Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-21/2025 08.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X11 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdeh Hüseynov Marı̇ f Bala oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən və iddiaçının tərəfində iştirak edən üçüncü şəxslər X4, X1 və X2 iştirakı ilə, iddiaçı Sabirabad rayonu Azadkənd Bələdiyyəsinin - cavabdehlər Tarverdı̇ yev Davud Şahbaba oğluna, Hüseynov Marı̇ f Bala oğluna, Tariverdı̇ yev Pı̇ rəli Cəlı̇ l oğluna, Cavabdeh4, Cavabdeh5, Babayev Namı̇ q Faı̇ q oğluna, Cavabdeh7 Ənvər oğluna və Hüseynov Namı̇ d Bala oğluna qarşı «su kanalının istifadəsinə məhdudiyyətin yaranmasının cavabdehlərə qadağan edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində xx.xx.2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sabirabad rayonu Azadkənd Bələdiyyəsi - cavabdehlər Tarverdı̇ yev Davud Şahbaba oğluna, Hüseynov Marı̇ f Bala oğluna, Tariverdı̇ yev Pı̇ rəli Cəlı̇ l oğluna, Cavabdeh4, Cavabdeh5, Babayev Namı̇ q Faı̇ q oğluna, Cavabdeh7 Ənvər oğluna və Hüseynov Namı̇ d Bala oğluna qarşı «su kanalının istifadəsinə məhdudiyyətin yaranmasının cavabdehlərə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, yekun tələbdə Sabirabad rayonu Azadkənd Bələdiyyəsinin mülkiyyətinə aid Beşdəli kəndində yerləşən su kanalının təyinatı üzrə istifadə olunmasına hər hansı formada məhdudiyyətin yaranmasının cavabdehlərə qadağan edilməsi, həmçinin həmin kanalın kənd sakinlərinin pay torpaq sahəsinədək olan hissəsinin kanalın mühafizə zolağının 5 metr enində təmizlənməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu, Azadkənd Bələdiyyəsinin mülkiyyətinə aid su kanalı keçən ərazi, eləcə də həmin sahədə torpaq sahələri cavabdehlər tərəfindən zəbt olunmuşdur. Bu hal isə vətəndaşların torpaq sahələrinin suvarılmasında çətinliklər yaradır. Məsələ ilə bağlı Sabirabad rayon Polis Şöbəsinə də tərəflərindən müraciət olunmasına baxmayaq görülmüş tədbirlər nəticə verməmişdir. Odur ki, iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Hüseynov Marı̇ f Bala oğlu iddia tələbinə etiraz edib, iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən və iddiaçının tərəfində iştirak edən üçüncü şəxslər X8, X3 və X6 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilmiş digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən və iddiaçının tərəfində iştirak edən üçüncü şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Şirvan Regional Ədliyyə İdarəsinin rəisi X10 rayonu, Minbaşı Bələdiyyəsinə ünvanladığı məktubda Minbaşı Bələdiyyəsinin mülkiyyətinə aid su arxının Beşdəli kənd sakinləri X7 və X14 tərəfindən zəbt olunmuş hissəsinin zəbtdən azad olunması və həmin sahənin Bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görülməsi və Bələdiyyə iclasında müzakirəsi və qəbul edilmiş qərarın surətinin 5 gün müddətində Şirvan Regional Ədliyyə İdarəsinə göndərilməsinin təmin edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad rayonu, Minbaşı Bələdiyyəsinin 07 fevral 2024cü il tarixli 04 saylı iclasının Protokolundan Çıxarışdan görünür ki, X13 rayonu, Minbaşı Bələdiyyəsinin mülkiyyətinə aid Beşdəli kəndində yerləşən su kanalının və torpaq sahələrinin zəbtdən azad olunması ilə bağlı yenidən Sabirabad rayon məhkəməsinə müraciət edilməsi barədə su kanalının, eləcə də həmin sahədə olan torpaq sahələrinin zəbtdən azad olunması ilə bağlı yenidən Sabirabad rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edilməsi, Qərarla kənd əhalisinin tanış olması üçün onlara elan şəklində dərc edilərək çatdırılması təmin edilməsi, Qərarın 5 iş günü müddətində Bələdiyyələrlə iş portalına yerləşdirilməsi, Qərarın bir nüsxəsinin Şirvan Regional Ədliyyə İdarəsinə göndərilməsi, Qərarın icrasına nəzarətin Bələdiyyənin sədrinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2978 saylı məhkəmə-mühəndislik eksertizası tədqiqatının rəyindən görünür ki, Sabirabad rayonu Minbaşı kəndində yerləşən, cavabdehlə X7, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 faktiki həyətyanı kimi istifadə etdikləri (tikililərdə daxil olmaqla) torpaq sahələrinin ölçüləri, həmçinin sözügedən torpaq sahələrinin ətrafından keçən mübahisəli su kanalının koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qeyd olunan torpaq sahələri elektron kadastr məlumat bazasında (Tekuis və AzCad-a) istinadən Cavabdeh2 istifadəsində olan torpaq sahəsi xüsusi mülkiyyətdə (JN-80B saylı Şəhadətnamə), digər üç torpaq sahəsi isə Sabirabad rayonu, Minbaşı Bələdiyyəsinin mülkiyyətinə aid olan ərazi kimi göstərilmişdir. Mübahisəli su kanalının keçdiyi ərazi isə bütövlükdə Minbaşı (hazırda Azadkənd) Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Məhkəmədə işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, təyinatı üzrə istifadəsinə yaradılan maneənin aradan qaldırılması tələb olunan su kanalı iddiaçı Sabirabad rayon Azadkənd Bələdiyyəsinin mülkiyyəti olmaqla kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmasına baxmayaraq cavabdehlər Azadkənd Bələdiyyəsinin etirazına əhəmiyyət vermədən, özbaşına olaraq suyu mənbəyındən bağlamaqla, bununla da suyun kanala axınının qarşısını almaqla, nəticədə kənd sakinlərinin və ya torpaq istifadəçilərinin su kanalından təyinatı üzrə istifadə olunmasına məhdudiyyət yaratmışlar. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, iddiaçı Sabirabad rayon Azadkənd Bələdiyyəsinin mülkiyyəti olmaqla kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş su kanalının təyinatı üzrə istifadəsinə cavabdehlər tərəfindən maneə yaradıldığı üçün, iddiaçı Sabirabad rayonu, Azadkənd Bələdiyyəsi mülkiyyətçi kimi, həmçinin ümumi istifadəçi olan Beşdəli kənd sakiləri iş üzrə üçüncü şəxslər X4, X1 və X2 şikayəti əsasında həmin kanaldan təyinatı üzrə kənd sakinlərinin istifadə etmə imkanlarını təmin etmək hüququna malikdir, habelə bu hüquqları həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin su kanalından ümumi istifadəçiləri məhrum etməklə, kanalın təyinatı üzrə istifadə olunması imkanlarının məhdudlaşdırılmasına hər hansı hüquqları müəyyən edilməmişdir. Odur ki, su kanalına dair sakinlərin istifadə hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1ci bəndinə əsasən, torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Qeyd olunan Məcəllənin 47-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar Bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.3-cü maddəsinə görə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasından da görünür ki, mülkiyyət hüququ mülkiyyətçinin qanunla təsbit olunmuş geniş səlahiyyətləri ilə yanaşı, həmçinin qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, Bələdiyyə mülkiyyətinə aid edilən mübahisəli su kanalı kənd sakinlərinin ümumi istifadəsi üçün ayrıldığından, cavabdehlərin həmin sahəni zəbt etməklə istifadənin məhdudlaşdırılması qanunvericiliyin tələbi baxımından yolverilməzdir və bu cür maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə iddiaçı təşkilat müvafiq olaraq mülkiyyətçi kimi cavabdehlər tərəfindən zəbt olunmuş ümumi istifadədə olan su kanalına dair hər hansı hüquqları olmayan cavabehlərin hərəkətlərinə son qoyulmaqla, ümumi istifadə üçün nəzərdə tutulmuş su kanalının təyinatı üzrə istifadəsinə mövcud maneənin cavabdehlərin hesabına aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Sabirabad rayonu Beşdəli kəndində yerləşən Sabirabad rayonu Azadkənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən keçən su kanalından təyinatı üzrə istifadə olunmasına hər hansı formada məhdudiyyətin yaranması cavabdehlər Tarverdı̇ yev Davud Şahbaba oğluna, Hüseynov Marı̇ f Bala oğluna, Tariverdı̇ yev Pı̇ rəli Cəlı̇ l oğluna, Cavabdeh4, Cavabdeh5, Babayev Namı̇ q Faı̇ q oğluna, Cavabdeh7 Ənvər oğluna və Hüseynov Namı̇ d Bala oğluna qadağan edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələblərinin su kanalın kənd sakinlərinin pay torpaq sahəsinədək olan hissəsinin kanalın mühafizə zolağının 5 metr enində təmizlənməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə hissəsi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı su kanalın mühafizə zolağının 5 metr enində təmizlənməsini tələb etsə də, lakin həmin mühafizə zolağının hazırkı vəziyyətdə mövcudluğunun iddiaçı təşkilatın və ya ümumi istifadəçi olan Beşdəli kənd sakilərinin mənafelərinin pozulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. MPM-nın 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə hər hansı bir fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İstinad olunan prosessual hüquq normalarından göründüyü kimi, hər hansı fiziki və ya hüquqi şəxs yalnız özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında iddiaçı təşkilat su kanalın mühafizə zolağının hazırkı mövcud vəziyyətdə olduğu halında, cavabdehlər tərəfindən onun hüquq və mənafeyinə məhdudiyyət və maneə yaratmasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, su kanalın mühafizə zolağının hazırkı mövcud vəziyyətdə olduğu halı, iddiaçı təşkilatın və ya və ya ümumi istifadəçi olan Beşdəli kənd sakilərinin hər hansı formada məhdudiyyət və maneə yaratmadığı halda, iddia tələbləri həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. MPM-nın 115.0 və 115.0.1-ci maddələrinə görə ekspertə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə MPM-nın 119.1-ci və 124.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsas hissədə təmin olunduğu halda, məhkəmə xərcləri də cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sabirabad rayonu Beşdəli kəndində yerləşən Sabirabad rayonu Azadkənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən keçən su kanalından təyinatı üzrə istifadə olunmasına hər hansı formada məhdudiyyətin yaranması cavabdehlərə qadağan edilsin. ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/2978 saylı məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul vəsaiti cavabdehlər Tarverdı̇ yev Davud Şahbaba oğlundan, Hüseynov Marı̇ f Bala oğlundan, Tariverdı̇ yev Pı̇ rəli Cəlı̇ l oğlundan, Cavabdeh4, Cavabdeh5, Babayev Namı̇ q Faı̇ q oğlundan, Cavabdeh7 Ənvər oğlundan və Hüseynov Namı̇ d Bala oğlundan müştərək qaydada tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-21/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-21/2025
08.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver