Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1688/2025 30.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı- cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunanadək Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, hesablanan 271,66 manat məbləğində ( 5%) faiz borc, bildiriş ( pretenziyanın) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbləğində pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat ödənilmiş bank xidmət haqqı olmaqla ümumilikdə 303,86 (üç yüz üç manat, 86 qəpik) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ( sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) İddiaçı (Sunny Electronic mağazası) Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 9775 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 631 manat məbləğində olan malın dəyərinin ödənilməsi məqsədi ilə 12 ay müddətə hissə-hissə ödəmək şərti ilə üzərinə öhdəlik götürmüş, həmin müqavilənin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehlər müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsini təmin etməmiş, aylıq qrafik üzrə ödənişləri vaxtında icra etməmişlər. Daha sonra borcun ödənilməsi üçün Məhkəməyə müraciət olunmuş və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(056)-241/2014 saylı məhkəmə əmrinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmi 652 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi təmin edilmişdir. Qəbul edilmiş məhkəmə əmri qanuni qüvvəsini almış və 08 il,04 ay müddətə-yəni xx.xx.2022-ci il tarixdə icra olunmuş, borc pul ödənilmişdir. Cavabdehlər tərəfindən məhkəmə qərarı vaxtında icra edilərək, müəyyən olunmuş pul (borc) ödənilsəydi, iddiaçı həmin ödənilmiş məbləği yenidən fəaliyyət sahəsinə yönəldilməklə daha çox gəlir əldə edə bilərdi. Lakin, cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı həmin pulu dəyərləndirə bilməmiş, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də məhkəmə qərarı üzrə kreditora ödənilən 652 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (652 AZN x 0,05%=32,60 AZN /12 ay = 2,71 AZN x 100 ay = 271,66 AZN) təşkil edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə kiçik iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(056)-241/2014 saylı məhkəmə əmrinə əsasən borclular Cavabdeh2 və Cavabdeh1 631 manat əsas borc və 21 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 652 manat məbləğində pul İddiaçı xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Sabirabad rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən edilir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(056)-241/2014 saylı məhkəmə əmri üzrə borc tam şəkildə ödənilmiş və həmin icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 21 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə bir nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının ( faizlərin) , həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ( real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfiindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyan vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasn özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(056)- 241/2014 saylı məhkəmə əmrinə əsasn borclular Cavabdeh2 və Cavabdeh1 631 manat əsas borc və 21 manat ödənilmiş dövlət rüsumu cəmi 652 manat məbləğində pul İddiaçı xeyrinə tutulması əmr edilmişdir. Qəbul edilmiş məhkəmə əmri qanuni qüvvəsini almış və 08 il,04 ay müddətə-yəni xx.xx.2022-ci il tarixdə icra olunmuş, borc pul ödənilmişdir. Cavabdehlər tərəfindən məhkəmə qərarı vaxtında icra edilərək, müəyyən olunmuş pul( borc) ödənilsəydi, iddiaçı həmin ödənilmiş məbləği yenidən fəaliyyət sahəsinə yönəldilməklə daha çox gəlir əldə edə bilərdi. Lakin, cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı həmin pulu dəyərləndirə bilməmişdir.Buna görə də, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də məhkəmə qərarı üzrə kreditora ödənilən 652 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (652 AZN x 0,05%=32,60 AZN /12 ay = 2,71 AZN x 100 ay = 271,66 AZN) təşkil edir. Məhkəmə eyni zamanda digər Cavabdeh1 il bağlı qeyd edir ki, onunla İddiaçı arasında olan xx.xx.2013-cü il tarixli, 9775 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, o, zamin olduğundan, müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün Cavabdeh2 ilə birlikdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işin araşdırılmış hallarına və sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunanadək Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014cü il tarixli qərarına əsasən, hesablanan 271,66 manat məbləğində (5%) faiz borc, bildiriş ( pretenziyanın) göndərilməsi üçün ödənilmiş 1,80 manat olmaqla ümumilikdə 273,86 manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbləri həmin hissədə də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan kassa mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və və 0,40 manat ödənilmiş bank xidmət haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tam təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 30 manat əvəzi və 0,40 manat bank xidmət haqqı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsaslanaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunanadək Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, hesablanan 271,66 manat məbləğində (5%) faiz borc, bildiriş (pretenziyanın) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbləğində pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat ödənilmiş bank xidmət haqqı olmaqla ümumilikdə 303,86 (üç yüz üç manat, 86 qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(056)-1688/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1688/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver