ziyan dəymiş və Cavabdeh bankın hesabına 873,50 manat məbləğində əsassız varlanmışdır. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə tədbirlər görülməsinə və pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı heç bir təşəbbüs göstərilməmişdir. Ona görə də Cavabdeh 873,50 manat borcun və ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan fiziki şəxslər üçün ödəniş kartı və şəxsi məlumatların açıqlanması və təqdim edilməsi (razılıq) ərizəsindən və 10 noyabr 2022-ci il tarixli ******************** saylı “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsindən görünür ki, bu müqavilənin predmetini müqavilədə qeyd olunan şərtlərlə ödəniş kartının verilməsi xidmətinin göstərilməsi təşkil edir. Cavabdeh həmin müqaviləni, bankın cari tariflərini, “Satandart şərtlər”ini oxuduğunu, başa düşdüyünü və bütüm şərtlər ilə tam razı olduğunu təsdiq etmişdir. İşdə olan 25 yanvar 2023-cü il tarixli hesabdan çxıarışdan və 03 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh məxsus debet kart hesabı üzrə 12 yanvar 2023-cü il tarixdə “LLP TWELVE*GOCOMGO.COM” saytında aparılan ödənişlər bankın sistemində tamamlanmamış görünsə də, qarşı bank tərəfindən vəsaitlərin ödəniş olunan tərəfə çatdığını təsdiq edən sənədlər təqdim edilmişdir. Bununla əlaqədar olaraq banka 873,50 manat həcmində ziyan dəymişdir. İşdə olan 23 fevral 2024-cü il tarixli pretenziya məktubundan, onun göndərilməsi barədə xəbərnamədən və 27 mart 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh əsassız varlanma nətiəsində əldə etdiyi 873,50 manat məbləğində vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələb edilmiş, həmin pretenziya məktubu cavabdehin ünvanına göndərilmiş, lakin cavabdeh məktubu qəbul etməkdən yayınmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair 10 noyabr 2022-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. 12 yanvar 2023-cü il tarixdə “LLP TWELVE*GOCOMGO.COM” saytında ödənişlər aparılmış və həmin ödənişlər bankın sistemində tamamlanmamış görünsə də, əldə olunan sənədlər əsasında vəsaitlərin ödəniş olunan tərəfə çatdığı məlum olmuşdur. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak deyildir və bankın hesabına 873,50 manat məbləğində əsassız varlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına baxmayaraq, cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh əsassız varlanma nətiəsində yaranmış 873,50 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh əsassız varlanma nətiəsində yaranmış 873,50 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 873,50 manat borc alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan qəbz haqqında məlumatdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 38,79 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 8.1.1-ci maddələrinə əsasən qiyməti 1000 manatadək olan qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38,79 manat dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə görə ödənilməli olan 30 manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq ödənilmiş 8,79 manat dövlət rüsumu isə dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nətiəsində yaranmış 873 (səkkiz yüz yetmiş üç) manat 50 (əlli) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Artıq ödənilmiş 08 (səkkiz) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-532/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-532/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver