Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-650/2025 02.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - "xxxx" ASC) Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması tələbinə dair iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli BPM**********41 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1500 manat əsas borc, vəfat etdiyi tarixədək 35.87 manat faiz borcu, 0.01 manat cərimə borcu olmaqla cəmi 1535.88 manat borc, xx.xx.2019-cu il tarixli BPM**********00 saylı X8 müqaviləsinə əsasən kart kredit limiti üzrə 60.1 manat əsas borc, 2.61 manat faiz borcu olmaqla cəmi 62.71 manat kart kredit borcu və xx.xx.2023-cü il tarixli BPM**********05 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 11749.81 manat əsas borc, vəfat etdiyi tarixədək 91.59 manat faiz borcu olmaqla cəmi 11841.4 manat nağd kredit borcu olmaqla ümumilikdə cəmi 13439.99 (on üç min dörd yüz otuz doqquz tamyüzdə doxsan doqquz) manat və ödənilmiş 130.32 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli BPM**********41 saylı Kredit Müqaviləsinə əsasən ona 48 ay müddətinə 1500 manat nağd kredit, xx.xx.2019-cu il tarixli BPM**********00 saylı X8 Müqaviləsinə əsasən 36 ay müddətinə 800 AZN məbləğində kart kredit limiti və xx.xx.2023-cü il tarixli BPM**********05 saylı Kredit Müqaviləsinə əsasən ona 48 ay müddətinə 12500 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2024-cü il tarixdə borclu X4 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdehX4arasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********41 saylı Kredit Müqaviləsinə əsasənnağd kredit üzrə 1500 manat əsas borc, vəfat etdiyi tarixədək 35.87 manat faiz borcu, 0.01 manat cərimə borcu olmaqla cəmi 1535.88 manat borc, xx.xx.2019-cu il tarixli BPM**********00 saylı X8 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 60.1 manat əsas borc, 2.61 manat faiz borcu olmaqla cəmi 62.71 manat kart kredit borcu və xx.xx.2023-cü il tarixli BPM**********05 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə 11749.81 manat əsas borc, vəfat etdiyi tarixədək 91.59 manat faiz borcu olmaqla cəmi 11841.4 manat nağd kredit borcu olmaqla ümumilikdə cəmi 13439.99 manat borcu yaranmışdır. Saatlı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İİ № 419675saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Saatlı rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli 2V-254 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X2 qalmış mirasa Cavabdehnaqanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X1 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli BPM**********00 saylı X8 Müqaviləsinə əsasən ona 800 manat məbləğində kart kredit limiti verilməsi ilə bağlı kreditor "xxxx" ASC ilə X4 arasında müqavilə bağlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, BPM**********05 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 17% ödəmək şərtilə 12500 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" ASC ilə X4 arasında müqavilə bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, BPM**********41 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 26,9% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" ASC ilə X4 arasında müqavilə bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, BPM**********00 saylı X8 Müqaviləsi üzrə X3 "xxxx" ASC-yə 60,1 manat əsas, 2,61 manat faiz borcu olmaqla ümumilikdə 62,71 manat borcu vardır. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, BPM**********05 saylı kredit müqaviləsi üzrə X3 "xxxx" ASC-yə 11749,81 manat əsas, vəfat etdiyi tarixə 91,59 manat faiz borcu olmaqla ümumilikdə 11841,4 manat borcu vardır. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, BPM**********41 saylı kredit müqaviləsi üzrə X3 "xxxx" ASC-yə 1500 manat əsas, vəfat etdiyi tarixə 35,87 manat faiz borcu, 0,01 manat cərimə borcu olmaqla ümumilikdə 1535,88 manat borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan Saatlı rayon notariat ofisinin verdiyi xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi Cavabdeh 2741,21 manat miras əmlak qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə üzrə vəzifələr yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan iddiaçı təşkilat Mülki Məcəllənin 1306, 1306.1, 1307-ci maddələrinə istinad edərək öhdəliyin borclunun vərəsələri tərəfindən tam şəkildə icra olunmasını tələb edir. Aydındır ki, mövcud qanunvericiliyə əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə, əvvəla qeyd etmək lazımdır ki, mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur Vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəliyin qəbulu isə iki üsulla yəni miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə notariat orqanına yazılı ərizə ilə müraciət etməsi və miras əmlakı faktiki idarə etməyə başlaması halında mümkün olması müəyyən edilmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında (Mülki Məcəllə maddə 1246;1256) rəsmiləşdirilməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301 -ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərar). Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar İş materiallarından görünüdüyü ki, vəfat etmiş X3 vərəsəsi Cavabdeh 2741,21 manat miras əmlak qalmışdır. Lakin məhkəmə hesab edir ki, vərəsə (hazırki iş üzrə cavabdeh) kreditor qarşısında həqiqətən qəbul etdiyi miras əmlakın həddi ilə bağlı məsuliyyətini sübut etməyə borcludur. Buna baxmayaraq, cavabdeh məhkəməyə miras qoyanın borclarının mirasdan çox olmağı ilə bağlı heç bir sübut təqdim etməmişdir Mülki Məcəllənin «Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü» adlanan 1307-ci maddəsində göstərilir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli BPM**********41 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1500 manat əsas borc, 35.87 manat faiz borcu, 0.01 manat cərimə borcu olmaqla cəmi 1535.88 manat borc, xx.xx.2019-cu il tarixli BPM**********00 saylı X8 müqaviləsinə əsasən kart kredit limiti üzrə 60.1 manat əsas borc, 2.61 manat faiz borcu olmaqla cəmi 62.71 manat kart kredit borcu, xx.xx.2023-cü il tarixli BPM**********05 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 11749.81 manat əsas borc, 91.59 manat faiz borcu olmaqla cəmi 11841.4 manat nağd kredit borcu olmaqla ümumilikdə cəmi 13439.99 (on üç min dörd yüz otuz doqquz manat doxsan doqquz qəpik) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 130,32 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 130,32 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli BPM**********41 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1500 manat əsas borc, 35.87 manat faiz borcu, 0.01 manat cərimə borcu olmaqla cəmi 1535.88 manat borc, xx.xx.2019-cu il tarixli BPM**********00 saylı X8 müqaviləsinə əsasən kart kredit limiti üzrə 60.1 manat əsas borc, 2.61 manat faiz borcu olmaqla cəmi 62.71 manat kart kredit borcu, xx.xx.2023-cü il tarixli BPM**********05 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 11749.81 manat əsas borc, 91.59 manat faiz borcu olmaqla cəmi 11841.4 manat nağd kredit borcu olmaqla ümumilikdə cəmi 13439.99 (on üç min dörd yüz otuz doqquz manat doxsan doqquz qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 130,32 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 130,72 (yüz otuz manat yetmiş iki qəpik) manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-650/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-650/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver