Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-1774/2023 07.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «miras əmlak və s.» tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əkdər oğluna qarşı «qanun üzrə vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əri X2 miras qalmış Sabirabad rayonu, Qaratuğay kəndində yerləşən Sabirabad rayon İHB-nın Güdəcühür İƏD-nin 05 saylı təsərrüfatbaşına kitabının 65-saylı şəxsi hesabı, səhifə 74-də qeydə alınmış yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 4 otaqlı fərdi yaşayış evinin (xx.xx.2015-ci ildə Sabirabad rayon İHBnin Güdəcühür İƏD-si üzrə nümayəndəliyində həmin evin ona vəsiyyət edilməsi nəzərə alınmaqla) paylar üzrə naturada bölgüsü, ** BN *** dövlət qeydiyyat nişanlı Nissan Teana markalı avtomobilin hazırki bazar qiymətinə uyğun pul ilə dəyərinin ona çatan pay hissəsinin ona verilməsi, Sabirabad regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi üzərinə ona miras əmlakı üzrə vərəsəlik Şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması, tərəfindən ödənilmiş 110,80 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi, onun həmin miras əmlakdan sərbəst istifadə etməyinə hər hansı bir maneəçilik edilməsi iş üzrə cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2023-cü il tarixli barışıq sazişini təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili X3 xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş reyestrdə 3M-268 nömrə ilə qeyd edilmiş Sazişdən görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı adından etibarnamə əsasında səlahiyyətli nümayəndəsi ünvan 2 ünvanında qeydiyyatda olan Vəkil xx.xx.2023-cü ildə ölmüş X5 məxsus Sabirabad rayonu Qaratuğay kəndində yerləşən 0,36 ha yaşayış məntəqələrinin torpaq sahəsindən (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-206A, KOD********) və onun üzərində yerləşən 4 otaqlı fərdi yaşayış evindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 və Sabirabad rayonu Qaratuğay kəndində qeydiyyatda olan Cavabdeh2 xeyrinə imtina edir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 və Sabirabad rayonu Qaratuğay kəndində qeydiyyatda olan Cavabdeh2 xx.xx.2023-cü ildə ölmüş X5 məxsus Nissan Teana minik markalı, (Ban nömrəsi – J31119515, mühərrik nömrəsi – 096672) 54 BN dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ünvan 5i ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə imtina edir. Məhkəmə iş materiallarını tədqiq edib hesab edir ki, məhkəməyə təqdim edilmiş barışıq sazişi qanunveriliyin tələblərinə uyğun olduğundan və hər hansı şəxsin qanunla qorunan hüquqlarının pozulmasına yol vermədiyindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddələrinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52.3, 191.2, 261.0.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil ilə Cavabdeh1 əvəzindən və öz adından Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «miras əmlak və s.» tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı adından etibarnamə əsasında səlahiyyətli nümayəndəsi ünvan 2 ünvanında qeydiyyatda olan Vəkil xx.xx.2023-cü ildə ölmüş X5 məxsus Sabirabad rayonu Qaratuğay kəndində yerləşən 0,36 ha yaşayış məntəqələrinin torpaq sahəsindən (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-206A, KOD********) və onun üzərində yerləşən 4 otaqlı fərdi yaşayış evindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 və Sabirabad rayonu Qaratuğay kəndində qeydiyyatda olan Cavabdeh2 xeyrinə imtina edir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 və Sabirabad rayonu Qaratuğay kəndində qeydiyyatda olan Cavabdeh2 xx.xx.2023-cü ildə ölmüş X5 məxsus Nissan Teana minik markalı, (Ban nömrəsi – J31119515, mühərrik nömrəsi – 096672) 54 BN dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ünvan 5i ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə imtina edir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-1774/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-1774/2023
07.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver