Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1012/2025 26.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X5rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X5rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X14 «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X7 Terapiyə şöbəsinə xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsindən azad olunması barədə olan xx.xx.2025-ci il tarixli, 33 №-li əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X14 «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X12 üzrə Terapiya şöbəsinə xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə bərpa ediləməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Sabirabad MRX-da xadiməçi işləyir. Belə ki, onunla bir Şöbədə işləyən Baş tibb bacısı X4 ona qarşı aqressiv, təhqiramiz, qərəzli, hətta vəzifəsindən sui-istifadə edərək əsassız olaraq onu işdən azad etdirilməsinə cəhd edərək, barəsində rəhbərliyə müxtəlif yalanlar, şayiə xarakterli xəbərlər çatdıraraq onu ləkələməyə çalışması ilə bağlı aidiyyəti orqanlara şikayət məktubu göndərmişdir. Onun bu hərəkətinin səbəbi isə odur ki, o, işə qəbul edilərkən əvvəlcə ondan 400 manat pul və bir qoyun tələb etməsi, onun isə onun bu tələbini yerinə yetirməməsi olmuşdur. Belə ki, müraciəti ilə bağlı 07 mart 2024-cü ildə Səhiyyə Nazirliyi tərəfindən “Tibbi ərazi bölmələrinin idarə etmə Birliyi” X12 Həsən Hüseynova 19 fevral 2024-cü il tarixli, 3-28/2-C-1508-1-1482/2024 saylı cavab məktubu göndərərək müraciətə aidiyyəti üzrə baxılması barədə göstəriş verilmişdir. Lakin buna baxmayaraq “TƏBİB"in X12 Həsən Hüseynov “Vətəndaşların müraciətləri haqqında” AR-nın Qanunun tələblərini kobud şəkildə pozaraq qanunla ona verilmiş səlahiyyətlərdən sui-istifadə edib, onun işlədiyi şöbəyə gələrək etik normalarına zidd olaraq rəhbərliyə müraciət etdiyinə görə onu təhqir edib, hədə-qorxu gələrək onun başına oyun açaraq işdən azad edəcəyini bildirdi. Halbuki, AR-nın Ali hüquqi qüvvəyə malik olan Konstitusiyasının 57-ci maddəsinin 2-ci bəndində də göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Lakin mövcud qanunvericilik aktlarından tamamilə xəbərsiz olan “TƏBİB” in X12 X1 və digər mövcud qanunvericilik aktlarının tələblərini çox ciddi və kobud şəkildə pozaraq tənqid etdiyinə görə onu təqib edərək, təhqir etmiş, hədə-qorxu gələrək şikayət etdiyinə görə, onu işdən azad edəcəyini bildirmiş, hətta bildirmişdir ki, “səni işdən azad etməsəm şərəfsiz olaram” sözlər rəhbər işçiyə yaraşmayan əxlaq və etika qaydalarına ziddir. Daha sonra isə ona Sabirabad Rayon Mərkəzi Xəstəxanasında əmr təqdim edilərək guya onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələblərini pozaraq ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X14 «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X11 direktoru Həsən Hüseynov tərəfindən xx.xx.2024-cü il tarixli, 130 nömrəli əmr qəbul edilmişdir. Halbuki bunu isbat və ya sübut edəcək dəlil ona təqdim etməmişdir. Onun işi isə xadiməçilikdən ibarət olduğundan işini vaxtı-vaxtında yerinə yetirməklə bütün əmək fəaliyyətinin normalarını yerinə yetirir. Ona görə də məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-115/2025 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14” Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X11 direktoru Həsən Hüseynov tərəfindən verilmiş ona “Xəbərdarlıq elan edilməsi barədə” xx.xx.2024-cü il tarixli 18-1-70/3-1-118/2024 saylı və “Sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi” barədə xx.xx.2024-cü il tarixli 18-1-70/3-1-788/2024 saylı əmrlərinin ləğv edilməsi qət edilmişdir. Lakin, buna baxmayaraq cavabdehin əsassız olaraq qəbul etdiyi xx.xx.2025-ci il tarixdə 18-1-70/3-1-3/2025 nömrəli «əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrin surətindən görünür ki, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Terapiya şöbəsində Xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində işləyən onun əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam veriliş, işçiyə işlədiyi son günün əmək haqqısının hesablanıb verilməsi, istifadə etmədiyi məzuniyyət günü : ( 0 (sıfır) ) Sabirabad RMX-nın Maliyyə şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Hesabatlılıq bölməsinin Hesabatlılıq üzrə mütəxəssisi vəzifəsində işləyən X2 və İnsan Resursları şöbəsinin müdiri X3 tapşırılmışdır ki, ona son hesabın ödənilməsini təmin etsin. O, xx.xx.2023-cü ildə işə qəbul olunmuş və axrıncı əmək məzuniyyətini xx.xx.2024-cü il tarixdə 2024-2025-ci ilin hesabından istifadə etmişdir. Halbuki, xx.xx.2023-cü il tarixli, 56 nömrəli əmrlə TƏBİB-in tabeleyində olan “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X7 Terapiyə şöbəsinə xəstələrə qulluq edən kiçik tibb bacısı işinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Lakin, xəstəxana üzrə xadimə kimi çalışmışdır. İşə qəbul olan zaman ona müqavilənin müddətsiz olması deyilmişdir. Hətta xx.xx.2025-ci il tarixdə əldə etdiyi portal məlumatı üzrə Xəstələrə qulluq edən kiçik tibb bacısı kimi xx.xx.2024-cü il tarixdə müqavilənin bitmə tarixini göstərsə də, daha sonra isə xx.xx.2025-ci il tarixli, 33 nömrəli əmr üzrə Azərbaycan Respublikasının 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin bitdiyinə görə əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir. Lakin, bu müddəa ilə onun hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil bildirdi ki, vəkili olduğu şəxslə 11 yanvar 2023-cü ildə müqavilə bağlanmış, müqavilədə qeyd edilir ki, 1 il müddətinə xəstələrə qulluq edən kiçik tibbi bacısı işinə qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, yenilənmiş əmək müqaviləsi hər dəfə 3 ay müddətinə uzadılır. Müqavilənin 9.3-cü bəndində göstərilmişdir ki, işəgötürən tərəfindən yenilənmiş əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. Həmiçinin müqavilənin 10.3-cü bəndində göstərilmişdir ki, yenilənmiş əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlarda biri işçidə, digəri isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikası Əmək qanunları Məcəlləsinin 1-ci Əlavədə əmək müqaviləsinin nümunəvi forması göstərilib, xanımla bağlanan müqavilədə nümunəvi forma yoxdur. Xanımla xəstələrə qulluq edən tibb bacısı kimi müqavilə bağlanılıb. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Buradan da göründüyü kimi, xanımla bağlanmış əmək müqaviləsi düzgün bağlamamışdır, çünki xanım xəstələrə qulluq edən tibb bacısıdır. Bu da müvəqqəti xarakter daşıyan iş deyildir. Bundan başqa, 49-cu maddənin 1-ci bəndində qeyd edilir ki, bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Bundan başqa, 73-cü maddədə göstərilmişdir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Əmək Məcəlləsinin 300-cü maddəsində əmək müqaviləsinin ləğv olunma qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri qeyd olunur ki, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edir. Bir vəkil kimi ona məlum deyildir ki, yenilənmiş əmək müqaviləsi ilə hər dəfə 3 ay-3 ay artırmaqla işə götürən müqavilənin müddətini uzatmışdır və ya müqavilə müddəti bitəndən sonra 1 il müddətinə uzadılmışdır. Əmək qanunvericiliyinin tələbləri pozulmaqla mənafeyini müdafiə etdiyi şəxs işdən çıxarılmışdır və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış cavabdeh «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X7 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının etiraz etməməsini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və vəkilinin izahatını dinləyib, iş materiallarında olan və əldə edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 56 nömrəli əmrlə TƏBİB-in tabeleyində olan “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X7 Terapiyə şöbəsinə xəstələrə qulluq edən kiçik tibb bacısı işinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. İş materiallarında olan «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X7 direktoru tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18-1-70/3-738/2024 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı onunla xx.xx.2025-ci il tarixinə kimi bağlanmış əməl müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixində xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəməyə ünvanlanmış poçt qəbzi və məktubun çatdırılması barədə xəbərnamədən görünür ki, xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixində İddiaçı təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə 18-1-70/3-1-3/2025 nömrəli «əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrin surətindən görünür ki, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Terapiya şöbəsində Xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Məhkəməyə həmçinin “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru X6 ilə İddiaçı arasında 1 il müddətinə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi təqdim edilmiş, məhkəmə həmin müqaviləni də tədqiq etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti xx.xx.2024-cü ilədək olmuş, müqavilənin 2.2-ci bəndinin tələblərinə uyğun olaraq əmək münasibətləri davam etdirilmiş və müqavilə avtomatik olaraq bağlanmış olduğu müddətə uzadılmışdır. Əmək münasibətlərinin davam etdirilməsi nəticəsində uzadılmış əmək müqaviləsinin müddətinin bitməsinə bir aydan artıq müddət qalmış cavabdeh təşkilat Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq davranmaqla müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıya xəbərdarlıq etmiş və müqavilə müddəti bitdiyi gün əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təşkilat iddiaçı ilə aralarında olan əmək müqaviləsinin ləğv edilməsi barədə qanunvericiliyin tələblərinə uyğun davranıb müvafiq əmri qəbul etməklə hər hansı qanun pozuntusuna yol vermədiyi üçün hazırki iddia tələbi əsassız hesab edilməməlidir. İddiaçının vəkilinin iş üzrə gətirdiyi dəlillərə münasibətdə bildirilməlidir ki, iddiaçının vəkilinin ilk arqumenti olan Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən, əmək müqaviləsinin müddət müəyyən edilmədən bağlanmalı olması, bu xüsusda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin düzgün bağlamaması, iddiaçının işinin müvəqqəti xarakter daşıyan iş olmaması arqumentinə münasibətdə bildirilməlidir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, bu norma göndərici norma kimi çıxış etməkdədir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmçinin qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Belə ki, Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilat iddiaçı ilə əmək müqaviləsini müddətli bağlamaqla qanun pozuntusuna yol verməmiş, tərəflərin hüquq bərabərliyi əsasında əmək müqaviləsini iradələrinə uyğun müddətli müqavilə olaraq bağlanmışlar. İddiaçının vəkilinin ikinci arqumentinə gəldikdə, həmin arqument əmək müqaviləsinin ləğv olunma qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri ilə bağlı Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbləri ilə əlaqədardır ki, həmin normada qeyd edilmişdir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bundan əvvəl də vurğulandığı kimi, yenə də qeyd edilməlidir ki, iddiaçı ilə bağlanmış əməl müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsində müəyyən edilmiş əməl müqaviləsinin ləğv edilməsi əsaslarının pozulması halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Odur ki, bu arqument də hazırki tələbin təmin edilməsi əsası kimi qiymətləndirilə və nəzərə alına bilmiz. İddiaçının vəkilinin sonuncu ona aydın olmayan hal kimi bildirdiyi, “yenilənmiş əmək müqaviləsi ilə hər dəfə 3 ay-3 ay artırmaqla işə götürən müqavilənin müddətini uzatmışdır və ya müqavilə müddəti bitəndən sonra 1 il müddətinə uzadılmışdır” fikrinə münasibətdə isə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən, Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. İşdən də göründüyü kimi, əmək müqaviləsi tərəflər arasında bir il müddətinə bağlanmış, tərəflər əmək münasibətlərini davam etdirdikləri üçün həmin əmək müqaviləsinin müddəti göstərilən normanın tələbinə uyğun olaraq eyni müddətə də uzadılmış hesab edilmişdir. Belə olan halda, həmin müqavilənin 3 ay-3 ay və ya 1 il müddətinə uzadılmasının anlaşılmaz qalması barədə düşünülməsi üçün də əsas yoxdur. Beləliklə, məhkəmə işin hallarını ümumiləşdirərək hesab edir ki, iddiaçının əmək müqaviləsi müddətli olduğu və müddəti bitdiyi üçün onun əmək müqaviləsinə xitam verilməsi qanuni olmuşdur. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-1012/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1012/2025
26.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver