Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-692/2025 21.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hüquqi əsas olmadan əldə olunan vəsaitə görə əsas qalıq borc üzrə 1998,32 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 121,84 manat olmaqla, cəmi 2120,16 manat borcun, ödənilmiş 41,06 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Saatlı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********75 saylı Tam kart müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft - müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri Banka ödəməyi öhdəsinə götürür. Saatlı filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 6969,32 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2025ci il tarixli maliyyə arayışından göründüyü kimi müştəri xx.xx.2024-cü il tarixində hesabından ümumilikdə 6969,32 manat vəsaitdən artıq istifadə etmişdir. Hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 4971 manat ödəniş edilmişdir. Bankın Saatlı filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 1998,32 manat borcu olmuşdur. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 121,64 manat borcu mövcüddür. Hal-hazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 2120,16 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 41,06 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdir ki, Zaur adlı şəxs onun Tam kartına borclu olduğu 2000 manat pulu atmış, cavabdeh pulu nağdılaşdırdıqdan sonra kartda mənfi 2000 manat borcu olduğunu görmüşdür. Bununla bağlı banka müraciət edəndə ona bildirmişlər ki, Zaur pulu ona atdıqdan sonra pulu geri çəkmişdir. Ona görə də onun kartında mənfi borc yaranmışdır. Bununla bağlı Zaura bildirdikdə, Zaur pulu geri çəkmədiyini bildirmişdir. Hazırda onun banka borcu yoxdur. Bankın öz texniki problemi olduğunu hesab edir. Ona görə də, iddianın rədd olunmasını xahiş edir. İşdə olan xx.xx.2022-ci il tarixli, BPM**********75 saylı Tam kart müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh istifadə etmək üçün plastik kart verilmişdir. İşdə olan xx.xx.2025-ci əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, BPM**********75 saylı Tam kart müqaviləsi üzrə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə əsas qalıq borc üzrə 1998,32 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 121,84 manat olmaqla, cəmi 2120,16 manat borcu vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********75 saylı Tam kart müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istifadə etmək üçün plastik kart verilmişdir. Saatlı filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 6969,32 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Ona görə, cavabdehin iddiaçıya hüquqi əsas olmadan əldə olunan vəsaitə görə əsas qalıq borc üzrə 1998,32 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 121,84 manat olmaqla, cəmi 2120,16 manat borcu yaranmışdır və iddiaçı həmin borcu cavabdehdən tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Tam kart müqaviləsi üzrə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə əsas qalıq borc üzrə 1998,32 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 121,84 manat olmaqla, cəmi 2120,16 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh hüquqi əsas olmadan əldə olunan vəsaitə görə əsas qalıq borc üzrə 1998,32 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 121,84 manat olmaqla, cəmi 2120,16 manat borc alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 41,06 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 41,06 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh hüquqi əsas olmadan əldə olunan vəsaitə görə əsas qalıq borc üzrə 1998,32 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 121,84 manat olmaqla, cəmi 2120,16 (iki min bir yüz iyirmi manat on altı qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş 41,06 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 41,46 (qırx bir manat qırx altı qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-692/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-692/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver